"Ərə gedəndən sonra kişi xeylağı soruşur ki, nə vaxt uşağın olacaq?" – VİDEO

"Ərə gedəndən sonra kişi xeylağı soruşur ki, nə vaxt uşağın olacaq?" – VİDEO"Hər şey çox ciddiləşəndə elə bil ki, ağırlaşır. Amma ailə qurandan sonra məndə rahatlıq yarandı. Daha da mənə enerji gəlib. Elə bil ki, üstümdə yük vardı, o, üstümdən düşüb. Əsas da budur, özümü belə rahat hiss edirəm".

Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Səidə Sultan qonaq olduğu "Günaylı gün" verilişində deyib.

Sənətçi bildirib ki, ailə qurması ilə bağlı efirdə ona ünvanlanan suallardan tənqə gəlib:

"Azərbaycanda hamı səni görən kimi eyni sualı verir: "Niyə ərə getmirsən?" İnsan bu suallardan və söhbətlərdən bezir. Efirə çıxırsan, yalnız ərdən danışırlar. Neçə illərdir ki, artıq yaşım 40-a yaxınlaşır, amma hələ də mənə ərdən sual verirlər və danışırlar. Mən nə edim ki, bu ər mövzusu olmasın, danışılmasın? Bu həyatda elə bir yol seçmədim ki, mütləq şəkildə kiməsə mən ərə getməliyəm və camaata nəsə sübut etməliyəm. Həyat mənimdir, özüm bilərəm. Qismət belə oldu: "Səidə toyunu et..." Çox şükür. İndi isə məndən soruşurlar ki, nə vaxt övladın olacaq?

Cavab verirəm ki, bəsdi, xahiş edirəm, bu söhbətləri etməyin. Hətta bir də görürsən ki, kişi xeylağı soruşur ki, nə vaxt uşağın olacaq? Adə, sən yekə kişisən, bu söhbətlər nəyinə lazımdır".

Qeyd edək ki, S.Sultan ötən ilin sentyabrında kimliyini açıqlamadığı, lakin illərdir ki, dost münasibətində olduğu şəxsə ərə gedib.


Sonxeber.az
Telegramda izləyin
Şou-biznes   Baxılıb: 1475   Tarix: 03 iyun 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

"Canımı yandırdın" məşhur xanəndə ölən atası haqqında - FOTO

Xəbər verdiyimiz kimi tanınmış xanəndə Tahir Nəbiyev dünyasını dəyişib. -a istinadən xəbər verir ki, xanəndənin qızı Kamilə Nəbiyeva sosial media hesabında atası haqqında paylaşım eib. O, "İnstagram" hesabında atasının fotosunu paylaşaraq: "Canımın içi, canımı yandırdın.Sənsiz mən bu dünyan

3 sentyabr 2021
.

Afaq Gəncəli ATV-dən getdi

Aparıcı Afaq Gəncəli ATV telekanalından ayrılıb. Axşam.az-a istinadən xəbər verir ki, o, bu gün ərizəsini yazaraq işdən çıxıb. Kanalla dostcasına ayrılan A.Gəncəli daha fərqli layihə ilə tamaşaçı qarşısına çıxacaq. Hazırda onun hansı kanalda çalışacağı bəlli deyil. Qeyd edək ki, sabah Afaq Gəncəlini

6 sentyabr 2021
.

Səməd Səmədova başdaşı qoymağa ailəsinin imkanı çatmır?

"Səməd Səmədov 40 ildi toylara gedirdi, onun imkanına nə gəlib. Bunu Qaynarinfo-ya açıqlamasında müğənni Manaf Ağayev mərhum Xalq artisti Səməd Səmədovun məzar daşının olmaması ilə bağlı videogörüntüdən danışarkən deyib. Sənətçi hesab edir ki, həmkarının məzar daşının qoyulmamasının madiyyatla he

7 sentyabr 2021
.

Xalq artistinin oğlu universitetə qəbul oldu - FOTO

Xalq artisti Mənsum İbrahimovun oğlu İbrahim universitetə daxil olub. Axşam.az-a istinadən xəbər verir ki, bu haqda xanəndə özü məlumat yayıb. Sənətçi övladının ingilis dilində təhsil alacağını bildirib:. "Oğlum İbrahim Qərbi Kaspi Universitetinin tarix fakültəsinə qəbul oldu. İbrahimin timsalınd

10 sentyabr 2021
.

"Vüqarın ölüm səbəbiylə bağlı ekspertiza tələb edəcəyəm"

Mərhum meyxanaçı Vüqar Biləcərinin sevgilisi Samirə Nail Kəmərlinin "Youtube" layihəsinin qonağı olub. Axşam.az xəbər verir ki, Samirə sənətçi ilə bağlı bəzi məqamları açıb. O bildirib ki, Vüqar ömrünün son illərində anası üçün pis olub:. "Vüqarın yanında "ana" sözü deyəndə

17 sentyabr 2021
.

Firəngiz Mütəllimova Yaşar Nuridən yazdı: "Kaş sağ olardın..." - FOTO

Bu gün Xalq artisti, Azərbaycan Respublikasının Dövlət Mükafatı laureatı Yaşar Nurinin anadan olmasının 70-ci ildönümüdür. xəbər verir ki, Xalq artisti Firəngiz Mütəllimova sosial şəbəkədə sevilən aktyorla bağlı paylaşım edib. F.Mütəllimova Xalq artistinin fotosunu yayımlayaraq bunları yazıb:. "Əvəzolunma

3 sentyabr 2021
.

"Laçınım" mahnısıyla bağlı qalmaqal: Sənət çevrəsini təlatümə gətirəcək faktlar ilk dəfə

"Laçınım" mahnısı yaranan gündən onun ətrafında gəzən qalmaqal bitmək bilmir. Mərhum sənətkar Məhəbbət Kazımov dünyasını dəyişəndən sonra mahnının müəllifləri kimi bəstəkarlarının sayı çoxalmaqdadır. Uzun illər Məhəbbət Kazımovla səhnə bölüşən müğənni Könül Kərimova da "Laçınım"ı

7 sentyabr 2021
.

Flora Kərimova Prezident təqaüdünün ilk ayını qazilərə verdi

Azərbaycanın Xalq artisti, "Şərəf" ordenli Flora Kərimova ona təyin olunan Prezidentin fərdi təqaüdünün ilk ayını Vətən Müharibəsi qaziləri arasında bölüb. -a istinadən xəbər verir ki, Xalq artisti təqaüdünü 2 qaziyə verib. Həmin qazilər isə erməni əsirliyindən qayıdan Amin Musayev və döyüşlə

6 sentyabr 2021
.

Azərbaycanlı musiqiçi dənizdə boğuldu

Azərbaycanlı gənc musiqiçi Məmmədbağır Misiroğlu dünyasını dəyişib. Axşam.az xəbər verir ki, klarnet ifaçısı dənizdə batıb. Bu haqda sənət adamları məlumat yayıb. Bildirilib ki, Məmmədbağır ötən gün vəfat edib. Qeyd edək ki, Məmmədbağır bir çox müğənninin ansamblında çalışıb

2 sentyabr 2021