Baydenin seçici dəstəyi azalır
"Reuters" və "Ipsos"un sorğusuna əsasən, ABŞ-nin hazırkı Prezidenti Co Bayden gələcək prezident seçkisində ali təhsili olmayan seçicilərin dəstəyini itirir.
2020-ci illə müqayisədə ali təhsil almayanlar arasında hazırkı dövlət başçısına dəstək 10 faiz (42 faizdən 32 faizə) azalıb. Bu kateqoriyadan olan seçicilər dörd il əvvəl ümumi seçicilərin beşdə üç hissəsini təşkil edirdi.
Ali təhsilə malik, 100 min dollar və ya daha çox gəliri olan ailələr qəti şəkildə Baydenin tərəfindədir (artım 2%, 43%-dək). Tramp üçün belə seçicilərin sayı azalıb (azalma 4%, 38%-dək).
Baydenin dəstəyi illik gəliri 50 min dollardan az olan ailələr arasında 14% azalaraq 33%-ə düşüb. Eyni qrupda Trampın dəstəyi 5% artaraq 40%-ə çatıb.
Qeyd edək ki, "Reuters" və "Ipsos" 2020-ci ilin mart-may aylarında 16 mindən çox seçicinin cavablarını 2024-cü ilin eyni dövründəki 8 mindən çox seçicinin cavabları ilə müqayisə edib. Təhlil Donald Tramp barədə məhkəmə qərarından əvvəl aparılıb.
"Reuters" qeyd edir ki, ali təhsili olmayanlar arasında respublikaçıları dəstəkləyənlərin payı bir qədər artaraq 42%-dən 44%-ə yüksəlib. Çoxları hələ noyabrın 5-də keçiriləcək seçkidə nə edəcəyini bilmirlər.(oxu.az)
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 822 Tarix: 02 iyun 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
ABŞ və Çin "superintellekt" risklərinə qarşı birgə addım atır
Amerika Birləşmiş Ştatları və Çin süni intellektlə (Sİ) əlaqədar baş verə biləcək müxtəlif insidentlərin müzakirəsi məqsədilə xüsusi əlaqə kanalının yaradılması barədə razılığa gəliblər. xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Sədri Si Cinpinin sentyabrın 23-dən 25-dək ABŞ-yə etdiyi dövlə
27 sentyabrHörmüz boğazında kommersiya gəmiçiliyinin intensivliyi 75% azalıb
Hörmüz boğazında kommersiya gəmiçiliyinin intensivliyi ABŞ və İran arasında münaqişədən əvvəlki səviyyə ilə müqayisədə təxminən 75 faiz aşağı olaraq qalır. "Report" xəbər verir ki, bu barədə Britaniyanın Dəniz Ticarət Əməliyyatları İdarəsi (UKMTO) məlumat yayıb. Qurumun məlumatına görə, boğazda
27 sentyabrAdanada sərnişin avtobusu qəzaya uğrayıb, 10-dan çox şəxs xəsarət alıb
Türkiyənin Adana vilayətində sərnişin avtobusu yeraltı keçidin divarına çırpılıb. "Report" "TRT Haber"ə istinadən xəbər verir ki, hadisə nəticəsində 11 nəfər xəsarət alıb. Əraziyə polis, təcili tibbi yardım və yanğınsöndürənlər cəlb olunub. Qəzada xəsarət alan 11 nəfərə hadisə yerind
27 sentyabrAİ-də enerji BÖHRANI: Qaz və elektrik enerjisinə qənaət gündəmə qayıtdı
"Avropa İttifaqında (Aİ) ABŞ və İsrailin İrana qarşı müharibəsinin neft-qaz bazarlarına təsirləri fonunda enerji qiymətləri artıb. Bununla əlaqədar Brüssel Aİ ölkələrini qaz və elektrik enerjisi istehlakının azaldılması ilə bağlı tədbirləri nəzərdən keçirməyə çağırır". TASS-a istinadən xəbə
27 sentyabrÜST rəhbərindən dünyaya HƏYƏCAN TƏBİLİ: "Yeni pandemiya qaçılmazdır"
"Yeni respirator patogenin ortaya çıxması COVID-19 pandemiyası ilə müqayisə edilə biləcək nəticələrə malik pandemiyaya səbəb ola bilər". xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri Tedros Adhanom Qebreyesus Nyu-Yorkda BMT Baş Assambleyasının iclası çərçivəsində keçirilə
27 sentyabrƏzizi: Tehranın şərtləri icra olunana qədər Hörmüz boğazı açılmayacaq
Tehranın şərtləri icra olunana qədər Hörmüz boğazı yenidən açılmayacaq. "Report" ISNA-ya istinadən xəbər verir ki, bu barədə İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədri İbrahim Əzizi bildirib. "Vaşinqton danışıqlar barədə yanlış anlayışa malikdir və yalnı
27 sentyabr