"The Spectator": Makronun müstəmləkə imperiyası gözləri qarşısında dağılır
Fransanın xaricdəki departamentlərindəki acınacaqlı vəziyyət və davam edən iğtişaşlar onu deməyə əsas verir ki, Fransa lideri Emmanuel Makronun müstəmləkə imperiyası onun gözləri qarşısında dağılır.
"Report" xəbər verir ki, bu barədə Britaniyanın "The Spectator" jurnalının köşə yazarı Conatan Millerin məqaləsində deyilir.
Müəllif Makronun Fransanın xarici regionuna və departamentinə - Hind okeanındakı Mayot arxipelaqına, eləcə də Sakit okeanda yerləşən Yeni Kaledoniyanın xüsusi inzibati-ərazi qurumuna səfəri ilə bağlı təəssüratlarını ifadə edib.
"Fransa prezidenti bu həftə imperator rolunu oynamaq üçün adalara qayıtdı. Bununla belə, onun imperiyası gözümüzün qabağında dağılır", - Millerin şərhində deyilir. Onun fikrincə, hətta "əbədi optimist" Makron belə, bu bölgələrdə hansı fəlakətli vəziyyətin hökm sürdüyünü görməməzlikdən gələ bilməz, çünki Mayote iğtişaşlara bürünüb, Yeni Kaledoniya isə vətəndaş müharibəsi astanasındadır.
"Oxşar vəziyyət Parisin digər xaricdəki mülklərində də geniş vüsət alır: Fransız Qvianasında, Reünyonda, Fransız Polineziyasında və bir çox başqalarında. Bu bölgələr çoxdan yalnız dövlət maliyyəsini udmaq üçün dibsiz bir çuxura çevrilib. Fransızlardan başqa hamı çox gözəl başa düşür ki, Fransada qalan imperiyanın sonu nəhayət yaxınlaşır. Bölünməz respublika dağılır".
Qeyd edək ki, Yeni Kaledoniyada yerli əhali olan kanaklar və gəlmə Fransa vətəndaşları birlikdə yaşayırlar. Ada xüsusi administrativ ərazi vahidi olduğu üçün kanakların bir sıra üstünlükləri var. Makron hökuməti isə müstəqillik və sair ilə bağlı keçiriləcək referendumların nəticəsini dəyişmək üçün Fransadan gələnləri də yerli əhali kimi təqdim edir.
Onlar da, öz növbəsində Kaledoniyanın Fransanın tərkibində qalmasına səs verirlər. Bu mübarizə artıq uzun illərdir ki, davam edir. Yeni Kaledoniyanın təxminən 300 min əhalisi var. Sakinlərin 40 faizini kanaklar təşkil edir. Adada təxminən 40 mindən çox fransız yaşayır. 1998-ci il "Numea müqaviləsi"nə əsasən, Fransa bölgəyə daha çox siyasi muxtariyyət verməyə, əyalət və parlament seçkilərində səsverməni "yalnız ovaxtkı sakinlərlə" məhdudlaşdırmağa razılaşıb.
Yeni Kaledoniyada müstəqillik üçün dörd dəfə referendum keçirilib, boykotdan öncəki səsvermədə kiçik fərqlə (53,26%) Fransanın tərkibində qalmaq istəyənlər qalib gəlib. Buna baxmayaraq, müstəqillik istəyənlərin sayı getdikcə artır.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Pensiyalar nə vaxt veriləcək? - TARİX AÇIQLANDI
Dəniz sahilində açan bu çiçəyi qoparanları yüksək məbləğdə cərimə gözləyir - VİDEO
Milli Məclisin iclası başlayıb, gündəlikdə 22 məsələ var
13 nömrəli sürücü yaranmış narahatlığa görə sərnişinlərdən üzr istədi - AÇIQLAMA
Türkiyədə yediyi yeməyin dadı damağında qaldı: Tramp Ağ ev üçün resept istədi
İyun ayı tarixə düşdü
Məktəbli forması ilə bağlı YENİ DƏYİŞİKLİKLƏR
Qulaqdibi xəstəliyi ilə bağlı - Rəsmi açıqlama
Keçmiş arvadını güllələyən Zaurun vəziyyəti - Açıqlandı
Partlayışda ölən Zəhranın valideynləri də vəfat etdi - Yenilənib
Avqustda neçə gün iş olmayacaq? - TƏQVİM
Atasının ölüm xəbərini alan azərbaycanlı gəmi kapitanı VƏFAT ETDİ
13 yaşlı qızın hicabla hovuza girməsinə mane olan rus qadın həbs edildi
1968-ci ildə çəkilmiş filmdə... gerçəkləşməkdə olan qorxulu proqnoz var