15 yaşlı oğlan dostlarını maşınla gəzdirdi: Atası həbs edildi
Bakıda məktəblinin idarə etdiyi avtomobil yol polisi tərəfindən cərimə meydançasına aparılıb.
"Qafqazinfo" xəbər verir ki, hadisə Nizami rayonu, 8-ci kilometr qəsəbəsi yaxınlığında baş verib.
Nizami Rayon Polis İdarəsinin (RPİ) DYPŞ-nin əməkdaşları ön tərəfdə üç, arxa tərəfdə dörd yeniyetmənin əyləşdiyi avtomobili saxlayıblar. Məlum olub ki, maşını idarə edən şəxs sürücülük hüququ olmayan 15 yaşlı yeniyetmədir. Sərnişinlərin isə onun məktəb yoldaşları olduğu üzə çıxıb.
Yol polisləri nəqliyyat vasitəsini müvəqqəti duracağa yerləşdiriblər.
İnzibati xəta haqqında protokola əsasən, bundan sonra yeniyetmənin atası 1985-ci il təvəllüdlü S.Sultanov (şərti) əraziyə gələrək dava-dalaş salıb. O, özünü mötəbər şəxs kimi təqdim edərək DYP əməkdaşlarına qarşı xuliqanlıq edib. Əraziyə dəvət edilmiş digər polis əməkdaşlarının köməyi ilə o saxlanılıb.
Həmin şəxsin barəsində İnzibati Xətalar Məcəlləsinin 510 və 535-ci (Xırda xuliqanlıq və polisin qanuni tələbinə qəsdən tabe olmama) maddələri ilə protokol tərtib edilib. Saxlanılan şəxs Nizami Rayon Məhkəməsinə gətirilib və məhkəmənin qərarı ilə ona 8 sutka inzibati həbs cəzası verilib.
Sonxeber.az
Telegramda izləyin
Baxılıb: 674 Tarix: 22 may 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Xoşqədəm Hidayətqızı Tovuzun icra başçısını tənqid etdi - VİDEO
"ARB"də yayımlanan "Səni axtarıram" verilişinin aparıcısı Xoşqədəm Hidayətqızı Tovuz rayonunun icra başçısını tənqid edib. xəbər verir ki, "ARB" televiziyasında yayımlanan "Səni axtarıram" verilişinin aparıcısı, Əməkdar jurnalist Xoşqədəm Hidayətqızı bəzi dövlə
9 yanvarMilli Məclisin plenar iclası başlayıb, Baş nazir hesabat verəcək
Milli Məclisin yaz sessiyası üzrə növbəti plenar iclası başlayıb. " xəbər verir ki, xəbər verir ki, spiker Sahibə Qafarovanın sədrliyi ilə keçirilən iclasın gündəliyində bir məsələ - Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabat yer alıb. Hesabatı Baş nazir Əli Əsədovun təqdim etməs
13 martÇilidə dağın zirvəsində "sirli üz" peyda olub
Çilinin cənubundakı ucqar dağın zirvəsində "Google Maps"dən istifadə edərək aşkar edilən sirli üz ufoloqları və sosial media istifadəçilərini heyrətə salıb. "Daily Mail" nəşrinə istinadən xəbər verir ki, dağın fotosunu ilk dəfə Scott S. Waring yayımlayıb. O, belə təsvirlərin qədi
5 avqust 2025Psixoloqlara görə, yalançını ifşa etməyin yeganə real yolu
Araşdırmalar göstərir ki, insanların yalanı aşkar etmə uğuru cəmi 54%-dir; bu isə təxminən bəxtəbəxt qərar vermək kimidir. Ekspertlər bildirirlər ki, göz təması aldatma üçün zəif göstəricidir, əsl ipucu isə hekayədəki detal çatışmazlığında gizlənir. xəbər verir ki, bir çox mədəniyyətdə gözü qaçırmağı
25 mart