"Femida könüllüləri yay tətilində yaşadığı rayon üzrə məhkəmələrdə fəaliyyət göstərə biləcəklər" – MÜSAHİBƏ

"Femida könüllüləri yay tətilində yaşadığı rayon üzrə məhkəmələrdə fəaliyyət göstərə biləcəklər" – MÜSAHİBƏNilgün xanım, bildiyimiz kimi, "Femida Könüllüləri" Təşkilatı Bakı, Abşeron, Sumqayıt şəhərlərində və Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində fəaliyyət göstərir. Bəs könüllülərin yaşadıqları yer üzrə də fəaliyyət göstərə bilməyinin mahiyyəti nədən ibarətdir?

"Femida Könüllüləri" Təşkilatı yarandığı vaxtdan hədəflədiyi əsas məqsədlərdən biri gənc hüquqşünasların peşəkar inkişafını təmin etməklə yanaşı vətəndaşlar arasında hüquqi maarifləndirmə işinin aparılmasıdır.
Aparılan təhlilllər nəticəsidə müəyyən etdik ki, hüquq fakültələrində təhsil alan gənclərin bir hissəsi təhsil müddəti ilə paralel könüllü fəaliyyətə qoşulmaqda vaxtla bağlı çətinlik yaşayırlar. Yay tətilində isə bir çox tələbə öz yaşadıqları rayon və şəhərlərə geri dönürlər. Onların yay ayları ərzində asudə vaxtlarını səmərəli keçirmələri, cəmiyyətə və özlərinə fayda vermələri məqsədilə həmin bölgələrdə könüllü fəaliyyətinin əlçatanlığı artırılacaq.

Bu fəaliyyətin nə kimi faydası olacaq?

İlk öncə qeyd edim ki, bu fəaliyyətin bir çox hədəf dairəsi mövcuddur. Belə ki, yay tətili ərzində gənclər üçün 2 aydan çox müddətdə həm valideynləri ilə vaxt keçirmək, həm də özünü inkişaf etdirmək üçün şərait əldə edirlər. Bu da özlüyündə növbəti kursa keçid edəndə tələbənin bir çox istiqamətdə daha da məlumatlı olmağına xidmət edir. Eyni zamanda bu proses həm də STEP I mərhələsinə analoji sayıldığı üçün sonrakı dövrlərdə şəxsin məhkəmə modulu üzrə STEP II mərhələsinə müraciət hüququ yaranır. Eyni zamanda bu fəaliyyət regionlarda könüllülərin fəal iştirakını təmin ediməsi, geniş könüllü şəbəkəsinin formalaşdırılması və məhkəmə orqanları ilə vətəndaşlar kommunikasiyanın daha da inkişaf etdirilməsində önəmli rol oynayacaq.

Bölgələrdə nəzərdə tutulan fəaliyyət necə tənzimlənəcək?

Fəaliyyətin yay aylarına təsadüf etməsilə əlaqədar olaraq prosesdə bir sıra
dəyişikliklər etdik. Ənənəvi həftədə 4 gün olmaqla 90 günlük fəaliyyət, həftədə 5 gün olmaqla 45 günlük (1 iyul – 15 avqust) fəaliyyətlə əvəz edildi. Nəticə etibarilə könüllülər 45 gün ərzində STEP I və ya STEP II fəaliyyətlərini başa çatdıra biləcəklər. Könüllü fəaliyyətinin təşkilinə yerlərdə məhkəmə tərəfindən təyin edilən koordinator vasitəsilə nəzarət ediləcək. Fəaliyyət aşağıda adları qeyd edilən məhkəmələrdə təşkil ediləcək:

Məhkəmələrin siyahısı:

STEP I

1. Ağsu Rayon Məhkəməsi
2. Ağdaş Rayon Məhkəməsi
3. Ağstafa Rayon Məhkəməsi
4. Ağcabədi Rayon Məhkəməsi
5. Astara Rayon Məhkəməsi
6. Beyləqan Rayon Məhkəməsi
7. Bərdə Rayon Məhkəməsi
8. Biləsuvar Rayon Məhkəməsi
9. Qazax Rayon Məhkəməsi
10. Qobustan Rayon Məhkəməsi
11. Daşkəsən Rayon Məhkəməsi
12. İmişli Rayon Məhkəməsi
13. Kürdəmir Rayon Məhkəməsi
14. Şamaxı Rayon Məhkəməsi
15. Şirvan Şəhər Məhkəməsi
16. Şirvan Kommersiya Məhkəməsi
17. Şabran Rayon Məhkəməsi
18. Şəmkir Rayon Məhkəməsi
19. Balakən Rayon Məhkəməsi
20. Zaqatala Rayon Məhkəməsi
21. Qax Rayon Məhkəməsi
22. Quba Rayon Məhkəməsi
23. Qusar Rayon Məhkəməsi
24. Xaçmaz Rayon Məhkəməsi
25. Xızı Rayon Məhkəməsi
26. Şəki Rayon Məhkəməsi
27. Şəki Ağır Cinayətlər Məhkəməsi
28. Şəki Kommersiya Məhkəməsi
29. Oğuz Rayon Məhkəməsi
30. Qəbələ Rayon Məhkəməsi
31. İsmayıllı Rayon Məhkəməsi
32. Göyçay Rayon Məhkəməsi
33. Göygöl Rayon Məhkəməsi
34. Gədəbəy Rayon Məhkəməsi
35. Gəncə Şəhər Məhkəməsi
36. Gəncə Ağır Cinayətlər Məhkəməsi
37. Gəncə Hərbi Məhkəməsi
38. Gəncə Kommersiya Məhkəməsi
39. Lənkəran Rayon Məhkəməsi
40. Lənkəran Ağır Cinayətlər Məhkəməsi
41. Cəlilabad Rayon Məhkəməsi
42. Cəlilabad Hərbi Məhkəməsi
43. Lerik Rayon Məhkəməsi
44. Masallı Rayon Məhkəməsi
45. Mingəçevir Rayon Məhkəməsi
46. Naftalan Şəhər Məhkəməsi
47. Neftçala Rayon Məhkəməsi
48. Saatlı Rayon Məhkəməsi
49. Sabirabad Rayon Məhkəməsi
50. Salyan Rayon Məhkəməsi
51. Samux Rayon Məhkəməsi
52. Siyəzən Rayon Məhkəməsi
53. Tovuz Rayon Məhkəməsi
54. Ucar Rayon Məhkəməsi
55. Hacıqabul Rayon Məhkəməsi

Naxçıvan MR üzrə:

56. Babək Rayon Məhkəməsi
57. Ordubad Rayon Məhkəməsi
58. Sədərək Rayon Məhkəməsi
59. Culfa Rayon Məhkəməsi
60. Şahbuz Rayon Məhkəməsi
61. Şərur Rayon Məhkəməsi
62. Kəngərli Rayon Məhkəməsi

STEP II

1. Gəncə Apellyasiya Məhkəməsi
2. Şirvan Apellyasiya Məhkəməsi
3. Şəki Apellyasiya Məhkəməsi


Sonxeber.az
Telegramda izləyin
  Baxılıb: 793   Tarix: 22 may 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bakıda xariclə əlaqəli qumar şəbəkəsi quran dəstə üzvləri hakim qarşısında

Qanunsuz onlayn qumar və kazino oyunları təşkil edən dəstə üzvlərinin barələrindəki cinayət işi üzrə məhkəmə keçirilib. -ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azər Tağıyevin sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən dəstə üzvlərinin anket məlumatları dəqiqləşdirilib. Onla

18 iyun
.

26 yaşlı Yevlax sakininin meyiti kanalda tapıldı

Bərdə rayonunda kanaldan meyit tapılıb. -ın əldə etdiyi məlumata görə, hadisə rayonun Qarağacı kəndinin ərazisindən keçən Yuxarı Qarabağ su kanalında aşkar edilib. Yevlax rayon sakini 200-ci il təvəllüdlü Mahir Nadirovun üzərində zorakılıq əlamətləri görünməyən meyiti kanalda tapılıb. Faktla bağlı araşdırm

23 iyun
.

Ağdamda məktəbli velosipeddən yıxıldı: Vəziyyəti ağırdır

Ağdam rayonunda yeniyetmə oğlan velosipeddən yıxılıb. -ın məlumatına görə, hadisə iyunun 28-də günorta saatlarında rayonun Quzanlı qəsəbəsində baş verib. Qəsəbə sakini - 2012-ci il təvəllüdlü Xəyal Anar oğlu Muxtarlı qəsəbə ərazisində velosiped sürərkən müvazinətini itirərək yıxılıb. O, müxtəlif dərəcəl

29 iyun
.

Yaşıl iqtisadiyyat və gələcəyin iqtisadi modeli - AÇIQLAMA

Yaşıl iqtisadiyyat nədir? Yaşıl iqtisadiyyat təbiətlə dost, ağıllı iqtisadiyyatdır. Planetə zərər vermədən işləmək, istehsal etmək -yaşıl iqtisadiyyat budur. Yaşıl iqtisadiyyatda az tullantı ilə çox fayda əldə edirik, ekologiya daha təmiz qalır. Yenidən istifadə və təkrar emal əsasdır. Bəs yaşıl iqtisadiyya

26 avqust
.

Kafedə dava: Ünvansız söyüş söydü, dostunu qətlə yetirdi

Gəncə Ağır Cinayətlər Məhkəməsində tanışını qətlə yetirməkdə təqsirləndirilən Xudat Məmmədovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb. -ın məlumatına görə, prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə X.Məmmədov 11 il azadlıqdan məhrum edilib. İttihama görə, Xudat Məmmədo

19 iyun
.

100 Manatlıq Kredit Qərarı Gündəlik Büdcə ilə Birlikdə Dəyərləndirilir

Azərbaycan Mərkəzi Bankının 2025-ci il "Rəqəmsal Ödənişlər İcmalı" hesabatına görə, ölkədə nağdsız ödənişlərin həcmi 99,1 milyard manata, elektron ticarət əməliyyatlarının sayı isə 1,5 milyard ədədə çatıb. Hər iki göstəricidə qeydə alınan artım rəqəmsal ödəniş davranışının gündəlik iqtisad

8 iyul
.

Kasım-Jomart Tokayev Azərbaycan və Gürcüstanla birgə layihələrdən danışdı

"Transxəzər beynəlxalq nəqliyyat marşrutunun potensialının gücləndirilməsi üçün Azərbaycan və Gürcüstanla vahid uzunmüddətli tarif modelinin tətbiqi müzakirə olunur". -ın -ya istinadən xəbərinə görə, bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Aralıq dənizi Gəmiçiliyi şirkətinin ba

24 iyun
.

Avropa Azərbaycanla əməkdaşlığı genişləndirir

Avropa Komissiyasının sədri Ursula fon der Lyayenin iyulun 1-də Azərbaycana səfəri 2022-ci ildən sonra onun ölkəmizə ikinci səfəri kimi dəyərləndirilir. Belə ki, 2022-ci ildə Ursula fon der Lyayen Azərbaycana səfər etmiş və həmin səfər çərçivəsində Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsind

3 iyul
.

Rusiya ordusu Ukraynanın bir qəsəbəsini nəzarətə götürüb

Rusiya Silahlı Qüvvələri Ukraynada bir yaşayış məntəqəsini öz nəzarəti altına alıb. xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyindən məlumat verilib. Məlumata görə, Rusiya hərbçiləri Dnepropetrovsk vilayətində Boqodarovka yaşayış məntəqəsinə nəzarəti ələ keçiriblər

29 iyun