Baqrat Qalstanyan Tavuşa qayıtdı: Aksiyalar bitir?
"Vətən naminə Tavuş" hərəkatının başçısı olan Baqrat Qalstanyan Tavuşa qayıdıb. Onun burada müxalifət nümayəndələri ilə bir araya gəldiyi deyilir. Ümumiyyətlə, B. Qalstanyanın Baş nazir postuna iddialı olduğu artıq sirr deyil.
B. Qalstanyan Ermənistan Baş naziri ola biləcək? Onun Tavuşa qayıtması nə ilə bağlıdır? Aksiyalar İrəvanda tam yekunlaşdı?
Globalinfo.az-a danışan politoloq Əlimusa İbrahimov deyib ki, Ermənistanda son etiraz çıxışları başlayan gündən elə uğursuzluğa məhkum idi:
"Çünki arxiyepskopun siyasi məqsədlər üçün istifadə olunması hadisəsi müasir beynəlxalq münasibətlərdə təsadüfi hallarda istifadə edilən hadisədir. Ona əl atanlar bütün vasitələri bitirəndən sonra dini nümayəndələrə üz tuturlar. Necə ki, insan ölüm ayağında Allahı və din xadimlərini xatırlayır ki, onu o biri dünyaya yola salmaqda yardımçı olsunlar. Ermənistanda da hadisələrin təşkilatçıları son mənzilə yola düşmək ərəfəsində olduqlarını başa düşdükləri üçün din xadimlərinin yardımına əl uzatdılar. Baqrat Qalstanyan da bu işdə onlara lazım olduğundan daha artıq kömək etdi.
Birinci ona görə ki, arxiyepskop siyasi proseslərdə səriştəsiz olduğunu elə Tavuşda büruzə verdi. O, Koçaryan və Sarkisyan tandeminə Ermənistanda nifrət olduğunu bildiyi halda Qarabağ klanı ilə münasibətlərini nəinki gizlətdi, hətta reklam etməyə başladı. Elə ona görə də Tavuşdan İrəvana qədər onu Qarabağ klanı rəhbərlərinin kölgəsi müşayiət etdi. Keçmiş prezidentlər nə qədər pullu olsalar da onlar qeyri-müəyyən olan gələcəyə ciddi maliyyə vəsaiti buraxmaq istəmədilər. Ona görə də onların bu məqsəd üçün ayırdığı vəsait elə İrəvana qədər çatdı".
Ekspert deyib ki, keşiş İrəvana ayaq qoyan kimi səhvlərini davam etdirməyə başladı:
"Onun ikinci böyük səhvi baş nazir kürsüsünə iddiası oldu. Bu xalq kütlələrinin ona qoşulmasının qarşısını aldı. Proses başlayanda etirazçıların ciddi bir kəsimi onu həqiqətən xalq kütlələrinin mənafeyini düşündüyünü fikirləşirdi. Amma baş nazir olmaq istəməsi onun din xadimi kimi olub-qalan nüfuzunu da aşağı saldı.
İnsanlar düşünürlər ki, yeni baş nazir seçmək lazımdırsa heç olmasa Paşinyana bərabər və ondan üstün olmalıdır. Arxiyepiskop hansı keyfiyyətlərinə görə Paşinyandan üstündür? Təbii ki, onu Paşinyanla heç müqayisə etmək mümkün deyil.
Bütün bunları nəzərə aldıqda artıq Ermənistanda baş verən son hadisələrin artıq söndüyünü müşahidə etmək mümkündür. Düşünürəm ki, axırda Baqrat meydanın ortasında tək qalaraq tutduğu işə peşman olduğunu bəyan edəcək. Deyəcək ki, məni aldadıb oyuna çəkdilər".
Sonxeber.az
Telegramda izləyin
Baxılıb: 554 Tarix: 21 may 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
İlham Əliyev Türk Dünyası Həftəsinin iştirakçılarına müraciət ünvanlayıb
Prezident İlham Əliyev Birinci Türkoloji Qurultayın 100 illik yubileyinə həsr olunmuş Türk Dünyası Həftəsinin iştirakçılarına müraciət ünvanlayıb. -a istinadən xəbər verir ki, müraciət mətnini Azərbaycan Prezidentinin Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva oxuyub
29 iyunAvropa İttifaqına daxil olma qaydaları dəyişir
Avropa Komissiyası Avropa İttifaqına (Aİ) üzv olmaq istəyən namizəd ölkələrə ittifaqa tam daxil olmamışdan əvvəl iqtisadi imtiyazların verilməsi planı üzərində işləyir. xəbər verir ki, bu barədə iki məmura istinadən "Politico" nəşri məlumat yayıb. Nəşr qeyd edir ki, hazırda hökumətlər Aİ-y
26 iyunTürkiyədə mədəndə uçqun: Ölən var
Türkiyənin Bolu bölgəsində mədəndə baş verən uçqun nəticəsində bir nəfər ölüb. xəbər verir ki, bu barədə "İhlas" agentliyi məlumat yayıb. Hadisə Mengen rayonu ərazində baş verib. Hələlik hadisənin səbəbi məlum deyil. Ərazidə axtarış-xilasetmə əməliyyatları aparılır
17 iyunNASA-nın məxfi sənədlərində Ayda yadplanetli bazasının ehtimalı qeyd olunub
ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar Agentliyinin (NASA) ictimaiyyətə açıqladığı yeni məxfi sənədlərdə Ay səthində yadplanetlilərə aid bazanın olması ehtimalından bəhs edilir. -ın məlumatına əsasən, sözügedən faktla bağlı "Daily Mirror" nəşri xəbər yayıb. Məlumata görə, ABŞ hakimiyyətini
17 iyunMoldova səfiri Rusiya XİN-ə çağırılıb
Moldova səfiri Lilian Dariy bu gün Rusiya Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb. "Report" xəbər verir ki, bu barədə Rusiya mediası XİN-ə istinadən məlumat yayıb. Bildirilib ki, Rusiya diplomatik kuryerlərinin saxlanılmasına görə ona qəti etiraz bildirilib. "Rusiya XİN-ə çağırılan Moldov
26 iyunBakıda xariclə əlaqəli qumar şəbəkəsi quran dəstə üzvləri hakim qarşısında
Qanunsuz onlayn qumar və kazino oyunları təşkil edən dəstə üzvlərinin barələrindəki cinayət işi üzrə məhkəmə keçirilib. -ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azər Tağıyevin sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən dəstə üzvlərinin anket məlumatları dəqiqləşdirilib. Onla
18 iyunUkraynada məzun qızlar müharibədə ölən atalarının məzarları önündə - VİDEO
Ukraynada məzun qızlarla ataları arasında yaşanan duyğusal anlar sosial şəbəkələrdə böyük maraqla qarşılanıb. xəbər verir ki, məzuniyyət günündə çəkilən görüntülər müharibənin ailələr üzərində buraxdığı izləri bir daha nümayiş etdirib. Bəzi məzunlar həyatlarının ən önəmli günlərindən birində Rusiya-Ukrayn
16 iyunKasım-Jomart Tokayev Azərbaycan və Gürcüstanla birgə layihələrdən danışdı
"Transxəzər beynəlxalq nəqliyyat marşrutunun potensialının gücləndirilməsi üçün Azərbaycan və Gürcüstanla vahid uzunmüddətli tarif modelinin tətbiqi müzakirə olunur". -ın -ya istinadən xəbərinə görə, bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Aralıq dənizi Gəmiçiliyi şirkətinin ba
24 iyun