Moldova prezidenti məhkəməyə çağırılacaq
Moldova Prezidenti Maya Sandu və Baş nazir Dorin Reçan Kişineu aeroportunun konsessiya işi üzrə şahid qismində məhkəməyə çağırılacaqlar.
Məlumata görə, paytaxtın rayon məhkəməsi keçmiş baş nazirin vəkili Yuri Leankanın müvafiq vəsatətini təmin edib.
Moldovanın Korrupsiyaya Qarşı Mübarizə Prokurorluğu Leanka və bəzi digər yüksək rütbəli məmurları aeroportun konsessiyasını keçirərkən dövlətə ziyan vurmaqda ittiham edib. İttiham tərəfi hesab edir ki, hava limanına görə dövlətə 392 milyon leidən (22 milyon dollardan) çox maddi ziyan dəyib.
Təqsirləndirilən şəxslərin müdafiəsi bu qərarı qəbul edən kabinet üzvləri Sandu və Reçanın dinlənilməsini tələb edib.
Qeyd edək ki, Kişineu hava limanı 2013-cü ildə Rusiyanın "Avia Invest" konsorsiumuna 49 il müddətinə konsessiyaya verilib. İcarəçi kompleksin inkişafına təxminən 245 milyon avro sərmayə qoymağı, hava limanında tranzit sərnişin daşımalarının həcmini ildə 1,5 milyon nəfər artırmağı, həmçinin gəlirin 1%-i həcmində dövlətə qonorar ödəməyi öhdəsinə götürüb.(oxu.az)
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 800 Tarix: 02 iyun 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş130 il əvvəl tənha adaya buraxılan inək sürüsü - Gözlənilməz nəticə
İlk baxışda bu, sadəcə unudulmuş bir kənd təsərrüfatı təcrübəsi kimi görünürdü. Lakin 130 ildən çox müddət ərzində tənha bir adada yaşayan inək sürüsü alimlər üçün nadir genetik tədqiqat obyektinə çevrilib. Qaynarinfo xəbər verir ki, 1871-ci ildə Hind okeanındakı Amsterdam adasında cəmi beş inək buraxılmışdı
26 mayRusiya Kiyev vilayətini "Oreşnik" ballistik raketi ilə vurub
Rusiya Silahlı Qüvvələri mayın 24-nə keçən gecə Kiyev vilayətinə RS-26 "Rubej" ("Oreşnik") orta mənzilli ballistik raketi ilə zərbə endiriblər. "RBK-Ukrayna" agentliyinə istinadən xəbər verir ki, bunu Ukrayna Hərbi Hava Qüvvələrinin Kommunikasiya İdarəsinin rəisi Yuri İqna
24 mayAfrika "Böyük yaşıl divar" tikir: Özlərini nədən qorunmaq istəyirlər?
Afrikanın 11 ölkəsi dünyanın ən böyük ekoloji layihələrindən biri sayılan "Böyük yaşıl divar" ("Great Green Wall") təşəbbüsünü həyata keçirməyə davam edir. Layihənin məqsədi Sahara səhrasının genişlənməsinin qarşısını almaq və Sahel bölgəsinin münbit torpaqlarını qorumaqdır. Qaynarinf
25 may"Netflix" layihələri ilə tanınan aktyor Kanadada ölü tapıldı
İtkin düşmüş "Netflix" layihələri ilə tanınan aktyor Stüart Maklin Kanadada ölü tapılıb. CBC telekanalına istinadən xəbər verir ki, aktyorun 45 yaşı olub. O, bir müddət əvvəl itkin düşmüş şəxs kimi axtarışa verilib. Maklinin meyiti yaşadığı əraziyə yaxın olan Lions Bay bölgəsində aşkarlanıb
24 mayİsveçrədə referendum: Əhali sayı azaldılır, ölkə Şengendən çıxır
İsveçrə hökuməti ölkə əhalisinin sayının məhdudlaşdırılmasını tələb edən "10 milyonluq İsveçrəyə yox!" təşəbbüsü ilə bağlı 14 iyun tarixinə referendum təyin edib. "Report" xəbər verir ki, bu təşəbbüsün dəstəyi ilə İsveçrə hökuməti 2050-ci ilə qədər əhalinin 9,5 milyon nəfər və dah
24 mayPakistanda qatar partladıldı: 24 ölü, 50-dən çox yaralı
Pakistanın Kvetta şəhərində (Bəlucistan əyaləti) qatarın partladılması nəticəsində həlak olanların sayı 24 nəfərə çatıb, 50-dən çox insan isə xəsarət alıb. -ın məlumatına görə, bu barədə "Agence France-Presse" agentliyi yerli yüksəkvəzifəli məmura istinadən xəbər verir. "Qatar Kvettada
24 may