Zəngəzur dəhlizinə Azərbaycan və Ermənistan hərbçiləri birgə nəzarət EDƏ BİLƏR - ŞƏRH

Zəngəzur dəhlizinə Azərbaycan və Ermənistan hərbçiləri birgə nəzarət EDƏ BİLƏR - ŞƏRHÖtən gün Ermənistan parlamentinin sədri Alen Simonyan Zəngəzur dəhlizi ilə bağlı sensasiya sayıla biləcək bəyanatla çıxış edib. Bununla bağlı mətbuatda xəbərlər yayılıb. Belə ki, Simonyan İrəvanın bütün yolları və kommunikasiyaları açmağa hazır olduğunu bildirib. Onun sözlərinə görə, əgər nə vaxtsa imkan yaranarsa və ya iki ölkə arasında kommunikasiyaya nəzarətin başqa təşkilata verilməsi variantına qayıtmaq təklifi olarsa, o zaman bu məsələ müzakirə oluna bilər. Lakin parlament sədri nəzarətin hər hansı bir regional ölkə olacağını düşünmür.

Şübhəsiz ki, burada Zəngəzur dəhlizi nəzərdə tutulur. Alen Simonyanın və bundan əvvəl hakimiyyətin çıxışlarından aydın məsələdir ki, Ermənistan Rusiyanın Zəngəzur dəhlizinə nəzarətinə qarşıdır. Belə olan təqdirdə Zəngəzur dəhlizinə Azərbaycan və Ermənistan hərbçiləri birgə nəzarət edə bilər?

Mövzu ilə bağlı Sonxeber.az-a danışan siyasi şərhçi Faiq Ələkbərli deyib ki, Ermənistan hökuməti üzünü Qərbə tutduğu üçün onlar bu məsələlərdə Rusiyanı kənarda tutmağa niyyətlidir. Yəni məsələnin əsas mahiyyəti istər Zəngəzur dəhlizi, istərsə də digər məsələlərdə Rusiyanı zərərsizləşdirməkdir:

"Yəni onun təsir gücünü azaltmaqdır. İndiki Ermənistan hakimiyyətinin nəzərində tutduğu müəyyən dərəcədə Qərb dünyasının maraqlarını cavab verərək, Rusiyanı kənarda saxlamaqdır. Ona görə də Ermənistan parlamentinin sədri Alen Simonyanın açıqlamaları təsadüfi deyil. Gördüyümüz kimi, Ermənistan hökuməti bütün səylərini məhz Rusiyanın ölkəsində təsir gücünü azaltmaq üçün ortaya qoyub. Çalışır ki, bütün proseslər Azərbaycan və Ermənistan arasında gerçəkləşsin. Burada Rusiyanın diqtə etməsinə qarşıdır. Ermənistan bunu tək başına etmir. Təbii olaraq ABŞ, Avropa dövlətləri və Fransa kimi başqa ölkələrin bu prosesdə rolu vardır".

Siyasi şərhçinin sözlərinə görə, bu mənada əgər Ermənistan hökuməti müəyyən dərəcədə hakimiyyətini davam etdirərsə, növbəti mərhələdə Rusiyanın iştirakı olmadan Azərbaycan və Ermənistan əsgərlərinin iştirakı ilə dəhlizin açılması gerçəkləşə bilər:

" Bu əslində Azərbaycanın özünə də sərf edir. Rusiyanın mümkün olduğu qədər bölgədən çıxarılması müəyyən mənada Azərbaycanın maraqlarına cavab verir. Mümkün məsələlər iki dövlət arasında gerçəkləşdirilməlidir. Bu baş tutursa, Rusiyanın Cənubi Qafqazdan təsir dairəsinin çıxması böyük bir addım olar. Rusiya fəaliyyətini hər halda bu və digər yollar ilə davam etdirir. İstər Azərbaycan və Ermənistan arasında gedən sərhədlərin delimitasiya və demarkasiyası prosesində, kommunikasiya-nəqliyyat məsələləri, Zəngəzur dəhlizinin açılması iki ölkə arasında baş verirsə, burada tək Ermənistan üçün yox, Azərbaycan üçün də faydalı olacaq. Proseslər hazırda davam edir. Rusiyada əlbəttə ki, buna sakit qalmayacaq. Rusiya müəyyən variantlara əl atır ki, öz gücünü regionda saxlasın".

Sevda Səfərova


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1694   Tarix: 11 iyun 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

TDT məkanında Azərbaycanın tranzit və enerji imkanları genişlənir

Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin yerləşdiyi geniş coğrafi məkan enerji və nəqliyyat dəhlizləri baxımından strateji əhəmiyyət daşıyır. Bu coğrafiyadan keçən mühüm enerji və nəqliyyat marşrutları yalnız üzv dövlətlər arasında əlaqələrin inkişafına deyil, daha geniş regionda iqtisadi əməkdaşlığı

18 sentyabr
.

Antiterror tədbirlərində DİN-in döyüş yolu - Video

44 günlük Vətən müharibəsi və 2023-cü ilin sentyabrında keçirilən lokal xarakterli antiterror tədbirləri Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpası ilə nəticələnən tarixi prosesin mühüm mərhələsi oldu. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyinin (DİN

19 sentyabr
.

Bu gün regional təhlükəsizliklə bağlı məsələlər çox mühüm əhəmiyyət daşıyır

Sentyabr ayında Bakıda Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində növbəti tədbirlər keçirilib. Əvvəlcə paytaxtımız Türk Dövlətləri Təşkilatına üzv ölkələrin müsəlman dini idarə rəhbərlərinin VII görüşünə ev sahibliyi edib, Ağdam Cümə məscidində isə böyük şair, mütəfəkkir Seyid Yəhya Bakuviyə həsr olunmu

18 sentyabr
.

Azərbaycanda Dövlət Suverenliyi Günü qeyd olunur

Sentyabrın 20-si Azərbaycanda Dövlət Suverenliyi Günü kimi qeyd olunur. xatırladır ki, bununla bağlı Prezident İlham Əliyev 2024-cü il sentyabrın 19-da Sərəncam imzalayıb. Ermənistanın ardıcıl təxribatlarına cavab olaraq 2020-ci il sentyabrın 27-də başlamış 44 günlük Vətən müharibəsi nəticəsində Azərbayca

20 sentyabr
.

Prezident İlham Əliyev: "Regional təhlükəsizliklə bağlı məsələlər çox mühüm əhəmiyyət daşıyır"

"Ətrafımızda müharibələr gedir və bu müharibələrin nə sonu, nə də qurtaracağı görünür. Müharibələrin coğrafiyası genişlənir". AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən səsləndirib. "Döyüşə

17 sentyabr
.

Prezident İlham Əliyev: "TDT çox böyük beynəlxalq nüfuza malik təşkilatdır"

"Türk Dövlətləri Təşkilatı çox böyük beynəlxalq nüfuza malik olan təşkilatdır". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən söyləyib. Dövlətimizin başçısı deyib ki, çünki müxtəlif formatlarda müzakir

17 sentyabr
.

Türk dünyasının yeni strateji erası

Son illər beynəlxalq münasibətlər sistemində sürətlə cərəyan edən geosiyasi dəyişikliklər, qlobal münaqişələrin coğrafiyasının genişlənməsi və beynəlxalq hüquq mexanizmlərinin təsirsizliyi fonunda region dövlətlərinin təhlükəsizliyinin və sabitliyinin təmin edilməsi prioritet məsələyə çevrilmişdir. Bel

18 sentyabr
.

Prezidentdən Famil Mustafayevlə bağlı sərəncam

Famil Front oğlu Mustafayev 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib. -a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. O, Azərbaycan Respublikasında elmi fəaliyyətin qiymətləndirilməsi sahəsində səmərəli fəaliyyətinə görə bu təltifə layi

17 sentyabr
.

Prezident İlham Əliyev Şamaxıda "Meysari Grand Hotel & SPA" kompleksinin açılışında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda "Meysari Grand Hotel & SPA" kompleksinin açılışında iştirak ediblər. AZƏRTAC-a istinadən xəbər verir ki, "Pasha Hospitality" şirkətinin baş icraçı direktoru Mehmet Balçi

17 sentyabr