9 milyon 369 min manat büdcə oğurluğunda ittiham olunan zabit məhkəməyə ifşa VİDEOSU verdi - PROSES DAYANDIRILDI!

9 milyon 369 min manat büdcə oğurluğunda ittiham olunan zabit məhkəməyə ifşa VİDEOSU verdi - PROSES DAYANDIRILDI!Bakı Hərbi Məhkəməsində hakim Rafiq Abbasovun sədrliyi ilə Müdafiə Nazirliyinin zabiti, polkovnik-leytenant Rəşad Məlikzadənin cinayət işi üzrə məhkəmə prosesi keçirilir.

Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin Maliyyə Xidmətinin sabiq rəisi olan Rəşad Məlikzadəyə qarşı Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb.

O, 9 milyon 369 min manatlıq mənimsəmədə ittiham olunur.

Prosesdə Rəşad Məlikzadənin vəkili Vüqar Kazımov vəsatətlə çıxış edərək müvəkkilinin əmlaklarının üzərinə qoyulmuş həbsin götürülməsini istəyib.

Bildirib ki, ibtidai istintaq zamanı müvəkkili dövlətə dəymiş ziyandan 160 min manatını ödəyib: "İstintaq zamanı Rəşad Məlikzadənin həyat yoldaşı Şəms Məlikzadənin adına Ləhic bağlarında yerləşən kotej tipli 5 bağ evinin üzərinə həbs qoyulub. İstintaq zamanı həmin bağ evləri 684 min 240 manat qiymətləndirilib. Rəşad Məlikzadə həbs olunmamışdan əvvəl dövlətə dəymiş ziyanın ödənilməsi üçün həmin bağ evlərinə müştəri tapıb, 40 min manat da beh almaqla müqavilə bağlayıb.

Həmin əmlakların 800 min manata alqı-satqısına razılaşıblar. Bu da istintaqın qiymətləndirilməsindən 120 min manat çoxdur.

Biz ziyanın ödənilməsi məqsədilə həmin əmlakın üzərindən həbsin götürülməsini, əmlakın satışına icazə verilməsini istəyirik.

Şəms Məlikzadə də buna etiraz etmir. Həmçinin Rəşad Məlikzadə müharibə veteranıdır. Bu da məsuliyyətinin yüngülləşdirilməsi üçün əsasdır".

Vəkil daha sonra Rəşad Məlikzadənin cinayət işində olan video çəkilişə baxış keçirilməsini xahiş edib. Vəkil bildirib ki, Rəşad Məlikzadənin həmin videoda 480 min manatın Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin vəzifəli şəxslərinə verməsi barədə danışığı olub.

Rəşad Məlikzadə özü də vəsatətlərin təmin olunmasını istəyib. Bildirib ki, həbs olunamışdan əvvəl həmin əmlakın satılması üçün bir nəfərlə razılığa gəlib: "Amma həmin şəxs Rusiyada olduğu üçün alqı-satqı bir qədər gecikdi. Buna görə də əmlakı satıb dövlətə dəymiş ziyanın ödənilməsinə yönləndirə bilmədik".

Prokuror isə vəsatətə münasibət bildirmək üçün vaxt istəyib. Məhkəmə prokurorun istəyini nəzərə alıb.

Qeyd edək ki, təqsirləndirilən şəxsin barəsində Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən aparılan araşdırmalar zamanı cinayət işi başlanıb. Ona qarşı Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb.

İttihama görə, Rəşad Məlikzadə 2017-2018-ci illərdə "N" saylı hərbi hissədə maliyyə xidmətinin rəisi, 2018-2022-ci ilin fevralın 10-dək olan müddətdə isə Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin Maliyyə Xidmətinin rəisi vəzifəsində işləyib. Rəşad Məlikzadə vəzifə saxtakarlığına yol verib. O, 9 milyon 369 min manat mənimsəyib.

Məlum olub ki, istintaqın əvvəlində 9 milyondan çox mənimsəmədə ittiham olunan Rəşad Məlikzadəyə ziyanı ödəməsi üçün ilk vaxtlar fürsət verilib, sonradan xüsusilə külli miqdar təşkil edən ziyanın ödənilməsi ləngidiyi üçün onun barəsində həbs qətimkan tədbiri seçilib.

Təqsirləndirilən şəxs bu günə kimi 9 milyon 369 min manat vəsaitin cəmi 150 min manatını ödəyib.

Xatırladaq ki, cinayət işi üzrə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb.

Qeyd edək ki, Rəşad Məlikzadə Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin rəisi Nizami Məmmədov və digər şəxslərin cinayət işi üzrə şahid qismində dindirilib. Daha sonra onun barəsində olan cinayət işi üzrə ayrıca icraatda araşdırma aparılıb.

Növbəti proses mayın 29-da davam edəcək.


Sonxeber.az
Telegramda izləyin
  Baxılıb: 1169   Tarix: 23 may 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Bakıda xariclə əlaqəli qumar şəbəkəsi quran dəstə üzvləri hakim qarşısında

Qanunsuz onlayn qumar və kazino oyunları təşkil edən dəstə üzvlərinin barələrindəki cinayət işi üzrə məhkəmə keçirilib. -ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azər Tağıyevin sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən dəstə üzvlərinin anket məlumatları dəqiqləşdirilib. Onla

18 iyun
.

26 yaşlı Yevlax sakininin meyiti kanalda tapıldı

Bərdə rayonunda kanaldan meyit tapılıb. -ın əldə etdiyi məlumata görə, hadisə rayonun Qarağacı kəndinin ərazisindən keçən Yuxarı Qarabağ su kanalında aşkar edilib. Yevlax rayon sakini 200-ci il təvəllüdlü Mahir Nadirovun üzərində zorakılıq əlamətləri görünməyən meyiti kanalda tapılıb. Faktla bağlı araşdırm

23 iyun
.

Ağdamda məktəbli velosipeddən yıxıldı: Vəziyyəti ağırdır

Ağdam rayonunda yeniyetmə oğlan velosipeddən yıxılıb. -ın məlumatına görə, hadisə iyunun 28-də günorta saatlarında rayonun Quzanlı qəsəbəsində baş verib. Qəsəbə sakini - 2012-ci il təvəllüdlü Xəyal Anar oğlu Muxtarlı qəsəbə ərazisində velosiped sürərkən müvazinətini itirərək yıxılıb. O, müxtəlif dərəcəl

29 iyun
.

Yaşıl iqtisadiyyat və gələcəyin iqtisadi modeli - AÇIQLAMA

Yaşıl iqtisadiyyat nədir? Yaşıl iqtisadiyyat təbiətlə dost, ağıllı iqtisadiyyatdır. Planetə zərər vermədən işləmək, istehsal etmək -yaşıl iqtisadiyyat budur. Yaşıl iqtisadiyyatda az tullantı ilə çox fayda əldə edirik, ekologiya daha təmiz qalır. Yenidən istifadə və təkrar emal əsasdır. Bəs yaşıl iqtisadiyya

26 avqust
.

Kafedə dava: Ünvansız söyüş söydü, dostunu qətlə yetirdi

Gəncə Ağır Cinayətlər Məhkəməsində tanışını qətlə yetirməkdə təqsirləndirilən Xudat Məmmədovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb. -ın məlumatına görə, prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə X.Məmmədov 11 il azadlıqdan məhrum edilib. İttihama görə, Xudat Məmmədo

19 iyun
.

100 Manatlıq Kredit Qərarı Gündəlik Büdcə ilə Birlikdə Dəyərləndirilir

Azərbaycan Mərkəzi Bankının 2025-ci il "Rəqəmsal Ödənişlər İcmalı" hesabatına görə, ölkədə nağdsız ödənişlərin həcmi 99,1 milyard manata, elektron ticarət əməliyyatlarının sayı isə 1,5 milyard ədədə çatıb. Hər iki göstəricidə qeydə alınan artım rəqəmsal ödəniş davranışının gündəlik iqtisad

8 iyul
.

Kasım-Jomart Tokayev Azərbaycan və Gürcüstanla birgə layihələrdən danışdı

"Transxəzər beynəlxalq nəqliyyat marşrutunun potensialının gücləndirilməsi üçün Azərbaycan və Gürcüstanla vahid uzunmüddətli tarif modelinin tətbiqi müzakirə olunur". -ın -ya istinadən xəbərinə görə, bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Aralıq dənizi Gəmiçiliyi şirkətinin ba

24 iyun
.

Avropa Azərbaycanla əməkdaşlığı genişləndirir

Avropa Komissiyasının sədri Ursula fon der Lyayenin iyulun 1-də Azərbaycana səfəri 2022-ci ildən sonra onun ölkəmizə ikinci səfəri kimi dəyərləndirilir. Belə ki, 2022-ci ildə Ursula fon der Lyayen Azərbaycana səfər etmiş və həmin səfər çərçivəsində Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsind

3 iyul
.

Rusiya ordusu Ukraynanın bir qəsəbəsini nəzarətə götürüb

Rusiya Silahlı Qüvvələri Ukraynada bir yaşayış məntəqəsini öz nəzarəti altına alıb. xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyindən məlumat verilib. Məlumata görə, Rusiya hərbçiləri Dnepropetrovsk vilayətində Boqodarovka yaşayış məntəqəsinə nəzarəti ələ keçiriblər

29 iyun