"Özü də bu acını 13 yaşında yaşamışdı"
"Əziz babam, Əməkdar artist, müğənni və xalqın sevimlisi Cavanşir Məmmədovu itirməyimizin dərin hüzn və kədərini yaşayırıq. Ailəmizin çətin dönəmində başsağlığı verib, dəstək olan hər kəsdən Allah razı olsun. Bu yazım uzun olacaq. Çünki bu hissləri bir cümlə ilə ifadə etmək mümkünsüzdür".
Axşam.az xəbər verir ki, bu sözləri mərhum Əməkdar artist Cavanşir Məmmədovun nəvəsi Rəfiqə sosial şəbəkədə yazıb. O, babası ilə bağlı xatirələrini bölüşüb:
"Müdrik ailə başçısını itirmək hər bir ailə üzvü üçün ağırdır. İlk dəfədir ki, reallıqdan qaçıram. Onun haqqında keçmiş zamanda danışmaq mənim üçün çox çətindir. Hər bir kəliməsi, nəsihətləri və səsi qulağımızdadır. Yoxluğu həyatımızda dolmayacaq boşluq yaratdı. Ailə başçısını itirən kəslər anlayar bu acını. Hansı ki, özü də bu hissləri məhz 13 yaşında olarkən yaşamışdı, atasını vaxtsız itirmişdi. Tale yolunda çətinlikləri ötərək halal zəhmətinin bəhrəsini yaşayırdı. Mənim fərqli mövzular haqqında uzun yazılarımı çox bəyənib, dəstəkləyərdi. Cavanşir baba çox başqa idi. Həm ata kimi, həm baba kimi.
İllər keçəcək, bir gözümüz gülərkən, digəri isə onun yoxluğu üçün daim ağlayacaq. Onun yeri əvəzolunmaz olaraq həmişə görünəcək. Xatirələrini, xoş ifalarını hər zaman yaşadacağıq. İzləyicilərin dediyi kimi: "Bu dünyaya kişi kimi gəldi, eldən kişi kimi getdi". Allah sənə rəhmət eləsin, əziz babam. Uca Tanrı yerini cənnət etsin".
Qeyd edək ki, C.Məmmədov apreldə qəfil ürəktutmasından dünyasını dəyişib.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Kardaşyan xəstəliyini açıqladı - Atası da eyni xəstəlikdən ölüb
Amerikalı televiziya ulduzu Kim Kardaşyan səhhəti ilə bağlı açıqlaması ilə gündəmə gəlib. 45 yaşlı məşhur yeni televiziya proqramının tanıtım çarxında ona özofajit diaqnozu qoyulduğunu açıqlayıb. xarici mediaya istinadən xəbər verir ki, "Kardaşyanlar" verilişinin yeni mövsümünün treylerind
20 sentyabrZabitə Alıyevanın toyu oldu (FOTO)
Xanəndə Zabitə Alıyevanın toy mərasimi keçirilib. Qaynarinfo xəbər verir ki, məclisdən görüntülər sosial şəbəkələrdə sənət adamları tərəfindən paylaşılıb. Toy mərasimində Zabitə Alıyevanın yaxınları ilə yanaşı, şou-biznes nümayəndələri də iştirak edib
15 sentyabrGülben Ergen yay tətilinə belə vida etdi: son günündən həzz aldı
Gülben Ergen yay tətilinə hovuz kənarında dincələrək vida edib. xarici KİV-ə istinadən xəbər verir ki, tətilinin son gününü doyunca yaşayan məşhur müğənni sosial şəbəkə hesabında bu sözləri yazıb. "Əgər məktəblər sabah açılırsa, bu gün tətilin son günüdür"
14 sentyabrZaur Kamaldan ÜZÜCÜ XƏBƏR
Aparıcı Zaur Kamalın səhhətində problem yaranıb. Axşam.az xəbər verir ki, bu barədə o, sosial şəbəkədə məlumat yayıb. Klinikada sistem köçürən Zaur virusa yoluxduğunu bildirib:. "Dünən klinikaya pis vəsiyyətdə gəlmişəm, üzü o tərəfə gedirdim. Həkim "getmə" dedi"
20 sentyabrAlimlər yeni həşərat cinsinə Teylor Sviftin adını verdi
ABŞ-ın Kaliforniya Universitetinin Riversayd kampusunun alimləri yeni həşərat cinsini amerikalı müğənni Teylor Sviftin şərəfinə adlandırıblar. Qaynarinfo xəbər verir ki, bu barədə "People" məlumat yayıb. Taxtabitilər cinsinə Swiftiephylus adı verilib. Cinsə dörd növ daxildir. Onların latınc
10 sentyabr"Belə valideynləri qınayıram"
Xalq artisti Miri Yusif valideynlərə müraciət edib. Axşam.az xəbər verir ki, sənətçi avtomobildə azyaşlı uşaqların təhlükəsizliyi ilə bağlı fikirlərini bölüşüb. O bildirib ki, valideynlər uşaqlaeı sükan arxasında oturanda qorumurlar:. "Sükan arxasında olarkən azyaşlı uşaqlarını qucağında və ya dizini
7 sentyabr9 illik evlilikləri bitir
Türkiyəli müğənni Niran Ünsal həyat yoldaşı, keçmiş jurnalist İbrahim Gugunla boşanır. Axşam.az xəbər verir ki, cütlük 9 illik evliliklərini rəsmi şəkildə bitirmək üçün məhkəməyə müraciət edib. İfaçı bu barədə paylaşım edərək İbrahimlə yollarını qarşılıqlı anlaşma və dost şəklində ayırdıqlarını açıqlayıb
13 sentyabrTacir Şahmalıoğlu əməliyyat olundu
Müğənni Tacir Şahmalıoğlu əməliyyat olunub. Bu barədə Qaynarinfo-ya sənətçinin həyat yoldaşı məlumat verib. Onun sözlərinə görə, müğənni öd kisəsindən əməliyyat olunub: "Öd kisəsini götürüblər. Hazırda özünü yaxşı hiss edir". Qeyd edək ki, bir müddət əvvəl Tacir Şahmalıoğlunun səhhətində problemlə
21 sentyabr