Məhkəmə Ruben Vardanyanla bağlı qərar verib

Məhkəmə Ruben Vardanyanla bağlı qərar veribQarabağdakı keçmiş qondarma qurumun "dövlət naziri" Ruben Vardanyan barəsində seçilmiş qətimkan tədbirinin müddətinin uzadılması ilə bağlı məhkəmə qərarından verilən şikayətə baxılıb.

APA xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində keçirilən prosesdə qərar elan edilib.

Qərara əsasən, Ruben Vardanyanın şikayəti təmin edilməyib.

Xatırladaq ki, bir müddət əvvəl cinayət işi üzrə istintaqın aparıldığı Dövlət Təhlükəsizliyi Xidməti İstintaq Baş İdarəsinin vəsatətinə Səbail Rayon Məhkəməsində baxılıb və onun barəsində həbs qətimkan müddəti daha beş ay uzadılıb.

Qeyd edək ki, Ruben Vardanyan ötən il Qarabağda saxlanılaraq Bakıya gətirilib.

Ona Cinayət Məcəlləsinin 214-1 (terrorçuluğu maliyyələşdirmə), 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların yaradılmasında və fəaliyyətində iştirak etmə) və 318.1-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham verildiyi məlumdur.

Xatırladaq ki, BBC və digər xarici media qurumları bu yaxınlarda Ruben Vardanyanın müxtəlif ölkələrdə çirkli pulların yuyulması mexanizmləri ilə bağlı və digər əməllərini ifşa edən geniş araşdırma materialları ilə çıxış etmişdilər.


Sonxeber.az
Telegramda izləyin
Kriminal   Baxılıb: 1487   Tarix: 27 may 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Kamran Əsədov ev dustaqlığı istədi - Bunları səbəb göstərdi

Gəncə Şəhər Məhkəməsində son qəbul imtahanlarında qanunsuz texniki vasitələrdən istifadə halları ilə bağlı cinayət işi üzrə təqsirləndirilən təhsil eksperti Kamran Əsədovun və tarix müəllimi Gündüz Abbasovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. "Qafqazinfo"nun məlumatına görə, haki

12 fevral
.

Ağdamda kişi həyat yoldaşını balta ilə yaraladı

Ağdam rayonunda ailə-məişət zəminində ağır cinayət hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə rayonun Mahrızlı kəndində qeydə alınıb. Belə ki, kənd sakini Ceyhun Ağali oğlu Salahov həyat yoldaşı Gülzəndə Abbas qızı Salohovaya balta ilə çoxsaylı xəsarətlər yetirib. Yaralı təcil

31 yanvar
.

Xaçmazda qatarla avtomobil toqquşdu - 22 yaşlı sürücü öldü - Yenilənib - Video

Xaçmazda qatarla avtomobil toqquşub. "Qafqazinfo" xəbər verir ki, hadisə rayonun Nərəcan kəndindəki dəmir yolu keçidində baş verib. Belə ki, "VAZ" markalı avtomobili hərəkətdə olarkən qatar vurub. Nəticədə avtomobilin sürücüsü, Xaçmaz rayon Ağtala kənd sakini 2004-cü il təvəllüdl

5 fevral
.

Azər Qasımlıya hökm oxunub

Siyasi Menecment İnstitutunun direktoru, politoloq Azər Qasımlının cinayət işi üzrə məhkəməsi yekunlaşıb. -ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Telman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm elan edilib, Azər Qasımlı 12 il azadlıqdan məhrum edilib. Xatırladaq ki, prokuro

11 mart
.

Azərbaycanda insan alverində təqsirləndirilən iki nəfər axtarışa verilib

Azərbaycanda iki nəfər insan alverinə görə axtarışa verilib. -a istinadən xəbər verir ki, onlar Ağsu rayon sakini, 28 yaşlı Ayşən Araz qızı Əzizxanlı və Qax rayon sakini, 29 yaşlı Əbdül Ruslan oğlu Musayevdir. Onların barəsində Cinayət Məcəlləsinin 243.1-ci (fahişəliyə cəlb etmə) maddəsi ilə cinayə

11 mart
.

Ruhin Tağıyevin vəkili öldü - Məhkəməsi təxirə salındı

Müdafiə Nazirliyi üzrə Silahlı Qüvvələrin Baş Klinik Hospitalının Mərkəzi Tibbi Arxivi və həmin Nazirliyin Tibbi Sənədlər Arxivinin sabiq rəisi mayor Ruhin Tağıyevin məhkəməsi başlayıb. "Qafqazinfo"nun məlumatına görə, Bakı Hərbi Məhkəməsində keçirilən ilk iclasda təqsirləndirilən şəxsin anke

27 yanvar
.

Hakimin oğlunun intihar etdiyi hadisə ilə bağlı - Rəsmi açıqlama

Baş Prokurorluq yanvarın 25-də Xətai rayonunda törədilmiş cinayət hadisəsi ilə bağlı məlumat yayıb. prokurorluğun Mətbuat xidmətinə istinadən xəbər verir ki, Emin Əlizadənin Şəfiqə Ələkbərovanı qəsdən öldürməyə cəhd etməsi, daha sonra isə özünü hündürlükdən ataraq intihar etməsi faktı ilə bağlı Xəta

27 yanvar
.

Bakıda oğul anasını amansızlıqla qətlə yetirdi

Bakıda oğul anasını öldürüb. trend-ə istinadən xəbər verir ki, faciə barədə ailənin yaxınları məlumat yayıb. Məlumatda bildirilir ki, 2026-cı il yanvarın 24-ü saat 11 radələrində Maştağa südçülük sovxozunda Ağayev Emil Xanlar oğlu anası 67 yaşlı Ağayeva Həyat Nəzər qızını amansızlıqla qətlə yetirib

26 yanvar
.

Atasını bıçaqlamaqda şübhəli bilinən 16 yaşlı qız saxlanıldı

Nizami rayonu ərazisində bir nəfərin kəsici alətlə xəsarət alması və xəstəxanaya yerləşdirilməsi barədə polisə məlumat daxil olub. -a istinadən xəbər verir ki, hadisəni törətməkdə şübhəli bilinən 2010-cu il təvəllüdlü şəxs polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib. Xatırlada

3 fevral