"Hazırda tələbələri danışdırırlar" - GDU-nun rektorunun işinin təftişi məsələsinə RƏSMİ cavab
Kütləvi informasiya vasitələrində yayılan xəbərə görə, Elm və Təhsil Nazirliyi tərəfindən Gəncə Dövlət Universitetində yoxlamalara başlanılıb.
Bununla bağlı universitetin Mətbuat Xidmətinin rəhbəri Günay Məmmədova Oxu.Az-a açıqlamasında bildirib ki, beş ildən bir Elm və Təhsil Nazirliyi tərəfindən təsdiq olunmuş qrafik üzrə hər bir ali təhsil və orta ixtisas təhsili müəssisələrinin akkreditasiyası həyata keçirilir, Gəncə Dövlət Universitetində aparılan yoxlamalar da bununla bağlıdır:
"Yəni Gəncə Dövlət Universitetində aparılan yoxlama, sadəcə, rektorun fəaliyyəti ilə bağlı deyil, ümumilikdə universitet əməkdaşlarının fəaliyyəti ilə bağlıdır. Yoxlama zamanı rektor da daxil olmaqla dekanların, kafedra, şöbə müdirlərinin və s. sənədlərinə baxış keçirilir, sənədlərin uyğunluğu yoxlanılır".
Günay Məmmədova bildirib ki, təhsil müəssisəsinin akkreditasiyası təhsil müəssisəsinin fəaliyyətinin qəbul olunmuş dövlət təhsil standartlarına və digər normativ hüquqi aktların tələblərinə uyğunluğunun yoxlanılması məqsədi ilə aparılır:
"Bu yoxlamaların nəticəsində biz növbəti beş ildə fəaliyyət göstərmək üçün sertifikat alırıq və fəaliyyətimizi davam etdiririk".
"Yoxlamalar hazırda davam edir. Tələbələr danışdırılırlar. Yoxlama bitdikdən sonra nəticə Elm və Təhsil Nazirliyi tərəfindən elan olunacaq", - deyə o qeyd edib.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bakıda hava KƏSKİN PİSLƏŞƏCƏK - BU TARİXDƏN
Ötən gün axtarışda olan 159 nəfər saxlanılıb
Azərbaycanda suyun qiyməti BAHALAŞDI
Bakıda yeni metro stansiyası açılır - BU TARİXDƏ - VİDEO
Pensiyalar artırıldı - Əhaliyə ŞAD XƏBƏR
Brilliant Dadaşovanın ərinə yeni VƏZİFƏ VERİLDİ
Balığı nə ilə birlikdə yemək olmaz?
3 gün ardıcıl iş OLMAYACAQ - TARİXLƏR
Həkimlər xəbərdarlıq edir: Çayı belə içmək olmaz
Bakıda 16 yaşlı boksçumuz Əli Ruşanov FACİƏVİ ŞƏKİLDƏ ÖLDÜ - YENİLƏNİB
Sabah metro və avtobuslarda SIXLIQ ARTACAQ - SƏBƏB
Ayın 16-da hava necə olacaq? - PROQNOZ
SON DƏQİQƏ! Məşhur azərbaycanlı xanəndə DÜNYASINI DƏYİŞDİ - FOTO