Leyli Axundova aparıcıya görə efirlərə çıxmır
"Kinoda çəkilmək mənə çətin deyildi. Anam həmişə deyirdi ki, olmaz, atam deyirdi ki, olar! Mən orada özümü oynayırdım, çətinlik çəkmirdim. Tək uşaq idim, üstümdə əsirdilər. Dövlətli ailənin 10 ildən sonra dünyaya gələn qızı idim. Amma ailəm heç vaxt mənə demirdi ki, kasıbla, yoxsul uşaqlarla dostluq etmə. Əksinə, mənə uşaq ikən aşılayırdılar ki, dostluq pula, mala, dövlətə baxmır" .
Bunu Moderator.az-a açıqlamasında "Qaraca qız" filminin "Xədicə"si, musiqiçi Leyli Axundova deyib. O daha sonra əlavə edib:
"Qaraca qız" filmindən sonra mənə çox təkliflər gəldi. Atam icazə vermədi. Sonra peşman olub dedi ki, kaş çəkilərdin. Rəhmətlik Toğrul Nərimanbəyov atama demişdi ki, icazə ver Leyli Moskvada kinoaktyor məktəbinə daxil olsun. Toğrul müəllim demişdi ki, mən danışmışam onlarla, Leyli imtahan verməyəcək. Atam buna da razılıq vermədi. Aktrisa yox, amma həkim olmadığıma görə peşman oldum. Həkimliyi çox sevirdim. Atam deyirdi ki, mənim bir qızım var, hamının dərdini çəkəcəksən, ürəyin partlayacaq. Sonradan da ailə həyatı qurdum. Məni "Nizami" filminə çəkmək istəyirdilər. Həyat yoldaşım icazə vermədi".
Leyli Axundova efirlərə çıxmamağının səbəblərindən də danışıb:
"Azərbaycan telekanallarına nadir hallarda baxıram. Sosial verilişlər, ümumiyyətlə, biabırçılıqdır. Uşaqlar üçün verilişlər, demək olar ki, yoxdur.
Bir aparıcı düşünür ki, prokurordur, polis olmamalıdır, özünü prokuror kimi aparır. Digər biri bütün "julik" həkimləri ortalığa çıxarır.
Bir dəfə sosial verilişlərdən birinə getdim, sonra tövbə etdim. O bunun arxasınca danışır, bu əsəbiləşir, o qışqırır. Mənim çevrəm azdır. İnsanlara baxıb iç dünyasını görəndə onlardan uzaqlaşıram".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1113 Tarix: 04 iyun 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq
Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar
18 sentyabr 2021Rusiyanın hərbi gəmiləri Bakıya gəlib - FOTO
Rusiya Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti Azərbaycana səfərə gəlib. -a istinadən xəbər verir ki, Rusiya HDQ-nə məxsus "Astraxan" və "Anatoli Qujvin" hərbi gəmiləri ilə gələn nümayəndələr Bakı Dəniz Limanında hərbi orkestrin müşayiəti ilə qarşılanıb. Qarşılama mərasimində Azərbayca
18 sentyabr 2021Azərbaycanda Təcili Yardımla pişik üstündə dava - VİDEO
Təcili Tibbi Yardımın operatoru ilə vətəndaşın səs yazısı sosial şəbəkələrdə müzakirəyə səbəb olub. Kimi təcili yardım operatorunu günahlandırıb, kimi isə zəng edən şəxsi qeyri-ciddilikdə qınayıb. xəbər verir ki, yayılan səs yazısına aydınlıq gətirilməsi üçün BAKU TV Təcili Tibbi Yardımla əlaqə saxlayıb
17 sentyabr 2021Gürcüstanda soydaşlarımızın təhsil problemi - VİDEO
Yeni tədris ilinin başlaması ilə qonşu Gürcüstanda yaşayan azərbaycanlılar yenə də təhsil sahəsində böyük problemlə qarşı-qarşıya qalıblar. Belə ki, bu ölkədə fəaliyyət göstərən azərbaycandilli ümumtəhsil məktəblərində təhsil alan şagirdlərin sayı ilbəil azalmağa davam edir. Buna səbəb isə validyenləri
18 sentyabr 2021Skuterdə gəzən it və pişik "Ginnesin Rekordlar Kitabı"na düşdü - FOTO - VİDEO
Kanadadan Lollipop adlı it və Saşimi adlı pişik skuterdə beş metr məsafəni qət etməklə "Ginnesin Rekordlar Kitabı"na düşüb. Filmlər və şoular üçün heyvanları təlim edən Melissa Millett Lollipop və Saşiminin skuter sürməyi xoşladıqlarını, lakin adətən bunu tək-tək həyata keçirdiklərini deyib
17 sentyabr 2021Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ
2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu
18 sentyabr 2021Şotlandiyada on il öncə itmiş pişik evinə qayıtdı - FOTO
Şotlandiyanın Aberdin şəhərində 10 il öncə itmiş pişik tapılıb. Forbs adlı ev heyvanı üzərindəki mikroçip sayəsində evinə qaytarılıb. Belə ki, pişiyi tapan şəxs mikroçipdə əks olunan telefon nömrəsilə əlaqə saxlayıb. Məlum olub ki, heyvanın sahibi Edinburq şəhərində yaşayan bir ailədir. Ailə başçıs
18 sentyabr 2021