Azərbaycanda konstitusiyaya dəyişikliklər ediləcək? - AÇIQLAMA

Azərbaycanda konstitusiyaya dəyişikliklər ediləcək? - AÇIQLAMATürkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin 1980-ci il hərbi çevrilişindən sonra qüvvədə olan konstitusiyanı əvəz etmək üçün sivil konstitusiyasının hazırlanması və qəbul edilməsinin zəruriliyini bəyan edib. bu barədə Türkiyə lideri bunu sədrlik etdiyi Nazirlər Kabinetinin iclasından sonra xalqa müraciətində deyib. Onun sözlərinə mövcud konstitusiya ilə Türkiyə irəli gedə bilməz.

Bəs Azərbaycanda da mövcud konstitusiyanın dəyişdirilməsinə ehtiyac var? Mövzu ilə bağlı Sonxeber.az-a danışan politoloq Turab Rzayev deyib ki, Türkiyənin belə bir konstitusiya dəyişikliyinə ehtiyacı var:

" Çünki Türkiyə faktiki olaraq 80-ci illərdə çevirilişdən sonra hərbi xunta tərəfindən bu konstitusiya qəbul edilib. Ondan sonra isə konstitusiyaya dəyişiklik olunmayıb. Türkiyə daha demokratik və sivil, hüquqi dövlət olmaq istəyirsə, köhnə yanaşmalardan imtina etməlidir. Yeni konstitusiya hazırlanmalıdır. Köhnə konstitusiya artıq Türkiyənin ehtiyaclarını ödəmir".

Politoloqun sözlərinə görə eyni məsələyə Azərbaycanda da ehtiyac var. Azərbaycan konstitusiyasında köklü dəyişikliklər edilmir. İstər ölkənin idarəetmə formasında, istər inzibati-ərazi bölgüsündə, istərsə də mövcud qüvvələr ayrılığında dəyişikliklərə ehtiyac var:

Faktiki olaraq həm Qarabağda, həm də Naxçıvanda prezidentin xüsusi nümayəndəlikləri təsis olunub. Amma konstitutsiyada bu məsələ öz əksini tapmayıb. Digər tərəfdən bütün ölkə ərazisində inzibati islahatlara ehtiyac var. İcra hakimiyyətləri özlərini doğrultmur və ləğv edilməlidir. Bələdiyyələrdə mütləq şəkildə iş görülməli yaxud prezidentin xüsusi nümayəndəliyinin tərkibində olmalıdır. Parlamentdə deputatların sayı ölkə reallıqlarıni əks etdirmir. Həm Gürcüstan və Ermənistan ilə münasibətdə, həm də Azərbaycanın artıq əhalisinin 11 milyon əhalisi olduğu deyilir. Belə ki, qanunvericilik qəbul edilərkən Azərbaycanın 7 milyon əhalisi var idi. Göründüyü kimi burada kifayət qədər fərq var. Ola bilsin ki, seçkilərin majoritar və proporsional qaydada keçirilməsi ilə bağlı müəyyən dəyişikliklərə ehtiyac ola bilər".

Turab Rzayev bildirib ki, hazirda Naxçıvanda birinci şəxs prezidentin xüsusi nümayəndəsidir. Amma Azərbaycan qanunvericiliyinə görə hələ də Ali Məclisin sədri daha yuxarı status daşıyır. Bütün bunların hamısı konstitusiyada əsaslı dəyişiklik tələb edilməlidir:

"Amma indiki məqamda regionda kifayət qədər qeyri-stabillik var. Gürcüstanda ruspərəst qüvvələr hakimiyyətdədir. Rəhbər qüvvələr müxalifətə dəstək verirlər. Küçə etirazları var. Ermənistanda Paşinyan hakimiyyətini Rusiya devirməyə çalışır. İran və İsrail arasında isə münasibətlər gərginləşir. Sonuncu dəfə İran Prezidentinin həlak olması vəziyyəti daha da gərginləşdirdi. Belə vəziyyətdə ola bilər ki, konstitusiya edilən dəyişikliklər təxirə salınsın. İndiki halda konstitusiyanı dəyişdirmək üçün referenduma ehtiyac var. Ola bilsin ki, buna gələcəyin məsələsi kimi baxılsın. İndiki halda isə mövcud parlament yeni parlament seçkiləri ilə dəyişdirilə bilər. Çünki mövcud parlament ehtiyacların öhdəsindən tam olaraq gələ bilmir. Onun dəyişdirilməsinə daha çox ehtiyac var ".

Sevda Səfərova


Sonxeber.az
Telegramda izləyin
  Baxılıb: 3571   Tarix: 22 may 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Hava KƏSKİN DƏYİŞİR: Bu tarixdən LEYSAN BAŞLAYIR - XƏBƏRDARLIQ

Sentyabrın 5-i günün ikinci yarısında dağlıq ərazilərdə, 6-sı gündüz isə şimal və qərb rayonlarından başlayaraq 8-i səhərədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, ayrı-ayrı yerlərdə yağıntıların qısamüddətli leysan xarakterli intensi

5 sentyabr
.

Kasım-Jomart Tokayev Azərbaycan və Gürcüstanla birgə layihələrdən danışdı

"Transxəzər beynəlxalq nəqliyyat marşrutunun potensialının gücləndirilməsi üçün Azərbaycan və Gürcüstanla vahid uzunmüddətli tarif modelinin tətbiqi müzakirə olunur". -ın -ya istinadən xəbərinə görə, bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Aralıq dənizi Gəmiçiliyi şirkətinin ba

24 iyun
.

Çörək almağa gedən gənc qız itkin düşdü

Sumqayıtda 20 yaşlı qız itkin düşüb. "Qafqazinfo" xəbər verir ki, Hacı Zeynalabdin qəsəbəsində yaşayan 2006-cı il təvəllüdlü Aysel Rüstəmli iyunun 28-i saat 17:00 radələrində yaşadığı evdən çörək almaq məqsədilə çıxaraq naməlum istiqamətdə gedib və bir daha geri qayıtmayıb. Yaxınları onun itki

30 iyun
.

Ukraynada məzun qızlar müharibədə ölən atalarının məzarları önündə - VİDEO

Ukraynada məzun qızlarla ataları arasında yaşanan duyğusal anlar sosial şəbəkələrdə böyük maraqla qarşılanıb. xəbər verir ki, məzuniyyət günündə çəkilən görüntülər müharibənin ailələr üzərində buraxdığı izləri bir daha nümayiş etdirib. Bəzi məzunlar həyatlarının ən önəmli günlərindən birində Rusiya-Ukrayn

16 iyun
.

Ərini öldürəndən sonra silahla arvadını da hədələyibmiş - Yevlaxdakı qətlin təfərrüatı

Ötən ilin iyulunda Yevlaxın Malbinəsi kəndində 1985-ci il təvəllüdlü Ruslan Mustafayevi güllələyərək öldürən şəxsin məhkəməsi başa çatıb. "Qafqazinfo" xəbər verir ki, Şəki Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə mərhumun 1957-ci il təvəllüdlü həmkəndlisi Əli Rəsulova hökm oxunub. Bildirili

23 iyun
.

100 Manatlıq Kredit Qərarı Gündəlik Büdcə ilə Birlikdə Dəyərləndirilir

Azərbaycan Mərkəzi Bankının 2025-ci il "Rəqəmsal Ödənişlər İcmalı" hesabatına görə, ölkədə nağdsız ödənişlərin həcmi 99,1 milyard manata, elektron ticarət əməliyyatlarının sayı isə 1,5 milyard ədədə çatıb. Hər iki göstəricidə qeydə alınan artım rəqəmsal ödəniş davranışının gündəlik iqtisad

8 iyul
.

NASA-nın məxfi sənədlərində Ayda yadplanetli bazasının ehtimalı qeyd olunub

ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar Agentliyinin (NASA) ictimaiyyətə açıqladığı yeni məxfi sənədlərdə Ay səthində yadplanetlilərə aid bazanın olması ehtimalından bəhs edilir. -ın məlumatına əsasən, sözügedən faktla bağlı "Daily Mirror" nəşri xəbər yayıb. Məlumata görə, ABŞ hakimiyyətini

17 iyun
.

Tovuzda gənc oğlan çayda batdı

Tovuz rayonunda gənc oğlan çayda çimərkən batıb. -ın məlumatına görə, hadisə rayonun Dondar Quşçu kəndi ərazisində qeydə alınıb. Ağdam rayon sakini - 2004-cü il təvəllüdlü İlham Şirinov Tovuz çayında çimərkən boğulub. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri və polis əməkdaşları cəl

16 iyun
.

Gəncədə ağlasığmaz dələduzluq: Maşını lombarda qoydu...

Gəncədə avtomobil alqı-satqısı adı ilə dələduzluq edən şəxsə hökm oxunub. Qaynarinfo xəbər verir ki, məhkəmə materiallarına görə, təqsirləndirilən şəxs özünə məxsus olmayan "Hyundai Sonata" markalı avtomobili satmaq adı ilə tanışını aldadaraq onun 2650 manat pulunu ələ keçirib. O, avtomobili

18 iyun