İsti havada adi su əvəzinə duzlu su içmək niyə daha yaxşıdır?
Yay aylarında havanın temperaturu 30 dərəcədən yuxarı olanda orqanizm tər və nəfəs vasitəsilə çoxlu miqdarda qiymətli mikroelementlər itirir. Belə günlərdə itirilən mikroelementləri bərpa etmək üçün duzlu su içmək məsləhət görülür.
"Rospotrebnadzor" (Rusiyanın İstehlakçıların Hüquqlarının Müdafiəsi və İnsan Rifahına Nəzarət üzrə Federal Xidməti) mütəxəssisləri belə tövsiyə ilə çıxış ediblər.
Mütəxəssislərin sözlərinə görə, isti havada və orta fiziki yük zamanı hər saat yarım litr, yəni təxminən hər 20 dəqiqədən bir fincanla su içmək lazımdır. Bu, mineral qələvi su, süd məhsulları (az yağlı süd, süd zərdabı), şirələr, vitaminli içkilər və oksigen-zülal kokteylləri ola bilər. İçkilərin tövsiyə olunan temperaturu isə +10-15 dərəcədir.
Həkimlər isti havalarda susuzluğu həmçinin soyuducudan çıxan qazlı su ilə yatırtmağı da məsləhət görürlər. Bildirilir ki, qazlı suyun köpükləri hesabına doyma hissi daha tez yaranır.
Lakin hipertoniyadan əziyyət çəkənlər duzlu mineral suyu ehtiyatla içməlidirlər, çünki duz orqanizmdə suyu saxlayır və ödemlərə səbəb ola bilər.
Susuzluğu yaxşı aradan qaldıran içkilərdən biri də turş məkkəgülü (karkade) çayıdır.
Diyetoloqlar, həmçinin suya limon, portağal, xiyar dilimləri, nanə və ya kəklikotu yarpaqları əlavə etməklə sərinləşdirici içkilər hazırlamağı məsləhət görürlər.(oxu.az)
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 1010 Tarix: 09 iyun 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
İnşaat işçilərinin iplə yuxarı qaldırılması görüntüləri gündəm oldu - VİDEO
Misirdə çəkildiyi bildirilən görüntülər inşaat sahələrində əməyin mühafizəsi məsələsini yenidən gündəmə gətirib. xarici mediaya istinadla xəbər verir ki, kadrlarda çoxmərtəbəli binanın xarici hissəsində çalışan işçilərin təhlükəsizlik avadanlığı əvəzinə, yük qaldırmaq üçün istifadə edilən kəndir sistem
18 sentyabrToyda bəy özündən çıxdı: Tortu YERƏ ÇIRPDI - VİDEO
Toy mərasimində baş verən gözlənilməz hadisə sosial şəbəkələrdə böyük müzakirəyə səbəb olub. xəbər verir ki, görüntülərdə tort kəsimi zamanı bəy və gəlin arasında gərgin anların yaşandığı görünür. İddiaya görə, gəlinin hərəkətindən əsəbiləşən gənc oğlan özündən çıxaraq toy tortunu yerə çırpıb. Hadis
19 sentyabrSüni intellekt dövründə hansı peşələr dəyişəcək? - Video
"Süni intellekt birbaşa peşələri sıradan çıxarmır, ilk növbədə, həmin sahələrdəki təkrarlanan tapşırıqları avtomatlaşdırır". Bu fikirləri İKT mütəxəssisi Asim Namazov bildirib. Ekspertin sözlərinə görə, məlumatların daxil edilməsi, standart sənədlərin hazırlanması, sadə mətnlərin tərtibi, məlumatları
20 sentyabrÖldüyü bilinən qadın qəfil dirildi
Çinin şimalındakı Hebey əyalətində qeyri-adi hadisə baş verib. Ailəsi tərəfindən öldüyü düşünülən 70 yaşlı qadın qəfil dirilib. xarici mediaya istinadla xəbər verir ki, qadın uzun illər beyin trombozu və xərçəng xəstəliyindən əziyyət çəkib. Həkimlər şişin müalicəsinin mümkün olmadığını bildirdikdən sonr
22 sentyabrAlimlər yeni pişik növü aşkarladı - Adı belə qoyuldu
Boliviyada elmə əvvəllər məlum olmayan yeni vəhşi pişik növü aşkar edilib. Yeni növə Leopardus tilcayo adı verilib və o, Tilcayo pələng pişiyi kimi tanınacaq. "National Geographic" jurnalına istinadən xəbər verir ki, alimlər bu pişik növünü ilk dəfə 2016-cı ildə müşahidə ediblər. Lakin onu
19 sentyabrStüardessalardan XƏBƏRDARLIQ: hətta isti havada da təyyarədə bunu geyinməyin
İlk baxışdan şort isti havada uçuş üçün rahat seçim kimi görünür. Lakin stüardessaların sözlərinə görə, açıq qalan dəri uçuşlar arasında düşündüyümüz qədər yaxşı təmizlənməyən səthlərlə təmasda ola bilər. xarici mediaya istinadən xəbər verir ki,istifadəçilər orta oturacaqda şortla əyləşdiyini, hər ik
21 sentyabrDizlərdə xırtıltı nə vaxt təhlükə siqnalıdır? - Mütəxəssisdən AÇIQLAMA
"Gəzinti və ya əyilmə zamanı dizlərdə yaranan səs və xırtıltılar əksər hallarda sağlamlıq üçün heç bir təhlükə yaratmır". "The Mirror" nəşrinə istinadən xəbər verir ki, bunu osteopat (xəstəliklərin diaqnostikası və müalicəsini dərmansız, yalnız əllərin toxunması və xüsusi hərəkətlərl
17 sentyabr