İran Rəisinin helikopterinin axtarışında dəstək verən ölkələrə təşəkkür etdi
"İran bir sıra dövlətlərə İslam Respublikasının xalqı və hökuməti ilə həmrəyliyə, habelə Prezident İbrahim Rəisinin sərt eniş etmiş helikopterinin axtarış əməliyyatında göstərdiyi köməyə görə minnətdarlığını bildirir".
Oxu.Az xəbər verir ki, müvafiq bəyanat İran Xarici İşlər Nazirliyinin "Telegram" kanalında yayılıb.
"İslam Respublikası bir çox hökumətlərə, ölkələrə və beynəlxalq təşkilatlara İran hökuməti və xalqı ilə həmrəylik duyğularını ifadə etdiklərinə və axtarış-xilasetmə əməliyyatında yardım və kömək təklif etdiklərinə görə təşəkkür edir", - deyə paylaşımda bildirilir.
Qeyd edək ki, daha əvvəl Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi İran Prezidenti İbrahim Rəisinin rəhbərlik etdiyi heyəti daşıyan helikopterin qəza enişi etməsi ilə əlaqədar axtarış-xilasetmə əməliyyatına dərhal dəstək göstərməyə hazır olduğunu bildirib. Belə ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, lazımi texniki vasitələrlə təchiz olunmuş 40 nəfər peşəkar xilasedicidən ibarət axtarış-xilasetmə qrupunun iki ədəd helikopterlə hər an axtarış-xilasetmə əməliyyatına qoşulmağa hazır olması dost ölkənin müvafiq dövlət qurumunun diqqətinə çatdırılıb.
Sonxeber.az
Telegramda izləyin
Baxılıb: 1031 Tarix: 20 may 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
34 yaşlı Vətən müharibəsi iştirakçısı qəfil vəfat etdi
Naxçıvan Muxtar Respbulikasının Kəngərli rayonunda Vətən müharibəsi iştirakçısı ürək çatışmazlığından vəfat edib. -a istinadən xəbər verir ki, 44 günlük Vətən müharibəsi iştirakçısı Elvin Pənahov iş yerində idman edərkən dünyasını dəyişib. Qeyd edək ki, 34 yaşlı mərhum E.Pənahov ailəli olub, üç övlad
26 iyunRusiyada həmkəndlisindən 41 min manat aldı, Şəkiyə qayıdıb borc yiyəsini döydü
Şəki Ağır Cinayətlər Məhkəməsində həmkəndlisini döyməkdə təqsirləndirilən Bünyad Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. -ın məlumatına görə, prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə B.Məmmədov 3 il azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs olunub. İttiham
20 iyunTürkiyədə sursat anbarında PARTLAYIŞ: Ölənlər var
Türkiyənin Kırıkkale bölgəsində özəl bir şirkətə məxsus sursat anbarı və utilizasiya müəssisəsində baş verən partlayış nəticəsində iki nəfər həlak olub. xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb. Kırıkkale valiliyindən verilən məlumata görə, hadisədən dərhal sonra müvafiq qurumla
23 iyun26 yaşlı Yevlax sakininin meyiti kanalda tapıldı
Bərdə rayonunda kanaldan meyit tapılıb. -ın əldə etdiyi məlumata görə, hadisə rayonun Qarağacı kəndinin ərazisindən keçən Yuxarı Qarabağ su kanalında aşkar edilib. Yevlax rayon sakini 200-ci il təvəllüdlü Mahir Nadirovun üzərində zorakılıq əlamətləri görünməyən meyiti kanalda tapılıb. Faktla bağlı araşdırm
23 iyunNirezo Official Azərbaycanın tanınmış endirim bloq səhifəsi
Azərbaycanda sosial media üzərindən endirimlər, kampaniyalar və sərfəli alış-veriş imkanlarını izləyicilərə çatdıran Nirezo Official ölkənin ən tanınmış endirim platformalarından biri kimi fəaliyyət göstərir. Müxtəlif sosial şəbəkələrdə geniş auditoriyaya sahib olan platforma hər gün minlərlə istifadəçin
17 iyunGəncədə ağlasığmaz dələduzluq: Maşını lombarda qoydu...
Gəncədə avtomobil alqı-satqısı adı ilə dələduzluq edən şəxsə hökm oxunub. Qaynarinfo xəbər verir ki, məhkəmə materiallarına görə, təqsirləndirilən şəxs özünə məxsus olmayan "Hyundai Sonata" markalı avtomobili satmaq adı ilə tanışını aldadaraq onun 2650 manat pulunu ələ keçirib. O, avtomobili
18 iyunAvropa İttifaqına daxil olma qaydaları dəyişir
Avropa Komissiyası Avropa İttifaqına (Aİ) üzv olmaq istəyən namizəd ölkələrə ittifaqa tam daxil olmamışdan əvvəl iqtisadi imtiyazların verilməsi planı üzərində işləyir. xəbər verir ki, bu barədə iki məmura istinadən "Politico" nəşri məlumat yayıb. Nəşr qeyd edir ki, hazırda hökumətlər Aİ-y
26 iyun