İsrailin mərkəzi yanvardan bəri ilk dəfə raket hücumuna məruz qalıb
Mayın 26-da günorta saatlarında Qəzza zolağından İsrailin mərkəzinə azı səkkiz raket atılıb.
"Report" "The Times Of Israel"ə istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin açıqlamasında bildirib.
Raketlərin bir hissəsinin ələ keçirildiyini bildirən İsrail hərbçiləri, hücum sonucunda heç bir itki olmadığını açıqlayıb.
"The Times of Israel" qeyd edib ki, bu, son dörd ayda Rəfahdan İsrailin mərkəzinə ilk raket hücumudur.
HƏMAS-ın hərbi qanadı "Əl-Qəssam Briqadaları" raket hücumunun Təl-Əvivi hədəf aldığını bildirib. Belə ki, "Reuters"in sitat gətirdiyi açıqlamada hücumun mülki əhalinin "kütləvi qətl"inə cavab olduğu diqqətə çatdırılıb.
Qeyd edək ki, Rəfah Qəzza zolağında 2023-cü ilin oktyabrında HƏMAS terrorçularının hücumundan sonra başlayan əməliyyat zamanı İsrail hərbçiləri tərəfindən işğal olunmayan sonuncu böyük yaşayış məntəqəsidir.
Xatırladaq ki, mayın əvvəlində İsrail ordusu Rəfahın şərqində antiterror əməliyyatına başladığını elan edib. Mayın 24-də Beynəlxalq Ədalət Məhkəməsi İsraildən Rəfahdakı hərbi əməliyyatını dərhal dayandırmağı, soyqırım iddialarını araşdırmaq üçün mütəxəssislərin Qəzza zolağına çıxışını təmin etməyi və zolağın Misirlə sərhədində humanitar yardımların çatdırılması üçün keçid məntəqəsinin açılmasını tələb edib.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 960 Tarix: 26 may 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
İran ABŞ-yə Hörmüz boğazı ilə bağlı PLAN TƏQDİM ETDİ
İran ABŞ-yə Hörmüz boğazında normal gəmiçiliyin bərpasını nəzərdə tutan yeddigünlük plan təqdim edib. xəbər verir ki, bu barədə "The New York Times" məlumat yayıb. Məlumata görə, İranın xarici işlər naziri Abbas Əraqçının təqdim etdiyi plana əsasən, ABŞ təklif olunan şərtləri qəbul etdiyi anda
27 sentyabrƏraqçi: Hörmüz boğazının açılması şərtlərin yerinə yetirilməsindən asılıdır
Hörmüz boğazının açılması İran tərəfinin ABŞ-yə təqdim etdiyi şərtlərin yerinə yetirilməsindən asılıdır. "Report" ISNA-ya istinadən xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində ABŞ rəsmiləri ilə keçirilən görüşlərin yekunların
27 sentyabrBundesrat Almaniyada yanacaq vergisinin azaldılmasını təsdiqləyib
Bundestaqdan (parlament) sonra Bundesrat (Almaniya federal torpaqlar palatası) hakim koalisiyanın yanacağın qiymətlərinin artması fonunda avtomobil yanacaqlarına vergi yükünün azaldılması ilə bağlı qanun layihəsini təsdiqləyib. Bu barədə "Report" DPA-ya istinadən xəbər verir. Məlumata görə
27 sentyabrÜST rəhbərindən dünyaya HƏYƏCAN TƏBİLİ: "Yeni pandemiya qaçılmazdır"
"Yeni respirator patogenin ortaya çıxması COVID-19 pandemiyası ilə müqayisə edilə biləcək nəticələrə malik pandemiyaya səbəb ola bilər". xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri Tedros Adhanom Qebreyesus Nyu-Yorkda BMT Baş Assambleyasının iclası çərçivəsində keçirilə
27 sentyabrTokayev hərbçilərin ölümünə görə müdafiə nazirini işdən çıxarıb
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Daürən Kosanovu ölkənin müdafiə naziri vəzifəsindən azad edib. "Report"un məlumatına görə, bu barədə Qazaxıstan Prezidentinin Administrasiyası məlumat yayıb. Bildirilib ki, Tokayev bununla bağlı müvafiq sərəncam imzalayıb. Qeyd edək ki, Kosanovun vəzifədə
27 sentyabrYaponiya və ABŞ-dan Çinlə bağlı yeni mesaj
Yaponiyanın Baş naziri Sanae Takaiçi ABŞ Prezidenti Donald Trampla telefon danışığı aparıb. TASS-a istinadən xəbər verir ki, tərəflər Trampın Çin Sədri Si Cinpinlə danışıqlarını müzakirə ediblər və Çinə qarşı siyasət də daxil olmaqla, gələcək əməkdaşlığı davam etdirmək barədə razılığa gəliblər. Takaiçini
27 sentyabr