30 nəfər haqsız yerə işdən çıxarılıb? - İDDİA

30 nəfər haqsız yerə işdən çıxarılıb? - İDDİA"Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin rəhbərliyi mən də daxil, 30 nəfəri haqsız yerə işdən çıxarıb. Dəfələrlə kobud davranış göstərən rəhbərliyin işdən çıxarma bəhanəsi isə 1 gün qalmış göndərdiyi attestasiya mövzularından keçməyimizi tələb etməsidir".

Bu şikayətlə "Qafqazinfo"ya Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzində aparıcı metodist vəzifəsində çalışmış Aygün Hüseynova müraciət edib.

O bildirib ki, mərkəzin direktoru martın 25-də vatsap qrupu yaradaraq "attestasiya üçün mövzular" adı altında 65 mövzu göndərib, amma bunu attestasiyaya bir gün qalmış edib: "Bizə 65 mövzu göndərib dedilər ki, əməkdaşlar bu istiqamətlər üzrə attestasiya olunacaq. Bu mövzuları göndərəndə ölkədə qeyri-iş günü idi. İşə çıxdığımız gün isə dedilər ki, sabah attestasiya keçiriləcək. Bunun bizə 1 gün qalmış deyilməsi qərəzli məsələdir. Ən azı 1 ay vaxt verilməli idi".

Aygün Hüseynovanın sözlərinə əsasən, işçilərin etiraz etməsinə baxmayaraq, proses qeyd olunan tarixdə və vaxtda heç bir qiymətləndirmə meyarları olmadan keçirilib: "Attestasiya şərtləri, qaydaları və komissiya üzvləri məlum olmayan qərəzli, qeyri-obyektiv idi. Nəticələr də bizi qane etmədi. Elə olub ki, suala düzgün cavab yazsam da, bu, nəzərə alınmayıb. Attestasiyada 30 nəfər əməkdaş iştirak edib. Bu əməkdaşların hər biri 22, 30, 44 il əmək stajı olan, ixtisasları mədəniyyət sahəsi ilə birbaşa əlaqəli olan işçilərdir".

Şikayətçinin iddiasına görə, qurumun rəhbəri dəfələrlə əməkdaşları işdən çıxmaları üçün təhdid edib: "Mərkəzin direktoru işçiləri təhdid edərək öz xahişləri ilə ərizə yazıb işdən çıxmağa məcbur etdi. Bu təhdidlərdən çəkinən 16 əməkdaş öz xahişi ilə ərizə yazaraq işdən çıxıb. Mən də daxil qalan 14 nəfər isə Əmək Məcəlləsinin 70-ci maddəsinin "C" bəndi ilə işdən çıxarıldıq".

Məsələ ilə bağlı Mədəniyyət Nazirliyi ilə əlaqə saxladıq. Qurumdan sorğumuza cavab olaraq bildirildi ki, Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzində işçilərin attestasiyası "İşçilərin attestasiyası keçirilməsi Qaydaları"na müvafiq olaraq həyata keçirilib: Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzində işçilərin attestasiyadan keçirilməsi məqsədilə Mərkəzin direktoru vəzifələrini icra edən Akif Marifli tərəfindən attestasiyanın tarixi, keçirilmə qaydaları, komissiyanın yaradılması və tərkibinə dair, həmçinin Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin Attestasiya Komissiyasının Əsasnaməsinin təsdiq edilməsinə dair müvafiq əmrlər verilib. MEMİM işçilərinin attestasiyasında şəffaflığın və obyektivliyin təmin edilməsi üçün Attestasiya Komissiyanın tərkibinə mövcud qanunvericiliyə uyğun olaraq müvafiq sahələr üzrə peşəkar təcrübəyə malik tanınmış ekspertlər daxil edilib.

Attestasiyanın keçirilməsinin məqsəd, vəzifə və metodlarının izahı attestasiyanın başlanmasına 1 (bir) ay qalmış attestasiyanı keçməli olan işçilərin nəzərinə çatdırılıb. Attestasiyaya hazırlıq məqsədilə işçilərə tutduğu vəzifəyə, əmək funksiyasına, ixtisasına, dünyagörüşünə və müvafiq sahəyə dair veriləcək mümkün sualların hazırlanmasında istifadə olunan normativ hüquqi aktların və konkret sahəvi mövzuların siyahısı təqdim edilib.

Məlumat üçün bildiririk ki, attestasiya nəticisində MEMİM işçilərinin bir qrupunun tutduğu vəzifəyə (peşəyə) uyğun olmadığı məlum olub. Müraciət edən şəxslər məhz bu qrupa aid olan və Attestasiya Komissiyasının hər biri barədə tutduğu vəzifəyə (peşəyə) uyğun olmadığı barədə qərar qəbul etdiyi MEMİM işçiləridir".

Attestasiya mövzularının 1 gün qalmış göndərilməsi məsələsi il bağlı Əmək Müfəttişliyinə də müraciət etdik. Qurumdan deyildi ki, attestasiya prosesi işçilərə 1 ay əvvəldən xəbər edilməlidir: "Nazirlər Kabinetinin 97 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycanda işçilərin attestasiyasının keçirilməsi Qaydaları"na əsasən müəssisələrdə attestasiyanın konkret müddətləri və keçirilmə qaydaları, attestasiyanın keçirilməsi nəzərdə tutulan təqvim ilinin başlanmasına qədər müəssisə rəhbərliyi tərəfindən təsdiq edilir və attestasiyanın başlanmasına 1 ay qalmışdan gec olmayaraq attestasiyanı keçməli olan işçilərin nəzərinə çatdırılır. Attestasiya komissiyasının üzvləri tərəfindən işçiyə yalnız tutduğu vəzifəyə (peşəyə) əmək funksiyasına, ixtisasına (peşəsinə) dair, yerinə yetirdiyi işlər və onların nəticələri barədə, habelə tutduğu vəzifəyə (peşəyə) uyğunluğunu müəyyən etmək üçün zəruri olan əmək müqaviləsi ilə müəyyən edilmiş hüquqları, vəzifələri dairəsinə aid olan məsələlərlə əlaqədar suallar verilir.

Attestasiya ilə, o cümlədən attestasiyanın nəticələrinə görə işçinin işdən çıxarılması və ya başqa vəzifəyə (peşəyə) keçirilməsi haqqında mübahisəli məsələlər qanunvericiliyə müvafiq surətdə məhkəmələrdə baxılıb həll edilir".
30 nəfər haqsız yerə işdən çıxarılıb? - İDDİA


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1053   Tarix: 22 may 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Keşlədə tamamilə sökülən evin - Fotoları

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin balansındakı diamertri 1200 mm-lik tullantı su kollektorunun çökməsinə səbəb olan evlərdən biri komissiyanın qərarı əsasında sökülüb. "Qafqazinfo" xəbər verir ki, Xətai rayonu, Rəşid Bağırov küçəsində

6 aprel
.

Azərbaycanda 8 mayla bağlı QƏRAR VERİLDİ

Azərbaycanda 8 May qısaldılmış iş günü olacaq. xəbər verir ki, Əmək Məcəlləsinin 108-ci maddəsinə əsasən, bayram günündən əvvəlki iş günü bir saat azaldılır. Bu səbəbdən 9 May - Faşizm üzərində Qələbə Günü ilə əlaqədar olaraq 8 May (cümə) ölkə üzrə qısaldılmış iş günü olacaq. Qeyd edək ki, 9 May bu i

4 aprel
.

AZAL və "Air Serbia" yeni kod-şerinq tərəfdaşlığına başlayıb

"Azərbaycan Hava Yolları" QSC (AZAL) Serbiyanın milli aviadaşıyıcısı olan "Air Serbia" ilə kod-şerinq sazişi imzalayıb. Bu barədə -a səhmdar cəmiyyətindən bildirilib. Gələn aydan Bakı-Belqrad-Bakı marşrutu üzrə uçuşlar "Air Serbia"nın uçuş cədvəlinə uyğun olaraq həftəd

6 aprel
.

TƏCİLİ! Xəzərdə gəmilərə XƏBƏRDARLIQ EDİLDİ

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) yanında Dövlət Dəniz və Liman Agentliyinin (DDLA) Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib. agentliyə istinadən xəbər verir ki, xəbərdarlığa əsasən, aprelin 5-i gündüzdən Xəzər dəniz akvatoriyasınd

5 aprel
.

"Papanin" hospitalında nüfuz alveri - Polkovnikə cinayət işi açıldı

Silahlı Qüvvələrin Baş Klinik Hospitalının maddi texniki təminat bölməsinin rəisi polkovnik Azər Paşayev cinayət məsuliyyətinə cəlb edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, polkovnik A.Paşayev nüfuz alverində ittiham olunur. Hazırda həmin vəzifədə xidmət edən A.Paşayev istintaq müddətind

6 aprel
.

Yol kənarı ilə gedirdi, maşın vurub öldürdü

Samux rayonunda avtomobil yol kənarındakı piyadanı vurub. "Qafqazinfo" xəbər verir ki, hadisə rayonun Zazalı kəndində baş verib. Nəbiağalı qəsəbə sakini A.Quliyev "Opel Zafira" markalı avtomobillə hərəkətdə olan kənd sakini Əjdər Ələsgərovu vurub. Piyada aldığı xəsarətlərdən vəfa

6 aprel
.

Bu pullar sabahdan kartınızdan SİLİNƏCƏK

Oktyabr-aprel ayları aralığında NFC funksiyası olan bank kartları ilə həyata keçirilmiş və ödəniş əməliyyatları zamanı silinməmiş vəsaitlərin 06.04.2026-cı il tarixindən etibarən mərhələli şəkildə silinməsinə başlanılacaq və ictimai nəqliyyatdan istifadə zamanı müvəqqəti məhdudiyyətlər aradan qaldırılacaqdır

5 aprel
.

Muzeylər bu agentliyin tabeliyinə verilir

Muzeylərin fəaliyyətinə nəzarət Mədəniyyət Nazirliyinin birbaşa tabeliyindən çıxarılaraq Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə verilir. APA-ya istinadən xəbər verir ki, hazırda bununla bağlı Dövlət Xidmətində müvafiq işlər görülür. Yaxın günlərdə muzeylərin adıçəkilən xidməti

6 aprel
.

Bakıda yol çökdü - AYNA-nın maşını həmin çuxura düşdü - FOTO

Salatın Əsgərova küçəsində yol çöküb və AYNA-nın maşını həmin çuxura düşüb. xəbər verir ki, bu barədə -in qaynar xəttinə məlumat daxil olub. Bildirilib ki, hadisə metronun "28 May" stansiyasının ikinci çıxışının qarşısında qeydə alınıb. Yolun çökməsinə aramsız yağan yağışların səbəb olduğ

6 aprel