Azərbaycanda yeni seçkiyə hazırlıq gedir? – Qapalı görüşün detalları bilindi

Azərbaycanda yeni seçkiyə hazırlıq gedir? – Qapalı görüşün detalları bilindiSiyasi partiyalarla dövlət orqanları arasında konstruktiv əməkdaşlığın qurulması və inkişaf etdirilməsi məqsədilə Prezident Administrasiyası tərəfindən Milli Məclis Aparatının, Mərkəzi Seçki Komissiyasının, Hesablama Palatasının, Ədliyyə və Maliyyə nazirliklərinin, habelə 25 siyasi partiyanın nümayəndələrinin iştirakı ilə görüş təşkil olunub.

Bu görüş parlament seçkisinə hazırlıq sayıla bilərmi?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan Ədalət, Hüquq, Demokratiya Partiyasının sədr müavini Elçin Mirzəbəyli deyib ki, görüş siyasi partiyalarla dövlət orqanları arasında konstruktiv əməkdaşlığın qurulması və inkişaf etdirilməsi məqsədilə təşkil edilib:

"Məlum olduğu kimi, "Siyasi partiyalar haqqında" yeni qanun daha öncəki hüquqi-normativ aktlardan fərqli olaraq, dəqiq işlək mexanizmlərə malikdir və siyasi partiyaların institutlaşması baxımdan mühüm əhəmiyyət daşıyır. Siyasi partiyaların üzvlərinin reyestrinin aparılması üzərində nəzarəti Ədliyyə Nazirliyi həyata keçirir. Həmçinin partiyaların öz nizamnamə və proqramlarına əməl etməsinə nəzarəti də bu qurum həyata keçirir. Bu baxımdan, siyasi partiyalarda sənədləşmə işinin aparılması, interaktivliyin təmin edilməsi, eləcə də bu sahələrdə Qanunun tələblərinə uyğun mexanizmlərin tətbiqi üçün Ədliyyə Nazirliyi ilə siyasi partiyaların əməkdaşlıq etməsi zəruridir. Bu yanaşma, qanunun tələblərindən irəli gələn digər vəzifələrin icrası üçün də presedent xarakteri daşıyır. Yəni müvafiq istiqamətlər üzrə həm Maliyyə Nazirliyinin, həm də Mərkəzi Seçki Komissiyasının siyasi partiyalarla daim təmasda olması, onların fəaliyyətinin qanunun tələblərinə uyğun təmin edilməsi üçün müvafiq hüquqi yardımların göstərilməsi, mütamadi olaraq, bu istiqamətdə birgə müzakirələrin aparılmasına ehtiyac var.

Azərbaycan dövləti siyasi partiyaların fəaliyyətinin institutlaşması, onların ölkə qanunlarına uyğun fəaliyyət göstərmələrinin təmin edilməsi üçün inzibati metodları deyil, marifləndirməni və əməkdaşlığı seçib. Bu, çoxpartiyalı sistemin inkişafı və siyasi partiyalarla dövlət qurumları arasında işgüzar münasibətlərin formalaşması üçün də mühüm əhəmiyyət daşıyır".

AĞ Partiya başqanı Tural Abbaslı qeyd edib ki, həmin görüş seçki ilə əlaqələndirilməməlidir:

"Görüş Azərbaycanda fəaliyyət göstərən 26 partiyadan 25-nin iştirakı ilə keçirildi. Burada partiyalar haqqında yeni qanunun tətbiqi məsələlərinin müzakirəsi getdi. Fikir mübadiləsi, maarifləndirmə və müzakirələr aparıldı. Maraqlı məqam o idi ki, burada yeni qanuna görə partiyalarla işləməli olan dövlət qurumlarının nümayəndələri də kifayət qədər təmsil olunurdu. Partiyaların maliyyə vəziyyətləri, struktural formalaşdırılması, qərargah məsələləri gündəmə gətirildi. Müxtəlif partiyaların fərqli təklifləri oldu. Ümumilikdə səmərəli görüş idi. Bunlar tez-tez olmalıdır".

Milli Cəbhə Partiyasının başqan müavini Məhəmməd Əsədullazadə isə deyib ki, Prezident Administrasiyası və siyasi partiyalarla keçirilən görüş konstruktiv idi:

"Bu görüş müxalifət və iqtidar arasında normal münasibətlər sisteminin tərkib hissəsidir. Seçkilərə hazırlıq məsələsini də istisna etmək olmaz. Konstitusiyaya görə, noyabrda Milli Məclisə seçkilər keçirilməlidir. MCP başqanı Razi Nurullayev də həmin görüşdə iştirak etdi. Hesab edirəm ki, görüşlər mütəmadi xarakter almalıdır".


Sonxeber.az
Telegramda izləyin
  Baxılıb: 1291   Tarix: 18 may 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Rusiya ordusu Ukraynanın bir qəsəbəsini nəzarətə götürüb

Rusiya Silahlı Qüvvələri Ukraynada bir yaşayış məntəqəsini öz nəzarəti altına alıb. xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyindən məlumat verilib. Məlumata görə, Rusiya hərbçiləri Dnepropetrovsk vilayətində Boqodarovka yaşayış məntəqəsinə nəzarəti ələ keçiriblər

29 iyun
.

Pirşağıda dənizdə qadın batıb

Abşeronda daha bir nəfər dənizdə batıb. -a istinadən xəbər verir ki, hadisə Pirşağı çimərliyində qeydə alınıb. Bakı şəhər sakini, 1984-cü il təvəllüdlü Raisa Abbasova dənizdə çimərkən boğularaq ölüb. Faktla bağlı araşdırma aparılır

29 iyun
.

XİN: "İsrail hökumətinin qondarma "erməni soyqırımı" ilə bağlı qəbul etdiyi qərar ciddi narahatlıq doğurur"

"İsrail hökumətinin qondarma "erməni soyqırımı" ilə bağlı qəbul etdiyi qərar ciddi narahatlıq doğurur". Bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb:. "1915-ci il hadisələri ilə bağlı tarixi həqiqətlərin təhrif olunması, mürəkkəb tarixi proseslərin hüquqi və elmi əsaslarda

29 iyun
.

Kasım-Jomart Tokayev Azərbaycan və Gürcüstanla birgə layihələrdən danışdı

"Transxəzər beynəlxalq nəqliyyat marşrutunun potensialının gücləndirilməsi üçün Azərbaycan və Gürcüstanla vahid uzunmüddətli tarif modelinin tətbiqi müzakirə olunur". -ın -ya istinadən xəbərinə görə, bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Aralıq dənizi Gəmiçiliyi şirkətinin ba

24 iyun
.

26 yaşlı Yevlax sakininin meyiti kanalda tapıldı

Bərdə rayonunda kanaldan meyit tapılıb. -ın əldə etdiyi məlumata görə, hadisə rayonun Qarağacı kəndinin ərazisindən keçən Yuxarı Qarabağ su kanalında aşkar edilib. Yevlax rayon sakini 200-ci il təvəllüdlü Mahir Nadirovun üzərində zorakılıq əlamətləri görünməyən meyiti kanalda tapılıb. Faktla bağlı araşdırm

23 iyun
.

Türkiyədə mədəndə uçqun: Ölən var

Türkiyənin Bolu bölgəsində mədəndə baş verən uçqun nəticəsində bir nəfər ölüb. xəbər verir ki, bu barədə "İhlas" agentliyi məlumat yayıb. Hadisə Mengen rayonu ərazində baş verib. Hələlik hadisənin səbəbi məlum deyil. Ərazidə axtarış-xilasetmə əməliyyatları aparılır

17 iyun
.

Nirezo Official Azərbaycanın tanınmış endirim bloq səhifəsi

Azərbaycanda sosial media üzərindən endirimlər, kampaniyalar və sərfəli alış-veriş imkanlarını izləyicilərə çatdıran Nirezo Official ölkənin ən tanınmış endirim platformalarından biri kimi fəaliyyət göstərir. Müxtəlif sosial şəbəkələrdə geniş auditoriyaya sahib olan platforma hər gün minlərlə istifadəçin

17 iyun
.

Samuxda narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü saxlanılıb

Samux Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları tərəfindən yol hərəkəti qaydalarını pozduğuna görə "Ford" markalı nəqliyyat vasitəsinin sürücüsü E.Həsənov saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, yoxlama zamanı müvafi

29 iyun
.

"Focus": "Madyarın qərarı Ukrayna üçün zərbə olacaq"

Macarıstanın Baş naziri Peter Madyarın Ukraynanın Avropa İttifaqına (Aİ) sürətləndirilmiş şəkildə qoşulması ilə bağlı bəndi Aİ sammitinin ilk gününün yekun sənədindən çıxarması Kiyevə zərbə olacaq. xəbər verir ki, bu barədə Almaniyanın "Focus" jurnalında məqalə dərc edilib. Yazının müəllif

20 iyun