Estoniya Baş Qərargahı: Qərbin Ukraynaya silah tədarükü Rusiyanın hücumunun sürətini ləngidə bilib
Qərb ölkələrindən Ukrayna Silahlı Qüvvələri üçün yeni silah-sursatların tədarükü müəyyən effekt verməyə başlayıb. Rusiyanın Xarkov istiqamətindəki hücumunun tempi aşağı düşür.
"Report" ERR-ə istinadən xəbər verir ki, bu barədə Estoniya Baş Qərargahının məlumatında bildirilib.
"Son günlər Rusiya heç bir istiqamətdə uğur əldə etməyib və ya bu uğur müvəqqətidir, lakin Rusiya Silahlı Qüvvələri Ukrayna əhalisini və onun obyektlərini şiddətlə atəşə tutmağa davam edir", – BQ diqqətə çatdırıb.
Estoniya Baş Qərargahı bəyan edib ki, Rusiya ordusunun Xarkov istiqamətindəki hücumunun tempi aşağı düşür. Rusiya Vovçansk yaşayış məntəqəsi yaxınlığında Vovça çayının şimal sahilini gücləndirməkdə və "bufer zonada" iştirakını artırmaqda davam edir.
Eyni zamanda, Tallinn güman edir ki, bu regionda öz qüvvələrinin cəmlənməsi səbəbindən yaxın gələcəkdə hücum əməliyyatlarının digər sərhədyanı ərazilərə də genişləndirilməsi üçün şərait yaradıla bilər.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 763 Tarix: 26 may 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Aydan başqa, Yerin daha bir təbii peyki var, amma əsl peyk hesab edilmir
Bu kosmik cisim Ay kimi Yer ətrafında fırlanmır. Əvəzində Günəş ətrafında elə bir orbit üzrə hərəkət edir ki, Yerlə uzun müddət kvazipeyk münasibətində qalır. Qaynarinfo xəbər verir ki, Çinin "Tianwen-2" kosmik aparatı təxminən bir illik uçuşdan sonra ehtimal ki, Yerin kvazipeyki hesab oluna
6 iyulPaşinyan Rusiyaya getdi
Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiyaya işgüzar səfərə yola düşüb. Qaynarinfo xəbər verir ki, bu barədə Ermənistan mediası ölkənin Nazirlər Kabinetinə istinadən məlumat yayıb. N.Paşinyan Yekaterinburqda "İnnoprom-2026" sərgisində iştirak edəcək. Səfər çərçivəsində onun Rusiyanın Ba
6 iyulOkeanın dibində 73 gizli vulkan tapıldı - Bəziləri yenidən aktivləşə bilər
Yerin sualtı dünyası alimlərin düşündüyündən daha aktiv vulkanik quruluşa malikdir. Beynəlxalq tədqiqat qrupu dünya okeanının dibində əvvəllər məlum olmayan 73 vulkanik kaldera aşkar edib. Kalderalar güclü püskürmələrdən sonra yaranan nəhəng çökəkliklərdir. Bu proses zamanı maqma kamerası boşalır v
11 iyulBritaniyada 1976-cı ildən bəri görünməmiş istilərlə üzləşəcək
Böyük Britaniya hakimiyyəti İngiltərə ərazisində isti hava ilə əlaqədar narıncı və sarı xəbərdarlıq elan edib. Qaynarinfo BBC-yə istinadən xəbər verir ki, ölkə 1976-cı ildən bəri müşahidə olunan ən uzunmüddətli istilik dalğalarından birinə hazırlaşır. Proqnozlara əsasən, temperatur bölgələr üzrə fərqlənəcək
9 iyul