Tramp müharibəni qızışdıranları Amerika hökumətindən uzaqlaşdıracağına söz verib
ABŞ-ın keçmiş prezidenti Donald Tramp ən yüksək hökumət postuna yenidən seçiləcəyi təqdirdə bütün müharibə qızışdıranları Amerika hökumətindən uzaqlaşdıracağına söz verib.
"Report" xəbər verir ki, bu barədə Tramp Texas ştatının Dallas şəhərində çıxışı zamanı deyib.
Tramp əlavə edib ki, o, ABŞ-ın hazırda "yolunu azmış" ölkə olduğuna inanır:
"Biz bütün müharibə qızışdıranları hökumətimizdən uzaqlaşdıracağıq. Biz saxta medianın kökünü kəsəcəyik və ölkəmizi tiranlardan və bədxahlardan birdəfəlik azad edəcəyik. Biz artıq dünya səhnəsində heyran olunmayan, hörmət edilməyən və dinlənilməyən bir ölkəyə çevrilmişik".
ABŞ-da prezident seçkiləri noyabrın 5-də keçiriləcək. Tramp artıq Respublikaçıların dövlət başçısı vəzifəsinə namizəd kimi irəli sürülməsi üçün lazımi sayda nümayəndə səsini toplayıb. İkinci müddətə namizədliyini irəli sürən hazırkı prezident Cozef Bayden Demokratlar Partiyasından kifayət qədər sayda nümayəndənin dəstəyini qazanıb.(oxu.az)
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 795 Tarix: 19 may 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Türkiyəli jurnalist saxta məlumat yaydığına görə həbs edilib
Türkiyəli jurnalist Ali Tarakcı sosial media hesabında paylaşdığı saxta məlumata görə həbs edilib. "Report" xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb. Məlumata görə, Ankara Baş Prokurorluğunun apardığı araşdırma çərçivəsində A. Tarakcı barəsində Türkiyə Cinayət Məcəlləsini
27 sentyabrSerbiya Prezidenti Aleksandar Vuçiç istefa verdi
Serbiya Prezidenti Aleksandar Vuçiç sentyabrın 27-də istefa verib. xəbər verir ki, bunu Vuçiç Serbiyanın dövlət Radio və Televiziyasının yayımladığı xalqa müraciəti zamanı açıqlayıb. "İki dəfə mənə etimad göstərən vətəndaşlara təşəkkür edirəm. Bu gün istefa verdiyim gündür", - Vuçiç bildirib
27 sentyabrÜST rəhbərindən dünyaya HƏYƏCAN TƏBİLİ: "Yeni pandemiya qaçılmazdır"
"Yeni respirator patogenin ortaya çıxması COVID-19 pandemiyası ilə müqayisə edilə biləcək nəticələrə malik pandemiyaya səbəb ola bilər". xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri Tedros Adhanom Qebreyesus Nyu-Yorkda BMT Baş Assambleyasının iclası çərçivəsində keçirilə
27 sentyabrHörmüz boğazında kommersiya gəmiçiliyinin intensivliyi 75% azalıb
Hörmüz boğazında kommersiya gəmiçiliyinin intensivliyi ABŞ və İran arasında münaqişədən əvvəlki səviyyə ilə müqayisədə təxminən 75 faiz aşağı olaraq qalır. "Report" xəbər verir ki, bu barədə Britaniyanın Dəniz Ticarət Əməliyyatları İdarəsi (UKMTO) məlumat yayıb. Qurumun məlumatına görə, boğazda
27 sentyabrBundesrat Almaniyada yanacaq vergisinin azaldılmasını təsdiqləyib
Bundestaqdan (parlament) sonra Bundesrat (Almaniya federal torpaqlar palatası) hakim koalisiyanın yanacağın qiymətlərinin artması fonunda avtomobil yanacaqlarına vergi yükünün azaldılması ilə bağlı qanun layihəsini təsdiqləyib. Bu barədə "Report" DPA-ya istinadən xəbər verir. Məlumata görə
27 sentyabrAdanada sərnişin avtobusu qəzaya uğrayıb, 10-dan çox şəxs xəsarət alıb
Türkiyənin Adana vilayətində sərnişin avtobusu yeraltı keçidin divarına çırpılıb. "Report" "TRT Haber"ə istinadən xəbər verir ki, hadisə nəticəsində 11 nəfər xəsarət alıb. Əraziyə polis, təcili tibbi yardım və yanğınsöndürənlər cəlb olunub. Qəzada xəsarət alan 11 nəfərə hadisə yerind
27 sentyabr