Britaniya əks-kəşfiyyatına İran, Çin və Rusiyadan olan casuslara diqqət yetirmək tapşırılıb
Britaniya hökuməti milli əks-kəşfiyyat xidməti MI5-ə səylərini ilk növbədə terrorçuluqla deyil, İran, Çin və Rusiyadan olan casuslarla mübarizəyə yönəltməyi tapşırıb.
"Report" xəbər verir ki, bu barədə "The Daily Telegraph" qəzeti hökumətdəki mənbələrə istinadən məlumat yayıb.
Onlara görə, Ukraynadakı müharibə, Böyük Britaniyada fəaliyyət göstərdiyi iddia edilən Çin agentlərinin sayının artması və İranın xaricdəki siyasi rəqiblərinə təzyiq etmək üçün mütəşəkkil cinayətkarlıqdan istifadə etməsi MI5-in diqqətinin dəyişməsinə səbəb olub.
Nəşrin həmsöhbətinin sözlərinə görə, nazirlər kəşfiyyat xidmətindən "səylərinin çoxunu casusluq təhlükəsinə, xüsusən də Çin, Rusiya kimi dövlətlərin və bu yaxınlarda İrandan gələn təhlükəyə yönəltməyi" xahiş ediblər. Qəzetin mənbəsi izah edib ki, "terrorizmlə mübarizə prioritet deyil", lakin əsas yox, paralel diqqət obyektinə çevrilib.
"Onların iş yükü bu istiqamətdə dəyişib", – "The Daily Telegraph"ın həmsöhbəti söyləyib.
O qeyd edib ki, Rusiyanın Böyük Britaniyaya marağı Londonun Kiyevə fəal dəstəyi ilə bağlıdır. "Nə qədər çox məşğul olursan, bir o qədər diqqət mərkəzində olursan", – mənbə bildirib.
Qəzet həmçinin Britaniyada casusluq etdiyi iddia edilən saysız-hesabsız Çin agentlərinin olduğunu iddia edir. Kəşfiyyat mənbələri nəşrə bildiriblər ki, çinli agentlər elmi ictimaiyyətdə (həm tələbələr, həm də müəllimlər), biznesdə və hətta sənət aləmində mövcuddur.
Məqalədə başqa bir hökumət mənbəsinin fikrinə istinad edilir, o, təkcə Çinin Böyük Britaniyadakı səfirliyində 20-yə qədər casusun fəaliyyət göstərdiyini və "Çin kəşfiyyat xidmətləri tərəfindən işə götürülən agentlərin, mülki şəxslərin sayının yüz minlərlə ola biləcəyini" söyləyir.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 815 Tarix: 02 iyun 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
ABŞ və Çin "superintellekt" risklərinə qarşı birgə addım atır
Amerika Birləşmiş Ştatları və Çin süni intellektlə (Sİ) əlaqədar baş verə biləcək müxtəlif insidentlərin müzakirəsi məqsədilə xüsusi əlaqə kanalının yaradılması barədə razılığa gəliblər. xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Sədri Si Cinpinin sentyabrın 23-dən 25-dək ABŞ-yə etdiyi dövlə
27 sentyabrHörmüz boğazında kommersiya gəmiçiliyinin intensivliyi 75% azalıb
Hörmüz boğazında kommersiya gəmiçiliyinin intensivliyi ABŞ və İran arasında münaqişədən əvvəlki səviyyə ilə müqayisədə təxminən 75 faiz aşağı olaraq qalır. "Report" xəbər verir ki, bu barədə Britaniyanın Dəniz Ticarət Əməliyyatları İdarəsi (UKMTO) məlumat yayıb. Qurumun məlumatına görə, boğazda
27 sentyabrAdanada sərnişin avtobusu qəzaya uğrayıb, 10-dan çox şəxs xəsarət alıb
Türkiyənin Adana vilayətində sərnişin avtobusu yeraltı keçidin divarına çırpılıb. "Report" "TRT Haber"ə istinadən xəbər verir ki, hadisə nəticəsində 11 nəfər xəsarət alıb. Əraziyə polis, təcili tibbi yardım və yanğınsöndürənlər cəlb olunub. Qəzada xəsarət alan 11 nəfərə hadisə yerind
27 sentyabrAİ-də enerji BÖHRANI: Qaz və elektrik enerjisinə qənaət gündəmə qayıtdı
"Avropa İttifaqında (Aİ) ABŞ və İsrailin İrana qarşı müharibəsinin neft-qaz bazarlarına təsirləri fonunda enerji qiymətləri artıb. Bununla əlaqədar Brüssel Aİ ölkələrini qaz və elektrik enerjisi istehlakının azaldılması ilə bağlı tədbirləri nəzərdən keçirməyə çağırır". TASS-a istinadən xəbə
27 sentyabrÜST rəhbərindən dünyaya HƏYƏCAN TƏBİLİ: "Yeni pandemiya qaçılmazdır"
"Yeni respirator patogenin ortaya çıxması COVID-19 pandemiyası ilə müqayisə edilə biləcək nəticələrə malik pandemiyaya səbəb ola bilər". xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri Tedros Adhanom Qebreyesus Nyu-Yorkda BMT Baş Assambleyasının iclası çərçivəsində keçirilə
27 sentyabrƏzizi: Tehranın şərtləri icra olunana qədər Hörmüz boğazı açılmayacaq
Tehranın şərtləri icra olunana qədər Hörmüz boğazı yenidən açılmayacaq. "Report" ISNA-ya istinadən xəbər verir ki, bu barədə İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədri İbrahim Əzizi bildirib. "Vaşinqton danışıqlar barədə yanlış anlayışa malikdir və yalnı
27 sentyabr