Paşinyan Köçəryanla Sarkisyanı təhvil verəcək: Pərdəarxası hansı oyunlar GEDİR? - ŞƏRH
Xəbər vrdiyimiz kimi, Ermənistanda seçkilər elan ediləndə Paşinyan Robert Köçəryanı və Serj Sarkisyanı həbs edərək, Azərbaycana təhvil verəcək. Bu barədə erməni diplomat, keçmiş səfir Edqar Qazaryan deyib. Qazaryan bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev Ermənistanın Xocalıya görə üzr istəməsini gündəmə gətirib. Erməni diplomat hesab edir ki, müxalifət növbədənkənar və ya xüsusi seçkilər elan edəndə həbslər başlayacaq. Həbs olunanlar arasında Köçəryan və Sarkisyan da olacaq. Belə olan halda ilkin sülh müqaviləsinin şərti olaraq Sarkiyan və Köçəryan, o cümlədən digər Xocalı qatillərinin təhvil verilməsi mümkündür:
Mövzu ilə bağlı Sonxeber.az-a danışan politoloq Turab Rzayev deyib ki, bu fikirlər daha çox Ermənistanda müxalifətin Paşinyana qarşı apardığı qaralama kampaniyasıdır:
"Onlar çalışırlar ki, Paşinyan hakimiyyətini devirsinlər və bunun üçün hər yoldan istifadə edirlər. Hazırda bütün müxalifət və müxtəlif media, Rusiyanın və Qarabağdan olan "klan"ın cinayət qrupu, kilsə tərəfdarları birləşərək Paşinyan hakimiyyətini devirməyə çalışırlar. Faktiki olaraq Köçəryan, Sarkisyan, Ohanyan və Balasanyan müharibə cinayətkarıdır. Onlar Azərbaycan ərazisində qırğınlar törədərək, kəndlərimizi işğal edərək özlərini general elan edib. Daha sonra isə Ermənistanda vəzifəyə yüksəliblər. Onlar ölkəni korrupsiya və rüşvətlə ölkəni dağıdırlar. Ölkənin demək olar ki, əksəriyyəti xaricə qaçıb və resursları tükənib. Artıq ölkə bataqlıqdadır".
Politoloqu sözlərinə görə, təsadüfi deyil ki, 44 günlük müharibədən sonra Ermənistanın biabırçı şəkildə məğlub olmasına baxmayaraq, Paşinyan seçkilərdə qələbə çaldı:
"Ermənistan cəmiyyəti keçmiş cinayətkarları və Qarabağ "klan"larına hakimiyyəti təhvil etmək istəmir. Ona görə də onlar xalq arasında "milli" hissləri qabartmağa çalışırlar. Müxtəlif böhtanlar ilə Paşinyan hakimiyyətini zəiflətməyə çalışırlar. Revanşistlər hakimiyyətə gəlsə guya Qarabağı Azərbaycandan ala biləcəyinə inandırmağa çalışırlar. Ona görə Serj Sarkisyan və Köçəryanın həbs məsələsi qaldırılıb. Paşinyan seçkilərdə yenə qalib gələrsə, Sarkisyan və Köçəryanı həbs edib Azərbaycana verəcəklər kimi versiyalar səsləndirilir. Mən erməni xalqının hakimiyyəti onlara verəcəyini düşünmürəm".
Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 1219 Tarix: 11 iyun 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
TDT məkanında Azərbaycanın tranzit və enerji imkanları genişlənir
Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin yerləşdiyi geniş coğrafi məkan enerji və nəqliyyat dəhlizləri baxımından strateji əhəmiyyət daşıyır. Bu coğrafiyadan keçən mühüm enerji və nəqliyyat marşrutları yalnız üzv dövlətlər arasında əlaqələrin inkişafına deyil, daha geniş regionda iqtisadi əməkdaşlığı
18 sentyabrAntiterror tədbirlərində DİN-in döyüş yolu - Video
44 günlük Vətən müharibəsi və 2023-cü ilin sentyabrında keçirilən lokal xarakterli antiterror tədbirləri Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpası ilə nəticələnən tarixi prosesin mühüm mərhələsi oldu. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyinin (DİN
19 sentyabrBu gün regional təhlükəsizliklə bağlı məsələlər çox mühüm əhəmiyyət daşıyır
Sentyabr ayında Bakıda Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində növbəti tədbirlər keçirilib. Əvvəlcə paytaxtımız Türk Dövlətləri Təşkilatına üzv ölkələrin müsəlman dini idarə rəhbərlərinin VII görüşünə ev sahibliyi edib, Ağdam Cümə məscidində isə böyük şair, mütəfəkkir Seyid Yəhya Bakuviyə həsr olunmu
18 sentyabrAzərbaycanda Dövlət Suverenliyi Günü qeyd olunur
Sentyabrın 20-si Azərbaycanda Dövlət Suverenliyi Günü kimi qeyd olunur. xatırladır ki, bununla bağlı Prezident İlham Əliyev 2024-cü il sentyabrın 19-da Sərəncam imzalayıb. Ermənistanın ardıcıl təxribatlarına cavab olaraq 2020-ci il sentyabrın 27-də başlamış 44 günlük Vətən müharibəsi nəticəsində Azərbayca
20 sentyabrPrezident İlham Əliyev: "TDT çox böyük beynəlxalq nüfuza malik təşkilatdır"
"Türk Dövlətləri Təşkilatı çox böyük beynəlxalq nüfuza malik olan təşkilatdır". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən söyləyib. Dövlətimizin başçısı deyib ki, çünki müxtəlif formatlarda müzakir
17 sentyabrTürk dünyasının yeni strateji erası
Son illər beynəlxalq münasibətlər sistemində sürətlə cərəyan edən geosiyasi dəyişikliklər, qlobal münaqişələrin coğrafiyasının genişlənməsi və beynəlxalq hüquq mexanizmlərinin təsirsizliyi fonunda region dövlətlərinin təhlükəsizliyinin və sabitliyinin təmin edilməsi prioritet məsələyə çevrilmişdir. Bel
18 sentyabrPrezidentdən Famil Mustafayevlə bağlı sərəncam
Famil Front oğlu Mustafayev 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib. -a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. O, Azərbaycan Respublikasında elmi fəaliyyətin qiymətləndirilməsi sahəsində səmərəli fəaliyyətinə görə bu təltifə layi
17 sentyabr