Sosial mediada yayılan DƏLƏDUZLUQ: "Kartda olan 16 rəqəm xaricində qarşı tərəfə heç bir məlumat verilməməlidir" - Ekspertdən ÇAĞIRIŞ

Sosial mediada yayılan DƏLƏDUZLUQ: "Kartda olan 16 rəqəm xaricində qarşı tərəfə heç bir məlumat verilməməlidir" - Ekspertdən ÇAĞIRIŞSon günlərdə Bakı və bölgələrdə onlayn dələduzluq hallarının sayı artıb. Ötən həftə ayrı-ayrı vətəndaşların işə düzəltmək, maşınını satmaq adı ilə minlərlə manatı ələ keçirilib. İşə düzəlmək və maşınını satmaq istəyən vətəndaşlar bank kartlarının 16 rəqəmini tanımadığı adamlara verərək pullarını itiriblər. Nəticədə işə düzəlmək istəyən şəxsin 7480, maşınını satmaq istəyənin isə 5000 manat pulu ələ keçirilib. Bu kimi halların qarşısı necə alına bilər? İnsanlar niyə görə hələ də bu yolla işə düzələcəkləri hesab edirlər ?

Məsələ ilə bağlı İnformasiya Texnologiyaları üzrə mühəndis-tədqiqatçı, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) eksperti Bəhruz Əliyev Sonxeber.az-a açıqlama verib.
Sosial mediada yayılan DƏLƏDUZLUQ: "Kartda olan 16 rəqəm xaricində qarşı tərəfə heç bir məlumat verilməməlidir" - Ekspertdən ÇAĞIRIŞO bildirib ki, kartlarda olan 16 rəqəm xaricində qarşı tərəfə heç bir məlumat verilməməlidir:

"Bizə edilən bütün təklifləri həvəs və arzu ilə yox, məntiqlə, şuurla, ağılla dinləməyə ehtiyac var. İnsanın bəzi hallarda ətrafında tanıdığı insanlara şübhə ilə yanaşıldığı bir zamanda, heç tanımadığımız, üzünü görmədiyimiz, cəmiyyətdə etibar qazanmamış qeyri-müəyyən birinə etibar edilməsi bir qədər təəssüfləndirici bir hadisədir. Etibarlılığı təmin etmək üçün, qanunu müqavilələr, notarius kimi qurumlar fəaliyyət göstərdiyi halda, hansısa bilinməyən şəxsə şəxsi məlumatlarını etibar etmək, şirnikləndirci təklif qarşısında aldanmaq bir qədər sadəlövlükdür. Bütün hüquq-mühafizə orqanlarının əlaqədar şəxsləri, banklar və kibertəhlükəsizlik mühəndisləri daimi maarifləndirmə aparır ki, 16 rəqəm xaricində qarşı tərəfə heç bir məlumat verilməməlidir. 16 rəqəm qarşılıqlı pul köçürmələri üçün kifayətdir. Qalan məlumatlar isə gizlədilməlidir. Eyni zamanda biz yenə də hüquq-mühafizə orqanlarının əlaqədar şəxslərinin açıqlamalarından görürük ki, kiberdələduzluğa uğrayan şəxslər sadəcə 16 rəqəmi verməyib, digər məlumatları da dələduza aldanaraq, ötürüblər".

Ekspert dələduzların maşın satmaq və iş axtaran şəxsə link göndərərək, kart məlumatlarını o linkə daxil etməli olduqlarınına razı saldıqlarını və bu yolla onları dolandırdıqlarını bildirib:

"Dələduzlar bəzən elan saytlarından götürdükləri nömrələrə yazaraq, onların güvənini qazanmağı bacarırlar. Dələduzlar maşın satmaq və iş axtaran şəxsə link göndərərək, kart məlumatlarını o linkə daxil etməli olduqlarınına razı sala bilirlər. Rüsüm ödəməli olduqlarını vəya maşın satan adama beh verəcəyi ilə aldadır. Həyəcanda olan şəxs qarşı tərəfə inanır və ona göndərilən linkə bütün məlumatları daxil edir. Bununla da kartda olan bütün pullar dələduz tərəfindən çıxarılır. Eyni üsul telefon danışığı ilə də edilə bilər. Dələduz maşın satmaq vəya iş axtaran kimi internetə nömrə qoyan şəxsə zəng edərək, inandırıb, aldatmağa çalışır. Unutmamaq lazımdır ki, sadəcə 16 rəqəm pul köçürməsi üçün kifayətdir. Başqa heç bir məlumatı qarşı tərəfə vermək olmaz. Uzun illərdir fişing(balıq ovu) metodu ilə edilən bu dələduzluq növü qurbansız ötüşmür. Çünkü metodlar hər dəfə təzələnir. Məlumatsız istifadəçi isə, potensial qurbandır. Dələduzluqdan qurtulmanın ən uyğun metodu daimi maariflənmək və maarifləndirməkdir. Gəlin birlikdə diqqətli olaq!".

Gülcahan Məmmədova


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1455   Tarix: 20 may 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Simonida Kordiç: "Azərbaycan Monteneqronun ən mühüm investorlardan biridir"

Azərbaycan Monteneqrodakı ən mühüm investorlardan biridir. "Report" xəbər verir ki, bunu Monteneqronun turizm naziri Simonida Kordiç Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda (2nd Azerbaijan International Investment Forum - AIIF 2026) bildirib. Onun sözlərinə görə, ölkəni

26 sentyabr
.

Əhaliyə sel və daşqınlarla bağlı XƏBƏRDARLIQ

Fövqəladə Hallar Nazirliyi (FHN) gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib. həmin müraciəti təqdim edir:. "Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yaxın iki gün ərzində respublikanın bəzi ərazilərində arabir güclü külək əsəcəyi, intensiv yağış yağacağı

24 sentyabr
.

Bu şəxslərin maaşı və pensiyası ARTILIR

Hərbçilərin maaş və pensiyalarının artırılması ilə bağlı yeni islahat paketinin hazırlanması gözlənilir. xəbər verir ki, bunu hərbi ekspert Ədalət Verdiyev "Facebook" hesabında paylaşım edib. Onun sözlərinə görə, Azərbaycan Ordusunda əməkhaqqı sisteminin beynəlxalq standartlara uyğunlaşdırılmas

27 sentyabr
.

Bank kartları ilə bağlı - Daha bir qadağa

Azərbaycanda bir sıra banklar eyni kateqoriyaya aid kartın vətəndaşlara birdən artıq satışına qadağa qoyub. -a istinadən xəbər verir ki, bununla bağlı banklara təlimatlar göndərilib. Bəzi banklar eyni kateqoriyaya aid kartı vətəndaşlara birdən artıq satmır. Banklardan bəziləri bu məhdudiyyəti tətbi

24 sentyabr
.

Heydər Əliyev xanımı ilə "Formula 1"də - FOTOLAR

Prezident İlham Əliyevin oğlu Heydər Əliyev xanımı Alyona Əliyava ilə Bakı şəhər halqasında "Formula 1" Azərbaycan Qran-Prisinin əsas yarışını izləyib. onların fotolarını təqdim edir:

26 sentyabr
.

Sabah hava necə olacaq? - Açıqlandı

Sentyabrın 27-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumatına əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi səhər şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperatur

26 sentyabr
.

Vətən müharibəsinin başlamasından altı il ötür

Bu gün Vətən müharibəsinin başlamasından altı il ötür. xəbər verir ki, altı il əvvəl Azərbaycan Ordusu Ermənistanın işğalçı siyasətinə və cəbhəboyu hərbi təxribatlarına cavab olaraq sürətli əks-hücum əməliyyatına start verib. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin əmri ilə ordumu

27 sentyabr
.

Bakının bu qəsəbəsi YENİLƏNİR: Göl ətrafında bulvar salınır - VİDEO

Əmircan yenilənir, abadlaşdırılır. Qəsəbədə aparılan abadlıq işləri davam etdirilir. BİG.AZ "Xəzər" TV-yə istinadla xəbər verir ki, artıq göl kənarında salınan mini parklardan birində işlər yekunlaşıb. Görülən işlər sakinlərin də ürəyincədir. Onların sözlərinə görə, bu layihənin üstün cəhətlərində

27 sentyabr
.

2027-ci ildə pensiyalar nə qədər arta bilər?

2026-cı ilin başa çatmasına bir neçə ay qalsa da, artıq ictimaiyyət arasında müzakirə edilən məsələlərdən biri də 2027-ci il üzrə pensiyaların artımıdır. Artıq pensiyaların nə qədər artacağı ilə bağlı müxtəlif proqnozlar səsləndirilir. Maraqlıdır, bəs gələn il əmək pensiyaları nə qədər arta bilər?. "Qafqazinfo"

27 sentyabr