Söyüşə görə bıçağı dostunun ürəyinə sancdı: "Axırıncı dəfə ona baxdım, səbrim tükəndi"

Söyüşə görə bıçağı dostunun ürəyinə sancdı: "Axırıncı dəfə ona baxdım, səbrim tükəndi"CİNAYƏT İŞİ

Qısa arayış...

2022-ci il yanvarın 7-də Bakıda qətl hadisəsi olur. 1965-ci il təvəllüdlü Zaur Kazımov Xəzər rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinə gələrək bıçağı polis əməkdaşına təqdim edir və tanışını öldürdüyünü deyərək təslim olur.

Məlumatla əlaqədar polis və prokurorluq əməkdaşları hərəkətə keçirlər. Məlum olub ki, hadisə Binə qəsəbəsi, Əli İsazadə küçəsi, 3 ünvanında baş verib. Skamyaların qarşısında, döşəmə üzərində 1981-ci il təvəllüdlü Zaur Cəbrayılovun kürəyi üstə, uzanıqlı vəziyyətdə meyiti, cəsədin döş qəfəsində çəp istiqamətli yara, ətrafında və oturacaqda qan ləkələri aşkar edilib.

Faktla bağlı Xəzər rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Söyüşə görə bıçağı dostunun ürəyinə sancdı: "Axırıncı dəfə ona baxdım, səbrim tükəndi"Lent.az qətl hadisəsinin istintaq materiallarını əldə edib.

İstintaqla müəyyən edilib ki, yanvarın 7-i saat 16 radələrində Zaur Kazımov orta dərəcəli sərxoş vəziyyətdə yaşadığı məhəllədə tanışı Zaur Cəbrayılovla söhbət edərkən, əsaslı səbəb olmadan, üzərindəki açılıb-qatlanan bıçaqla onun sinəsinə bir dəfə zərbə endirib. Nəticədə Z. C əbrayılov yerindəcə keçinib.

İş üzrə dindirilmiş Zaur Kazımov bildirib ki, 1992-ci ildə yaşadığı Binə qəsəbəsində qətl törədib və bu əməlinə görə Əzizbəyov rayon məhkəməsinin hökmü ilə 9 il müddətinə azadlıqdan məhrum olunub:

"2001-ci ildə cəzamın sonu ilə əlaqədar azadlığa çıxandan sonra, fəhləliklə məşğul olub ailəmi dolandırırdım. Narkotik vasitələrdən istifadə etdiyimə görə 2009-cu ildə həbs edilib bir il cəza çəkmişəm. 2021-ci ilin oktyabr ayında yenə üzərimdə narkotik maddə ilə tutuldum. Xəzər rayon məhkəməsinin hökmü ilə 2 il azadlığın məhdudlaşdırılması cəzasına məhkum olundum. Cəzam bitməmiş bu cinayəti törətdim. Zaur Cəbrayılovla yaşadığım Binə qəsəbəsində 2 il əvvəl tanış olmuşam. Zaur da oğurluq əməlinə görə məhkumluq həyatı yaşayıb. Əvvəl münasibətimiz yaxşı idi. Lakin bir müddətdən sonra aramızda narazılıq yarandı.
Söyüşə görə bıçağı dostunun ürəyinə sancdı: "Axırıncı dəfə ona baxdım, səbrim tükəndi"Belə ki, spirtli içki qəbul edəndən sonra Cəbrayılov özünü apara bilmədi və söyüşlə danışdı. Cavan və fiziki cəhətdən qüvvətli olmasından istifadə edən Zaur məni alçaltdı. Yanvarın 7-də məhəllədə Zaur Cəbrayılov öz tanışları ilə spirtli içkilər qəbul etmişdi. Oturduğu yerdən heç bir səbəb olmadan mənə söz atanda, sözlərinə fikir verməsini bildirdim. Hətta həmin vaxt ətrafımda olanlar da Cəbrayılova irad tutdular ki, "içkilisən, heç kimə sataşma". Buna baxmayaraq o, sakitləşmədi. Axırıncı dəfə ona tərəf baxdım, mənə söyüş işlədəndə səbrim tükəndi. Ona kənara çəkilərək təkbətək söhbət etməyi təklif etdim. Təxminən 15 metr kənara çəkilən kimi, heç bir söz demədən cibimdən çıxardığım bıçaqla döş qəfəsinə zərbə vurdum və birbaşa 3-cü Polis Şöbəsinə getdim. Növbətçiyə adam vurduğumu bildirərək, bıçağı ona təqdim etdim".

Zərərçəkmiş şəxsin hüquqi varisi Zarina Eyvazova ifadəsində göstərib ki, Zaur Kazımovu 2 il əvvəl evlərində qardaşı Zaurun doğum günü ilə bağlı keçirilən məclisdə görüb:

"Söhbət əsnasında Kazımovun da uzun müddət məhkumluq həyatı yaşadığını bildim. Qardaşımla onun arasında ədavət olmasını bilmirdim. Yanvarın 7-i saat 17 radələrində gəlinimiz Elvira zəng vuraraq, ərinin dostu Zaur Kazımov tərəfindən bıçaqlanaraq öldürüldüyünü və meyitinin patoloji şöbəsinə aparıldığını xəbər verdi. Növbəti gün qardaşımı Buzovna qəsəbəsində yerləşən qəbiristanlıqda dəfn etdik".
Söyüşə görə bıçağı dostunun ürəyinə sancdı: "Axırıncı dəfə ona baxdım, səbrim tükəndi"Şahid Arifə Kazımova ifadəsində göstərib ki, ayın 7-də işdə olanda həyat yoldaşı Zaur Kazımov zəng edərək, yaşadığı binanın qarşısında bir nəfəri bıçaqla vurduğunu deyib və telefonu söndürüb. Təxminən 10 dəqiqədən sonra ərinə zəng edib, həqiqətən adam vurub-vurmadığını soruşanda, Zaur bunu təsdiqləyib və artıq polis şöbəsində olduğunu deyib.

Şahid Hidayət Həsənov ifadəsində göstərib ki, Zaur Cəbrayılovla 3-4 il əvvəl tanış olaraq, birlikdə müxtəlif yerlərdə fəhlə işləyiblər:

"Tanışım spirtli içkiyə meylli insan idi, sərxoş olanda hər şeyə görə tez əsəbiləşib, özündən çıxırdı. Zaur Kazımov haqda bildiyim odur ki, evlidir və bir qız övladı var. Kazımov arabir mənimlə əlaqə saxlayaraq, gah görüşüb, söhbət etməyi təklif edib, gah da borc pul istəyib. Cəbrayılovla Kazımov dost olublar, birlikdə yeyib-içiblər, aralarında düşmənçilik olmasını eşitməmişəm. Məlum hadisədən 2-3 gün əvvəl yeyib-içərkən onların arasında spirtli içki üstündə mübahisə yarandı. Amma araya girib, tanışlarımı sakitləşdirdim. Yanvarın 7-İ saat 15 radələrində səhər Zaur Kazımov zəng edib, məndən borc pul istədi. Lakin nəvəmin xəstə olduğunu və pulumun olmadığını dedi. Saat 21 radələrində yaşadığım ərazi üzrə sahə müvəkkilindən öyrəndim ki, Zaur Kazımov Binə qəsəbəsində Zaur Cəbrayılovu bıçaqlayaraq öldürüb".
Söyüşə görə bıçağı dostunun ürəyinə sancdı: "Axırıncı dəfə ona baxdım, səbrim tükəndi"Məhkəmə-psixoloji ekspertizasının rəyinə görə, emosional halından asılı olaraq Zaur Kazımov cinayət əməllərini törədərkən hərəkətlərini dərk etmək, hərəkətlərini tənzimləmək və onlara nəzarət etmək iqtidarında olub. O, fizioloji affekt halında olmayıb.

Məhkəmə iclasında Zaur Kazımov ittiham üzrə özünü təqsirli bilib. Zərərçəkmiş şəxsin hüquqi varisi təqsirləndirilən şəxsə qanuna müvafiq cəza verilməsini xahiş edib.

Məhkəmə hesab edib ki, Zaur Kazımovun Cinayt Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi özünün ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin hüquqi varisi və şahidlərin ifadələri, ekspertiza rəyləri və digər istintaq sənədləri ilə tam sübuta yetirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Zaur Kazımov cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 17 il müddətinə azadlıqdan məhrum olunub.
Söyüşə görə bıçağı dostunun ürəyinə sancdı: "Axırıncı dəfə ona baxdım, səbrim tükəndi"Söyüşə görə bıçağı dostunun ürəyinə sancdı: "Axırıncı dəfə ona baxdım, səbrim tükəndi"


Sonxeber.az
Telegramda izləyin
Kriminal   Baxılıb: 1317   Tarix: 28 may 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Qisasını qardaşı arvadının maşınından aldı - Bakıda qəribə ailə münaqişəsi

Bu günlərdə Bakı Şəhər Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinə maraqlı şikayət daxil olub. "Qafqazinfo" xəbər verir ki, polisə şikayət edən İ.Talıblı küçə sakini Şakir Məmmədov (bütün ad-soyadlar şərtidir) qardaşının məsuliyyətə cəlb edilməsini istəyib. Ş.Məmmədovun həyat yoldaş

5 sentyabr
.

Gömrük generalının adından DƏLƏDUZLUQ - DETALLAR

Dövlət Gömrük Komitəsinin (DGK) Bakı Baş Gömrük İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Elmir Ramazanovun tanışı olduğunu deyərək bir ailənin 74 900 manatını dələduzluq yolu ilə ələ keçirən şəxs həbs edilib. "Qaynarinfo"ya istinadən xəbər verir ki, 1988-ci ildə Şəki rayonunda doğulmu

26 avqust
.

Ülviyyə İlyasova fəhləyə borclu qalıb?

"NovaMed" klinikasında usta kimi çalışmışam, amma ödənişə gəldikdə 1020 manat pulumu kəsdilər". Bu barədə "Qafqazinfo"ya adının çəkilməsini istəməyən vətəndaş müraciət edib. Tibb ocağında boya işləri gördüyünü deyən şikayətçinin sözlərinə görə, kosmetoloq Ülviyyə İlyasova barəsind

7 avqust
.

Yasda gülüş üstündə QAN TÖKÜLDÜ: Bakıdakı cinayətin DETALLARI

Bakı Ağır Cinayətlər Məhkəməsində xalası oğlunu bıçaqlamaqda təqsirləndirilən Səid Babazadənin cinayət işi üzrə məhkəmə baxış iclası keçirilib. -a istinadla xəbər verir ki, hakim Hüseyn Hüseynlinin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib. Təqsirləndirilən S.Babazad

28 avqust
.

Restoranın qarşısında kütləvi dava - Bir nəfər öldü, üçü yaralandı-Yenilənib

Gəncədə baş verən kütləvi dava zamanı bir nəfər həyatını itirib, üç nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb. "Qafqazinfo" xəbər verir ki, hadisə şəhərin Poçt qəsəbəsində yerləşən restoranlardan birinin qarşısında qeydə alınıb. Məlumata görə, bir neçə nəfər arasında yaranan mübahisə dah

6 avqust
.

Yeniyetmənin "iPhone"unu əlindən alıb 20 Yanvarda satdı - Video

Paytaxtın Nizami rayonunda yetkinlik yaşına çatmayan bir nəfərə qarşı soyğunçuluq edilib. "Qafqazinfo" xəbər verir ki, naməlum şəxs zərərçəkənin əlində olan, dəyəri 1750 manat təşkil edən "iPhone 16" mobil telefonu alaraq hadisə yerindən uzaqlaşıb. Nizami Rayon Polis İdarəsinin 24-c

6 avqust
.

Dəhşətli qəzada ölən Elmirin fotosu - Hadisə yerindən görüntülər

Bakının Buzovna qəsəbəsində ağır yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, avqustun 4-nə keçən gecə - saat 01 radələrində Zuğulba şosesinin Buzovna ərazisindən keçən hissəsində Elmir Qismət oğlu Həsənovun idarə etdiyi "Opel" markalı, 01-CO-753 dövlət nömrə nişanl

5 avqust
.

DTX-nin saxladığı sabiq icra başçısının həbs müddəti uzadıldı

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Balakən Rayon İcra Hakimiyyətində keçirdiyi əməliyyat zamanı saxlanılan sabiq icra başçısı İslam Rzayevin barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılıb. Oxu Az-ın məlumatına görə, Səbail rayon Məhkəməsində istintaq orqanının təqdimatına baxılıb. İsla

31 avqust
.

Şərurlu İsfəndiyarı məhkəməyə verən iş adamına - 13 il həbs

"Progress-2016" MTK-nın rəhbəri Emil Səməndərovun məhkəmə araşdırması başa çatıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm elan edilib. Şirkət rəhbərinə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəs

3 sentyabr