Azərbaycanda məcburi icbari təhsil sistemi 11 illik olsun - TƏKLİF

Azərbaycanda məcburi icbari təhsil sistemi 11 illik olsun - TƏKLİFBu gün qızların erkən nikaha cəlb olunması fiziki, cinsi, iqtisadi və emosional zorakılığın formalarını əhatə edir. Regionlarda bununla bağlı ciddi problemlər mövcuddur. Qızlar erkən yaşda nikaha məcbur edilir və uşaq yaşlarında ana olurlar. Buna nümunə olaraq Salyanda baş verən hadisəni nümunə götürə bilərik. 11-ci sinif şagirdlərindən birinin uşaq dünyaya gətirməsi ilə mətbuatda xəbərlər yayıldı. Eyni zamanda, həmin məktəbin yuxarı siniflərində təhsil alan qızlar nişanlı olduqları üçün dərsə gəlməsələr də, jurnalda adları qeyd olunur və qiymətləri yazılırdı. Bəs mövcud halların qarşısını almaq məqsədilə hansı tədbirlər görülməlidir?

Mövzu ilə bağlı Sonxeber.az-a danışan sosioloq Üzeyir Şəfiyev deyib ki, erkən nikahlar ilə bağlı hüquqi tənzimləmə ilə yanaşı, sosial çarxlar, kütləvi informasiya vasitələri və televiziyalarda erkən nikahlara qarşı mübarizə ilə bağlı müəyyən mesajlar ötürülməlidir:

"Orta və ali məktəblərdə təhsilli, tanınmış, görkəmli Azərbaycan qadınlarının görüşlərini təşkil etmək lazımdır. Regionlarda və kəndlərdə qızlar görsün ki, təhsilli, karyerası olan bir qadınlar necə üstündür. Çox vaxt bölgələrdə qız erkən nikaha cəlb ediləndən sonra oğlan onu qoyub xaricə yaxud paytaxta gedir. Belə olan halda həmin qadın təhsil almadığını görə, əmək bazarında özünə yer tapa bilmir və bəzən insan alverinin qurbanına çevrilir. Ona görə orta məktəblərdə, kəndlərdə və regionlarda ziyalı xanımların görüşlərini təklif etmək lazımdır. Eyni zamanda təklif edirəm ki, icbari təhsil sistemi 11 illik olsun. Çünki bəzən qızlar 9-cu sinifdə məktəbdən uzaqlaşdırılır. Onlar həm əmək istismarına cəlb olunur, həm də erkən nikah düşüncələri ilə formalaşdırırlar. Bu prosesdə icbari təhsil 11 illik olsa, məktəblərin həmin uşaqlar ilə bağlı maraqlanmaq imkanı olur".

Sosioloqun sözlərinə görə, Elm və Təhsil Nazirliyinin "Məktəbin dostu" adlı pilot layihəsi var:

"Həmin layihə Azərbaycanın bütün məktəblərində tətbiq olunmalıdır. "Məktəbin dostu" layihəsi vasitəsilə biz bilərik ki, hansı uşaq valideyni tərəfindən zorakılığa, basqıya və erkən nikaha cəlb olunur. Həmin layihə bu halların qarşısını almaq olar. Ola bilər ki, Ailə Uşaq Komitəsinin bölgələrdə, regionlarda, kəndlərdə sosial agentləri olsun. Sosial agentlər vasitəsilə həmin ailələr ilə əlaqələr qurulsun və erkən nikah hadisələrini aidiyyəti hüquq-mühafizə orqanlarına çatdırsınlar. Təkcə hüquqi tənzimləmə yox, sosial maarifləndirmə işləri aparılmalıdır. Sosial çarxlarda erkən nikaha məcbur edilən bir uşaq ilə, həyatını və karyerasını qurmuş qadını müqayisə edə bilərlər. Belə çarxlar vasitəsilə mesajlar ötürə bilərlər. Şübhəsiz ki, bu addımlar uşaqlarda erkən nikah ilə bağlı düşüncələrinə təsir edə bilər".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1136   Tarix: 17 may 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO

Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə

18 sentyabr 2021
.

Azərbaycanda Təcili Yardımla pişik üstündə dava - VİDEO

Təcili Tibbi Yardımın operatoru ilə vətəndaşın səs yazısı sosial şəbəkələrdə müzakirəyə səbəb olub. Kimi təcili yardım operatorunu günahlandırıb, kimi isə zəng edən şəxsi qeyri-ciddilikdə qınayıb. xəbər verir ki, yayılan səs yazısına aydınlıq gətirilməsi üçün BAKU TV Təcili Tibbi Yardımla əlaqə saxlayıb

17 sentyabr 2021
.

Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq

Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar

18 sentyabr 2021
.

Skuterdə gəzən it və pişik "Ginnesin Rekordlar Kitabı"na düşdü - FOTO - VİDEO

Kanadadan Lollipop adlı it və Saşimi adlı pişik skuterdə beş metr məsafəni qət etməklə "Ginnesin Rekordlar Kitabı"na düşüb. Filmlər və şoular üçün heyvanları təlim edən Melissa Millett Lollipop və Saşiminin skuter sürməyi xoşladıqlarını, lakin adətən bunu tək-tək həyata keçirdiklərini deyib

17 sentyabr 2021
.

Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO

Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd

18 sentyabr 2021
.

Peyvənd olunanların sayı AÇIQLANDI

Azərbaycanda son sutkada koronavirus əleyhinə 57 357 vaksin vurulub. xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Bildirilir ki, birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 17 920, ikinci mərhələ üzrə 39 437 nəfərdir. Vaksinasiyadan keçənlərin ümumi say

17 sentyabr 2021
.

Soğan şirəsinin unikal müalicəvi xüsusiyyətləri - damarları təmizləyir, xərçəngdən qoruyur

Soğan şirəsi qədim zamanlardan xalq təbabətində bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Soğanı və soğan şirəsini "təbii antibiotik" adlandırırlar. Qədimdə irinli yaralar və müxtəlif bakterial infeksiyaların müalicəsində soğan şirəsi çox geniş istifadə olunurdu. Bu haqda məlumatla

17 sentyabr 2021
.

Tovuza dolu düşüb - VİDEO

Tovuzun dağ kəndlərinə leysan yağıb, qısa müddətli dolu düşüb. APA-ya istinadən xəbər verir ki, bu gün rayonun Kirən, Əhmədabad, Əsrik Cırdaxan və Yanıqlı kəndlərinə dolu düşüb. Bəzi kəndlərdə isə yağışdan sonra sel gəlib. Təsərrüfata ciddi ziyan dəymədiyi bildirilir. Hazırda qərb rayonlarında yağıntıl

17 sentyabr 2021
.

"Su çənimizi yığışdırdılar ki, şəhərin gözəlliyini pozur..." - Daha bir SU PROBLEMİ - ŞİKAYƏT - AÇIQLAMA

ın redaksiyasına su ilə bağlı növbəti şikayət daxil olub. Belə ki, Təhminə Babayeva adlı şikayətçinin sözlərinə görə, Nizami rayonu "Naxçıvanski" 94B ünvanında gündüz saat 11-də suyu azalda-azalda tam kəsirlər, axşamüstü 6, 7-də yenidən açırlar:. "Gecə 12-yə işləmiş isə yenə kəsirlər

18 sentyabr 2021