Vüqar Biləcərili kimdir? – Nakam sevgiyə görə şair olan bədbəxt aşiq

Vüqar Biləcərili kimdir? – Nakam sevgiyə görə şair olan bədbəxt aşiqÖmrünün sonuna yaxın adını dəyişib, "özünü bədbəxt edən şair" qoymuşdu. Tanrının ona nəsib etdiyi istedad və sərvəti düzgün istifadə edə bilməyib, öz ömrünə balta çalan adam haqqında danışacağıq bu gün.

Sonxeber.az Lent.az-a istinadən "Bioqrafiya" rubrikasında gənc yaşında vəfat etmiş, nakam meyxanaçı Vüqar Biləcərilidən bəhs edir.

- Vüqar Biləcərili harada və nə vaxt anadan olub?

Paşayev Vüqar Zakir oğlu 1988-ci il avqustun 24-də Biləcəri qəsəbəsində doğulub. Əslində o, 1988-ci ildə deyil, 1987-ci ildə doğulub. Ancaq uşaqlıq və yeniyetməlik illərində məşğul olduğu güləş naminə Vüqar təvəllüdünü 1 yaş kiçildib. Təxəllüsünün Biləcəri olmasına baxmayaraq, əslən Bakının Hökməli kəndindəndir.

- Vüqar Biləcərili hansı təhsili alıb?

1993-cü ildə Biləcəri qəsəbəsində, indiki 199 nömrəli məktəbin birinci sinfinə gedib. Mədrəsədə dini təhsil də alıb. Sonralar Mədəniyyət və İncəsənət Universitetini bitirib.

- Onu meyxanaya gətirən səbəb nə olub?

Deyilənə görə, Vüqarı ibadətə və şairliyə gətirən nakam sevgisi olub. Üstəlik o, Füzuli yaradıcılığına aşiq imiş. Hamı məscidə Quranla getdiyi halda, Vüqar Füzulinin qəzəllər toplusu ilə gedirmiş. Vüqar bir müddət güləşlə məşğul olub, yaxşı güləşçi olub. Amma ədəbiyyat Vüqar Biləcərini idmandan ayırıb.

- Vüqar Biləcərili ailə qurmuşdu?

Yox. O ömrünün sonuna qədər evlənməyib. Vüqar məktəbdə bir qıza aşiq olub. Füzulinin məcnun aşiqliq istedadı ilə sevən Vüqarda həmin xanım ciddi iz qoyub. Qovuşa bilmədiyi həmin qız onun həyatda ilk böyük travması olur. Anası insult keçirdikdən sonra o evlənmək istəməyib, ona özü qulluq edib. Ömrünün son illərində Samirə adlı bir xanımla sevgili olub.

- Vüqar Biləcərili necə məşhurlaşıb?

İlk dəfə 16 yaşında "De gəlsin" yarışmasına qatılaraq adından söz etdirib. Meyxanaçılar onun haqqında çox yüksək fikirdə olsalar da, məşhur olmadığından toylara dəvət almır və məsələnin madiyyat tərəfi onu sıxırdı. Vüqar 2010-cu ildə dostu, digər məşhur meyxanaçı Rəşad Dağlının toyunda son dəfə meyxana deyib bu sahədən uzaqlaşmağı planlayır. Həmin gecə - 22 yaşında isə onun taleyi dəyişir. Vüqar o gecə məclisdə elə meyxana deyir ki, dinləyicilər ondan əl çəkmir, bir anda məşhurluğu hər yana yayılır. Həmin toyda Elşən Xəzərlə deyişməsi Vüqar Biləcərini "toylar kralına" çevirir.

- Vüqar Biləcərilinin ölümünə nə səbəb olub?

Vüqar ömrünün sonuna qədər spirtli içki qəbul etməyib. 20 yaşına qədər isə ümumiyyətlə siqaret belə çəkməyib. Həmin yaşa qədər o hətta meydanlarda, toylarda meyxanaçı yoldaşları çox siqaret çəkib tüstü yaradanda onlara belə etiraz edirmiş. Təəssüf ki, o, bu saflığını davamlı olaraq qoruya bilmir. Ən qorxunc bəlanın, narkotiklərin qurbanına çevrilir. Dumanlı meyxana məclisləri gecələrin birində 22 yaşlı gənci öz cənginə salır. Narkotik Vüqarın əvvəl əhvalını, sonra malını, daha sonra canını alır.

- Vüqar Biləcərilini narkotiklərə kim alışdırıb?

Vüqarı bəlaya düçar edən elə sənət dostlarından biri olub. Vüqar son vaxtlarda da həmin şəxsə zəng vuraraq onu bu hərəkətinə görə acılayırmış.

Meyxanaçı Orxan Lökbatanlını Vüqarı pis vərdişlərə qurşandırmasında günahlandırırlar. Müsahibələrinin birində Orxan Lökbatanlı bu barədə deyib:

"Biz Vüqarla ailəvi yaxın olmuşuq. Boş söhbətlərdir. Digər tərəfdən, Vüqarın ölümünə səbəb kimi hamı narkotiki göstərir. Amma belə deyil. Vüqar anasına çox bağlı insan idi. O, anası ilə nəfəs alırdı. Beş-altı il əvvəl Vüqarın anası Mətanət xanım 50 illiyində "paralij" oldu. Ondan sonra Vüqarın yaşamağa həvəsi qalmadı. Meyxanaya olan həvəsi də itmişdi. Onun özünəməxsus daxili dünyası alt-üst oldu.

- Sənətçi dostları Vüqar Biləcərilini niyə söyürmüş?

O, gecənin bir aləmində "palatka toyu"nda elə misra deyirmiş ki, əsl sənətə qiymət verən gənclər əsəbindən onu söyürmüşlər. Belə bir misranı mağar toyunda xərcləmək israfçılıqdır deyib, qafiyə də tapmayanda lap əsəbiləşirmişlər.

- Vüqar Biləcərilinin anası ilə münasibətləri necə olub?

Vüqarın düşkünləşməsinə səbəb həm də anasının 50 illik yubileyində insult keçirməsi olur. Bu hadisə Vüqarın həyatında ən ciddi sarsıntı olub. Anasına xüsusilə bağlı olan qəzəlxan hətta ölümünə yaxın günlərdə hər gün anasının ayaqlarının yanında durub, onun ayaqlarından öpürmüş.

- Vüqar Biləcərili narkotik maddə asılılığına qarşı müalicə alıb?

Vüqar dünyasını dəyişmədən bir ay əvvəl xəstəxanaya yerləşdirilib. 20 gündən artıq xəstəxanada müalicə alıb. Təəssüf ki, artıq bədəni olduqca zəiflədiyindən müalicənin də ona xüsusi təsiri olmayıb. Ayağında əmələ gələn yara da ona əlavə ağrı verirmiş. Ölümündən bir iki gün əvvəl Biləcəri ruhanilərindən olan Hacı xan Mirzəyə zəng edib bir növ halallıq istəyib. Zəng edəndə ilk sözü bu olub:

"Salam. Mənəm, özünü bədbəxt eləyən şair". Ardınca qeyd edib ki, "ruhanilərin qarşısında xəcalətliyəm. Utanıram. Qiyamət günü məni də unutmayın".

Artıq son günlər öləcəyini bilirmiş. Bütün əzizlərinə zəng edib Həzrəti Əlidən şeir deyib hönkürtü il ağlayırmış. Ayağını da son günlərə qədər hamıdan gizləyirmiş. 2020-ci il avqust ayının 28-i gecə saatlarında vəziyyəti ağırlaşır. Onu təcili xəstəxanaya aparırlar. Səhəri gün şairin ürəyi dayanır və o 32 yaşında həyatla vidalaşır.

- Vüqar sevgilisi Samirə ilə niyə ailə qurmayıb?

Vüqarın həyatında özündən yaşca böyük Samirə adlı qadın da olub. Samirə Vüqarın ölümündən sonra verdiyi müsahibələrinin birində deyir:

"Əvvəl gündən ona deyirdim ki, bizimki alınmaz, olmaz. Sən subay oğlansan, mən iki uşaqla ayrılmış qadın və aramızda yaş fərqi var. Günün birində ailə qurmalı olacaqsan, mən o qadın deyiləm ki, ikinci olum. İndi fikirləşirəm ki, kaş deməzdim. O, buna görə ailə qurmadı. Bilirdi ki, ailə qursa, ayrılacam. Ayrılanda həmişə saatları sayardıq. Məsələn, deyirdi ki, 32 ya 26 saatdır danışmırıq. Mən onun maşınının şüşələrini belə qırmışam, o mənim maşınımın nömrələrini açıb aparıb, yəni bura qədər dalaşmışıq. Ciddi ayrıldığımız məqamlar olub. İçimdən, qəlbdən deməsəm də, məcbur olub ona "get evlən", deyirdim. Biz küsəndə anası barışdırırdı. Zəng edib deyərdi ki, ay Samirə, oğlum yenə yemək yemir, danış yesin. Son anında yanında olmadım. O, vəfat edəndə biz küsülü idik. Mənə deyirdi ki, Samirə, heç kimin sözünə inanma, bizi ayırmaq istəyirlər, mən öləcəm, sən yanacaqsan. Son görüşdə mənə bunu dedi və dediyi kimi də oldu".


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 2107   Tarix: 15 iyun 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

İnşaat işçilərinin iplə yuxarı qaldırılması görüntüləri gündəm oldu - VİDEO

Misirdə çəkildiyi bildirilən görüntülər inşaat sahələrində əməyin mühafizəsi məsələsini yenidən gündəmə gətirib. xarici mediaya istinadla xəbər verir ki, kadrlarda çoxmərtəbəli binanın xarici hissəsində çalışan işçilərin təhlükəsizlik avadanlığı əvəzinə, yük qaldırmaq üçün istifadə edilən kəndir sistem

18 sentyabr
.

Özcan Dənizdən "Kalp yarası" ilə bağlı maraqlı AÇIQLAMA: "Sezen Aksu məni inandırdı"

Türkiyəli müğənni və aktyor Özcan Deniz ötən axşam Girnədə yerləşən otellərdən birində səhnəyə çıxıb. yerli mediaya istinadla xəbər verir ki, sənətçi konsert zamanı 35 illik karyerasından danışıb. Özcan Deniz bu illər ərzində çoxsaylı film, serial və mahnılara imza atdığını deyib:. "35 il dolu keçdi

21 sentyabr
.

Britni Spirsin əfsanəvi hiti "Toxic" onun üçün yazılmayıb: təəccüblü fakt

Britni Spirsin ən məşhur mahnılarından biri olan "Toxic" əslində onun üçün yazılmayıb. xarici mediaya istinadla xəbər verir ki, mahnının müəllifləri əvvəlcə kompozisiyanı Canet Cekson üçün hazırlayıblar. Mahnının həmmüəllifi Keti Dennis də bildirib ki, "Toxic" üzərində işləyərkə

22 sentyabr
.

Toyda bəy özündən çıxdı: Tortu YERƏ ÇIRPDI - VİDEO

Toy mərasimində baş verən gözlənilməz hadisə sosial şəbəkələrdə böyük müzakirəyə səbəb olub. xəbər verir ki, görüntülərdə tort kəsimi zamanı bəy və gəlin arasında gərgin anların yaşandığı görünür. İddiaya görə, gəlinin hərəkətindən əsəbiləşən gənc oğlan özündən çıxaraq toy tortunu yerə çırpıb. Hadis

19 sentyabr
.

Süni intellekt dövründə hansı peşələr dəyişəcək? - Video

"Süni intellekt birbaşa peşələri sıradan çıxarmır, ilk növbədə, həmin sahələrdəki təkrarlanan tapşırıqları avtomatlaşdırır". Bu fikirləri İKT mütəxəssisi Asim Namazov bildirib. Ekspertin sözlərinə görə, məlumatların daxil edilməsi, standart sənədlərin hazırlanması, sadə mətnlərin tərtibi, məlumatları

20 sentyabr
.

Öldüyü bilinən qadın qəfil dirildi

Çinin şimalındakı Hebey əyalətində qeyri-adi hadisə baş verib. Ailəsi tərəfindən öldüyü düşünülən 70 yaşlı qadın qəfil dirilib. xarici mediaya istinadla xəbər verir ki, qadın uzun illər beyin trombozu və xərçəng xəstəliyindən əziyyət çəkib. Həkimlər şişin müalicəsinin mümkün olmadığını bildirdikdən sonr

22 sentyabr
.

Alimlər yeni pişik növü aşkarladı - Adı belə qoyuldu

Boliviyada elmə əvvəllər məlum olmayan yeni vəhşi pişik növü aşkar edilib. Yeni növə Leopardus tilcayo adı verilib və o, Tilcayo pələng pişiyi kimi tanınacaq. "National Geographic" jurnalına istinadən xəbər verir ki, alimlər bu pişik növünü ilk dəfə 2016-cı ildə müşahidə ediblər. Lakin onu

19 sentyabr
.

Stüardessalardan XƏBƏRDARLIQ: hətta isti havada da təyyarədə bunu geyinməyin

İlk baxışdan şort isti havada uçuş üçün rahat seçim kimi görünür. Lakin stüardessaların sözlərinə görə, açıq qalan dəri uçuşlar arasında düşündüyümüz qədər yaxşı təmizlənməyən səthlərlə təmasda ola bilər. xarici mediaya istinadən xəbər verir ki,istifadəçilər orta oturacaqda şortla əyləşdiyini, hər ik

21 sentyabr
.

Dizlərdə xırtıltı nə vaxt təhlükə siqnalıdır? - Mütəxəssisdən AÇIQLAMA

"Gəzinti və ya əyilmə zamanı dizlərdə yaranan səs və xırtıltılar əksər hallarda sağlamlıq üçün heç bir təhlükə yaratmır". "The Mirror" nəşrinə istinadən xəbər verir ki, bunu osteopat (xəstəliklərin diaqnostikası və müalicəsini dərmansız, yalnız əllərin toxunması və xüsusi hərəkətlərl

17 sentyabr