Hovuz seçərkən nələrə diqqət etməli? - ARAŞDIRMA

Hovuz seçərkən nələrə diqqət etməli? - ARAŞDIRMASon illər Azərbaycanda populyarlaşan idman növlərindən biri də üzgüçülükdür. Artıq sadə insanlar arasında da üzgüçülüyə maraq xeyli artıb. Həkimlər də üzgüçülüklə məşğul olmanın sağlamlıq üçün çox faydalı olduğunu deyirlər.

Maraqlıdır, görəsən, hazırda bu sahədə qiymətlər necədir, hansı problemlər var?

"Kaspi" qəzetinin mövzu ilə bağlı məqaləsini təqdim edirik:

Qiymətlər yaşdan və məşqçinin iştirakından asılı olaraq dəyişir

Qeyd edək ki, bu gün paytaxtla yanaşı, respublikanın əksər bölgələrində üzgüçülük hovuzları mövcuddur. Rəsmi məlumata görə, hazırda ölkə ərazisində 60-dan çox üzgüçülük hovuzu fəaliyyət göstərir. Bunlardan beşi olimpiya standartlarına tam cavab verir. Üzgüçülük hovuzlarında qiymətlər müştərilərin yaşından və məşqçinin iştirakından asılı olaraq dəyişir. Apardığımız araşdırmaya əsasən deyə bilərik ki, qiymətlər əhalinin bütün təbəqəsi üçün əlçatan deyil. Belə ki, bir girişin qiyməti məkandan asılı olaraq 10-25 manat arasındadır. Müştəriyə istəyinə uyğun üç formada - limitsiz, səkkiz və ya 12 giriş olmaqla aylıq hovuz paketi təklif edilir. Paytaxtın mərkəzi ərazilərinə yaxın yerləşən məkanlarda böyüklər üçün limitsiz aylıq paketlərin qiyməti 150-250 manat civarındadır. Mərkəzi hissədən kənar ərazilərdə qiymətlər 105 manatdan başlayır. Dərslərin müddəti isə məşqçi ilə 45 dəqiqə, sərbəst şəkildə bir saat nəzərdə tutulub. 6-12 yaş arası uşaqlar üçün məşqçi ilə aylıq qiymətlər 85 manatdan başlayır.

Düzgün qamət, möhkəm əzələ

Həkim-fizioterapevt Könül Həsənovanın sözlərinə görə, üzgüçülük insan üçün fiziki yükləmənin ən yaxşı növüdür. Həkim bildirib ki, əks göstəriciləri olmadığına görə üzgüçülüklə hər kəs məşğul ola bilər:

"Üzərkən yürüş və qaçış zamanı olduğu kimi dayaq-hərəkət sisteminə yük düşür, lakin suda qravitasiya az təsir etdiyinə görə onun optimal paylaşması baş verir. Suda onurğa sütununa vertikal yükləmə düşmür. Suda hərəkət edərək müqaviməti qət etmək lazım olur. Bu prosesdə gündəlik həyatda işləməyən əzələlər fəaliyyət göstərir. Üzmə zamanı əlavə olaraq avtoxron əzələlər işləməyə başlayır. Məhz bu əzələlər bel sütununu şaquli vəziyyətdə saxlayır. Beldə və qamətdə problem olduğuna görə bu əzələlər çox vaxt pis inkişaf edir".

K.Həsənova deyib ki, hovuzda məşqlər zamanı hərəkət tənzimlənməsi yaxşılaşır, skelet möhkəmlənir, qamət düzəlir. Qan dövranı, ağciyərlərin fəaliyyəti yaxşılaşır, əzələ tonusu möhkəmlənir.

Həkim onu da vurğulayıb ki, su hovuzunda məşqə başlayan uşaqlar fiziki cəhətdən tez inkişaf edir, onların immun sistemi möhkəm olur. Eyni zamanda, onların maddələr mübadiləsi yaxşı işləyir, dayaq-hərəkət aparatı ilə problemləri olmur:

"Müalicəvi üzgüçülük bütün uşaqlar üçün xeyirlidir. Həkimin icazəsi ilə sağlamlığında problem olan uşaqlar üzgüçülüklə məşğul ola bilərlər. Bu idman növü nevroloji problemlərin aradan qaldırılmasına, dayaq-hərəkət sistemində nasazlıq olan uşaqların sağalmasına kömək edir".

Su idman növlərinə maraq hələ də qaneedici deyil

Azərbaycan Üzgüçülük Federasiyasının vitse-prezidenti Tamerlan Abdullazadə isə qeyd edib ki, bir zamanlar bu sahədə ən böyük problem hovuzların sayının azlığı idi:

"Amma bu gün demək olar ki, bütün bölgələrdə, böyük şəhərlərdə üzgüçülük hovuzları və seksiyaları fəaliyyət göstərir. Hazırda 49 Olimpiya İdman kompleksi fəaliyyətdədir. Onların əksəriyyətində üzgüçülüklə peşəkar məşğul olmaq üçün imkanlar yaradılır. Bakı Su İdman Sarayı və Gəncə İdman Sarayı bunun bariz nümunələrindəndir. Apreldə dövlət başçısının açılışını etdiyi Gəncə İdman Sarayında "World Aquatics"in bütün beynəlxalq tələblərinə cavab verən su hovuzu istifadəyə verildi. Federasiya tərəfindən sözügedən üzgüçülük seksiyalarında dərslər keçən məşqçilər üçün mütəmadi seminarlar təşkil olunub və bundan sonra da təşkil olunması nəzərdə tutulub ki, bu da onların kvalifikasiyalarının yüksəlməsinə xidmət edir".

Federasiya rəsmisinin sözlərinə görə, bu gün ən vacib məsələ əhalinin üzgüçülüyə olan marağının kütləvi şəkildə təmin olunmasıdır:

"Təbii ki, ötən beş il ilə müqayisə etsək hazırda bu istiqamətdə vəziyyət xeyli dəyişib. Artıq regionlarda vətəndaşlarımız su hovuzlarına gəlir və üzgüçülüyün sirlərinə yiyələnmək üçün peşəkar məşqçilərdən dərslər alır, sağlamlıqlarını bu idman növü ilə gücləndirirlər. Lakin hazırda ölkəmizdə üzgüçülük üçün yaradılan münbit şəraitin müqabilində su idman növlərinə maraq bizi qane edəcək qədər deyil. Məhz bu vəziyyəti yaxşıya doğru dəyişmək üçün federasiya olaraq Gənclər və İdman Nazirliyi ilə birgə bir sıra kütləvi xarakter daşıyan layihələr icra edirik.

Nə ac, nə də tox vəziyyətdə...

Mütəxəssis bildirib ki, qərb ölkələrinin bir çoxunun təhsil sistemində üzgüçülük məcburi xarakter daşıyır və ayrıca fənn kimi tədris olunur:

"İdmanın bu növü ilə məşğul olmaq sağlamlıqla yanaşı, azyaşlılarda möhkəm iradənin formalaşmasına, o cümlədən məsuliyyət hissinin inkişafına da kömək edir. Bundan əlavə, üzgüçülük əzələ sistemini inkişaf etdirir, piylənmənin, şəkər xəstəliyinin və skoliozun qarşısını alır. Erkən yaşlarda həmin idman növü ilə məşğul olmaq gələcəkdə yarana biləcək su fobiyasını aradan qaldırır. Alimlərin fikrincə, uşaq yeriməzdən əvvəl mütləq üzməlidir. Mütəxəssislər artıq iki aylığından etibarən körpəni suya alışdırmağı məsləhət görürlər. Nə ac, nə də tox vəziyyətdə suya girmək tövsiyə olunmur. Yeməkdən 2-3 saat sonra üzmək daha məsləhətdir. Hovuzda suyun temperaturu 27 dərəcə civarında olmalıdır. Həftədə 2-3 dəfə olmaqla 5-6 yaşlarındakı uşaqlara yarım saat, altı yaşdan yuxarı olanlara isə 45 dəqiqə və ya bir saat məşq etmək tövsiyə edilir".

T.Abdullazadənin sözlərinə görə, üzgüçülük məşqlərinə yazılmaq istəyənlər seçdikləri məkanla bağlı bir sıra məqamlara diqqət yetirməlidirlər. Ən əsas amil hovuzun, daxilindəki suyun və onun ətraf mühitinin sanitar-gigiyenik tələblərə cavab verməsidir. Əlavə olaraq məkanda və soyunub-geyinmə otaqlarında havanın temperaturu lazımi dərəcədə olmalıdır.


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 1030   Tarix: 07 iyul 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Ətin qiyməti ilə bağlı təklif - UCUZLAŞACAQ?

Bəzi vəzifə sahiblərinin yeni iş yeri yaratmaq əvəzinə, iş yerlərini məhdudlaşdırmaq, yaşına, təcrübəsinə, ailə vəziyyətinə baxmayaraq, əsassız ixtisarlar edərək insanları işsiz qoymaq təşəbbüsləri narahatlıq doğurur. Bunu Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev parlamentin bugünk

22 mart
.

Pişik gecə sahiblərini bəladan qorumaq üçün nə edir?

Pişiklərin gecə aktivliyi bu heyvanların təbii xüsusiyyətidir. İnsanlar yatarkən onlar ətrafı araşdırır, səslərə qulaq asır və vaxtaşırı evdə hər şeyin qaydasında olub-olmadığını yoxlayırlar. xarici mediaya istinadən xəbər verir ki, pişiklər əsrlər boyu ən sirli ev heyvanlarından biri hesab olunur. Bi

18 mart
.

78 yaşlı kuryer bir çatdırılmadan 700 min dollardan çox qazandı: bu necə baş verdi

Bu inanılmaz məbləğ, maddi çətinliklərlə üzləşən cütlüyə nəhayət, istədikləri kimi istirahət etməyə imkan verəcək. Tennessi ştatında sadə bir Starbucks çatdırılması, ölkə daxilindəki tanımadığı insanları cütlüyün təqaüdə çıxmasına kömək etmək üçün yarım milyon dollardan çox ianə etməyə ruhlandırdıqda

16 mart
.

Ev bitkiləri isti hissini azaldır və havanı təmizləyir

İnsanlar həyatlarının təxminən 90%-ni evdə, ofislərdə, məktəblərdə və ticarət mərkəzlərində keçirirlər. Bununla yanaşı, ev bitkilərinin mikroiqlimə təsiri hələ də şəhər parkları və küçə ağaclarının təsirindən xeyli az öyrənilib. Qaynarinfo xəbər verir ki, Surrey Universitetinin geniş tədqiqatı Böyü

16 mart
.

Yaponlar niyə gecələr mətbəx çanağına duz tökürlər?

Yaponiyada təmizlik mədəniyyəti gündəlik həyatın ayrılmaz hissəsi hesab olunur. Son dövrlərdə diqqət çəkən vərdişlərdən biri gecə saatlarında çanağa duz tökülməsidir. Bəs bu tətbiqin arxasında hansı səbəblər dayanır?. xəbər verir ki, Yaponiyada ev təmizliyində çox vaxt baha başa gələn kimyəvi maddələ

22 mart
.

Keçməyən halsızlıq və çəki itkisi: Bu simptomlar bəzi təhlükələrdən xəbər verir

"Limfoma adi xərçəng növlərindən fərqli olaraq bütün orqanizmi zədələyə bilər". xəbər verir ki, bu barədə -ya həkim-onkoloq Umar Xomidi bildirib. Mütəxəssisin sözlərinə görə, bu xəstəliyin bir çox forması hətta gecikmiş mərhələdə olsa belə, uğurla müalicə edilir. "Limfoma limfa sistemini

17 mart
.

Everesti fəth etmək istəyən alpinistlərə YENİ QAYDA

Everest zirvəsini (8848.86 m) fəth etməyə çalışan alpinistlər artıq 2-ci baza düşərgəsindən (6 400 - 6 750 m) yuxarıdakı ərazilərdən ən azı 2 kiloqram zibili özləri ilə geri gətirməli olacaqlar. xəbər verir ki, bu barədə "The Himalayan Times" qəzeti xəbər yayıb. Nepal hakimiyyəti tərəfində

17 mart
.

Pomidor pastasının kiflənməməsi üçün sadə üsul

Açılmış pomidor pastası çox vaxt gözləniləndən daha tez xarab olur. Hətta soyuducuda saxlanılsa belə, bir müddət sonra səthində kif əmələ gəlir və məhsulu atmaq lazım gəlir. pomidor pastasının niyə kifləndiyi və bunun qarşısını almağın necə mümkün olduğu barədə məlumat verir:. Tomat pastası niyə te

16 mart
.

Bir dəqiqəyə sındırılır: "Android" əməliyyat sistemi olan cihazlarda kritik boşluq aşkarlandı

Bütün "Android" əməliyyat sistemi istifadəçiləri üçün həyəcan siqnalı verilib. xəbər verir ki, bu barədə "The Mirror" nəşri məlumat yayıb. Bildirilib ki, istifadəçilərə smartfonlarında və digər cihazlarında müəyyən parametrlərdən birini təcili yoxlamaları tövsiyə olunur. Məlumatd

21 mart