Bəzi bələdiyyələr qadağan olunmuş torpaqları SATIR: Vətəndaşlar təzminat ALA BİLƏR? - AÇIQLAMA

Bəzi bələdiyyələr qadağan olunmuş torpaqları SATIR: Vətəndaşlar təzminat ALA BİLƏR? - AÇIQLAMABu gün bəzi bələdiyyələrin vətəndaşları aldadaraq qanunsuz torpaqların satılması halları mövcuddur. Həmin bələdiyyə sədrləri öz balansında olan torpaqlara əl atırlar. Bununla kifayətlənmir və "Ehtiyat Fondu"nda olan torpaqları belə vətəndaşlara satırlar. Beləliklə vətəndaş aldadılır və qanunsuz torpağı almış olur. Bu zaman dövlət tərəfindən vətəndaşın tikdiyi ev sökülür yaxud torpaq əlindən alınır. Bu baxımdan vətəndaş aldığı torpağın qanunsuz olub-olmadığını necə bilər? Eyni zamanda vətəndaş bələdiyyə tərəfindən aldadıldığı üçün sökülən evinə görə təzminat ala bilər?

Mövzu ilə bağlı Sonxeber.az-a danışan əmlak məsələləri üzrə ekpert Elnur Fərzəliyev deyib ki, ölkəmizdə bələdiyyələr 1990-cı ildə yaranıb. 2000-ci ildən 2008- i ilə qədər bələdiyyələrə torpaq satmaq səlahiyyəti verilib. Bələdiyyələrə satmaq üçün torpaqlar sahələri ayrılsa da, lakin həmin torpaqların xəritəsi ayrılmayıb. Bələdiyyələrə qədər həmin torpaqlar hansısa bir dövlət təşkilatının və bir qurumun balansında olub:

"Bələdiyyələrdə onları vərəqə torpaqları adı kimi satıblar. Burada məsələyə biz digər tərəfdən baxsaq, əsas problem ondan yaranır ki, torpaqların xəritəsinin olmaması belə böyük problemlərə yol açıb. Bundan əlavə bələdiyyələr tərəfindən satılan torpaqların böyük bir hissəsi zamanında çıxarışla təmin olunub. Çıxarışla təmin olunmayan torpaqlara çıxarışların verilməməsində müxtəlif səbəblər var. Səbəblərdən biri onlara həmin torpaq sahələri ayrılan zaman verilməsi ilə bağlı sərəncam yaxud bələdiyyə qərarı olur. Onların arxiv kökünün olmaması bir problemdir. Həmin torpaqları satarkən bələdiyyə tərəfindən kadastr planı, yerləşdiyi koordinatlar göstərilməlidir. Bu koordinatlar daha çox Torpaq Komitəsi tərəfindən verilirdi".

Ekspertin sözlərinə görə, torpaqları bələdiyyələrə verərkən onların təyinatlarının dəyişdirilməməsi belə, bu gün çox böyük problemlərə yol açıb. Bu baxımdan problemin həlli vətəndaş tərəfindən mümkün deyil. Çünki vətəndaşın iradəsi və gücü çatmayan bir məsələ var. Torpağın təyinatının dəyişilməsi bu problemlərə aiddir:

"Bununla əlaqədar əmlak amnistiyasının olacağı ilə bağlı medialarda ciddi məlumatlar yaranır. O cümlədən yeni portalın hazırlanıb istifadəyə verilməsi gözlənilir. Bu portalın istifadəsi gözlənilir ki, bunun vasitəsilə vətəndaşlar evlərini çıxarışla təmin edə biləcəklər. Bələdiyyə tərəfindən ayrılmış torpaq sahələrinin üzərində çox böyük bir hissəsi tikintilər tikilib və yaşayış massivlərinə çevrilib. Burada problem təyinatla bərabər olduğu üçün, zamanında bələdiyyələr qadağa olunmuş ərazilərdə torpaq satışları həyata keçiriblər. Bu qadağan olunmuş ərazilər elektrik naqillərinin altı, kommunikasiya xətlərinin yaxınlığı və neft buruqları ətrafında neytral zona gözlənilməli idi".

Elnur Fərzəliyev qeyd edib ki, il sonuna qədər çıxarışların verilməsi təmin olunacaqsa belə, həmin ərazilərdə tikilmiş evlər və ayrılmış torpaqlar sahələrinə çıxarışın verilməsi qanunauyğun deyil:

"Düşünürəm ki, həmin ərazilər çıxarışla təmin olunmayacaq. Sökülən hər bir ev əgər hər hansısa tikinti işlərinə başlanılıbsa, onun sökülməsi mümkündür. Vətəndaşa həmin ərazi ilə bağlı xəbərdarlıq edilir. Vətəndaş həmin xəbərdarlığa meyil qoymursa, belə olan halda aidiyyəti qurumlar tərəfindən həmin ev sökülür. Lakin yaşayış olan fərdi yaşayış evləri qadağan olunmuş ərazidə inşa edilib yaxud torpağın sənədi düzgün deyilsə onların söküntüsü üçün məhkəməyə qərarı tələb olunub. Belə əmlakları məhkəmə qərarı olmadan sökülmür".

Sevda Səfərova


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1604   Tarix: 20 may 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Simonida Kordiç: "Azərbaycan Monteneqronun ən mühüm investorlardan biridir"

Azərbaycan Monteneqrodakı ən mühüm investorlardan biridir. "Report" xəbər verir ki, bunu Monteneqronun turizm naziri Simonida Kordiç Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda (2nd Azerbaijan International Investment Forum - AIIF 2026) bildirib. Onun sözlərinə görə, ölkəni

26 sentyabr
.

Əhaliyə sel və daşqınlarla bağlı XƏBƏRDARLIQ

Fövqəladə Hallar Nazirliyi (FHN) gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib. həmin müraciəti təqdim edir:. "Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yaxın iki gün ərzində respublikanın bəzi ərazilərində arabir güclü külək əsəcəyi, intensiv yağış yağacağı

24 sentyabr
.

Bu şəxslərin maaşı və pensiyası ARTILIR

Hərbçilərin maaş və pensiyalarının artırılması ilə bağlı yeni islahat paketinin hazırlanması gözlənilir. xəbər verir ki, bunu hərbi ekspert Ədalət Verdiyev "Facebook" hesabında paylaşım edib. Onun sözlərinə görə, Azərbaycan Ordusunda əməkhaqqı sisteminin beynəlxalq standartlara uyğunlaşdırılmas

27 sentyabr
.

Bank kartları ilə bağlı - Daha bir qadağa

Azərbaycanda bir sıra banklar eyni kateqoriyaya aid kartın vətəndaşlara birdən artıq satışına qadağa qoyub. -a istinadən xəbər verir ki, bununla bağlı banklara təlimatlar göndərilib. Bəzi banklar eyni kateqoriyaya aid kartı vətəndaşlara birdən artıq satmır. Banklardan bəziləri bu məhdudiyyəti tətbi

24 sentyabr
.

Heydər Əliyev xanımı ilə "Formula 1"də - FOTOLAR

Prezident İlham Əliyevin oğlu Heydər Əliyev xanımı Alyona Əliyava ilə Bakı şəhər halqasında "Formula 1" Azərbaycan Qran-Prisinin əsas yarışını izləyib. onların fotolarını təqdim edir:

26 sentyabr
.

Sabah hava necə olacaq? - Açıqlandı

Sentyabrın 27-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumatına əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi səhər şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperatur

26 sentyabr
.

Vətən müharibəsinin başlamasından altı il ötür

Bu gün Vətən müharibəsinin başlamasından altı il ötür. xəbər verir ki, altı il əvvəl Azərbaycan Ordusu Ermənistanın işğalçı siyasətinə və cəbhəboyu hərbi təxribatlarına cavab olaraq sürətli əks-hücum əməliyyatına start verib. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin əmri ilə ordumu

27 sentyabr
.

Bakının bu qəsəbəsi YENİLƏNİR: Göl ətrafında bulvar salınır - VİDEO

Əmircan yenilənir, abadlaşdırılır. Qəsəbədə aparılan abadlıq işləri davam etdirilir. BİG.AZ "Xəzər" TV-yə istinadla xəbər verir ki, artıq göl kənarında salınan mini parklardan birində işlər yekunlaşıb. Görülən işlər sakinlərin də ürəyincədir. Onların sözlərinə görə, bu layihənin üstün cəhətlərində

27 sentyabr
.

2027-ci ildə pensiyalar nə qədər arta bilər?

2026-cı ilin başa çatmasına bir neçə ay qalsa da, artıq ictimaiyyət arasında müzakirə edilən məsələlərdən biri də 2027-ci il üzrə pensiyaların artımıdır. Artıq pensiyaların nə qədər artacağı ilə bağlı müxtəlif proqnozlar səsləndirilir. Maraqlıdır, bəs gələn il əmək pensiyaları nə qədər arta bilər?. "Qafqazinfo"

27 sentyabr