3 uşağını zəhərləyən qadın analıq hüququndan MƏHRUM EDİLİR? - AÇIQLAMA
Xəbər verdiyimiz kimi, Sumqayıtda üçü uşaq olmaqla bir ailənin dörd üzvü zəhərlənib. Belə ki, 1988-ci il təvəllüdlü Sevgül Əllədin qızı İsgəndərova yaşadığı mənzildə dərman vasitəsilə üç uşağını zəhərləyib. Daha sonra o, özü də həmin həbləri qəbul edərək zəhərlənib. Zəhərlənən uşaqlar, 2017-ci il təvəllüdlü Y.N.Süleymanov, 2007-ci il təvəllüdlü N.N.Süleymanova və 2016-ci il təvəllüdlü N.N.Süleymanov, o cümlədən anası S.İsgəndərova Kliniki Tibbi Mərkəzin Toksikologiya Şöbəsinə yerləşdiriliblər.
Hazırda bu uşaqların ana da qalması təhlükə ola bilər. Gələcəkdə bu yaxud digər şəkildə baş verən hadisə uşaqların həyatına təhlükə yaratması ehtimalı var. Belə olan halda 3 övladını zəhərləyən qadın analıq hüququndan məhrum ediləcək?
Mövzu ilə bağlı vəkil Emil Aslanov Sonxeber.az-a açıqlama verib:
"Məsələ ilə əlaqədar ilk olaraq sözügedən qadının psixoloji vəziyyəti yoxlanılmalıdır. Ekpertizanın belə məqamlarda rəyi mütləqdir. Əgər tibbi ekpsetiza nəticəsində bəlli olarsa, ananın gələcəkdə bu yaxud digər şəkildə uşaqlara zərəri dəyəcəksə qanunvericiliklə müvafiq işlər görülür. Belə olan hallarda məhkəmənin qərarına əsasən uşaq anadan alınaraq ataya verilə bilər. Əgər ata da yoxdursa, uşaq anadan alınır ve uşaq evlərinə təhvil verilir".
Qeyd edək ki, təcili tibbi yardım vasitəsilə dörd nəfər (ikisi kişi, ikisi qadın cinsli olmaqla) zəhərlənmə şübhəsi ilə Sumqayıt Tibb Mərkəzinin nəzdində olan Uşaq Xəstəxanasına hospitalizasiya olunublar. Onlara ilkin tibbi yardım göstərilib. Göstərilən tibbi xidmətlərdən sonra vəziyyətləri qənaətbəxş olaraq qiymətləndirilib. Daha sonra valideynin yazılı iltizamnaməsi əsasında onların hər biri ambulator müalicə üçün evə buraxılıb.
Sevda Səfərova
Sonxeber.az
Telegramda izləyin
Baxılıb: 786 Tarix: 22 may 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Hava KƏSKİN DƏYİŞİR: Bu tarixdən LEYSAN BAŞLAYIR - XƏBƏRDARLIQ
Sentyabrın 5-i günün ikinci yarısında dağlıq ərazilərdə, 6-sı gündüz isə şimal və qərb rayonlarından başlayaraq 8-i səhərədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, ayrı-ayrı yerlərdə yağıntıların qısamüddətli leysan xarakterli intensi
5 sentyabrKasım-Jomart Tokayev Azərbaycan və Gürcüstanla birgə layihələrdən danışdı
"Transxəzər beynəlxalq nəqliyyat marşrutunun potensialının gücləndirilməsi üçün Azərbaycan və Gürcüstanla vahid uzunmüddətli tarif modelinin tətbiqi müzakirə olunur". -ın -ya istinadən xəbərinə görə, bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Aralıq dənizi Gəmiçiliyi şirkətinin ba
24 iyunÇörək almağa gedən gənc qız itkin düşdü
Sumqayıtda 20 yaşlı qız itkin düşüb. "Qafqazinfo" xəbər verir ki, Hacı Zeynalabdin qəsəbəsində yaşayan 2006-cı il təvəllüdlü Aysel Rüstəmli iyunun 28-i saat 17:00 radələrində yaşadığı evdən çörək almaq məqsədilə çıxaraq naməlum istiqamətdə gedib və bir daha geri qayıtmayıb. Yaxınları onun itki
30 iyunUkraynada məzun qızlar müharibədə ölən atalarının məzarları önündə - VİDEO
Ukraynada məzun qızlarla ataları arasında yaşanan duyğusal anlar sosial şəbəkələrdə böyük maraqla qarşılanıb. xəbər verir ki, məzuniyyət günündə çəkilən görüntülər müharibənin ailələr üzərində buraxdığı izləri bir daha nümayiş etdirib. Bəzi məzunlar həyatlarının ən önəmli günlərindən birində Rusiya-Ukrayn
16 iyun100 Manatlıq Kredit Qərarı Gündəlik Büdcə ilə Birlikdə Dəyərləndirilir
Azərbaycan Mərkəzi Bankının 2025-ci il "Rəqəmsal Ödənişlər İcmalı" hesabatına görə, ölkədə nağdsız ödənişlərin həcmi 99,1 milyard manata, elektron ticarət əməliyyatlarının sayı isə 1,5 milyard ədədə çatıb. Hər iki göstəricidə qeydə alınan artım rəqəmsal ödəniş davranışının gündəlik iqtisad
8 iyulNASA-nın məxfi sənədlərində Ayda yadplanetli bazasının ehtimalı qeyd olunub
ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar Agentliyinin (NASA) ictimaiyyətə açıqladığı yeni məxfi sənədlərdə Ay səthində yadplanetlilərə aid bazanın olması ehtimalından bəhs edilir. -ın məlumatına əsasən, sözügedən faktla bağlı "Daily Mirror" nəşri xəbər yayıb. Məlumata görə, ABŞ hakimiyyətini
17 iyunTovuzda gənc oğlan çayda batdı
Tovuz rayonunda gənc oğlan çayda çimərkən batıb. -ın məlumatına görə, hadisə rayonun Dondar Quşçu kəndi ərazisində qeydə alınıb. Ağdam rayon sakini - 2004-cü il təvəllüdlü İlham Şirinov Tovuz çayında çimərkən boğulub. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri və polis əməkdaşları cəl
16 iyunGəncədə ağlasığmaz dələduzluq: Maşını lombarda qoydu...
Gəncədə avtomobil alqı-satqısı adı ilə dələduzluq edən şəxsə hökm oxunub. Qaynarinfo xəbər verir ki, məhkəmə materiallarına görə, təqsirləndirilən şəxs özünə məxsus olmayan "Hyundai Sonata" markalı avtomobili satmaq adı ilə tanışını aldadaraq onun 2650 manat pulunu ələ keçirib. O, avtomobili
18 iyun