"9 nəsnə həmişə sirr olaraq qalmalıdır" - TÖVSİYƏ

"9 nəsnə həmişə sirr olaraq qalmalıdır" - TÖVSİYƏ"Müəyyən şeylərin özəl olaraq qalması özünüqoruma və şəxsi sərhədlərə hörmətin güclü amili ola bilər..."

Psixoloqlar özünüz barədə məlumatı bölüşməməyi məsləhət görür. Bu incə balans başqaları ilə əlaqəni nizama salmağa imkan verir, amma bu, öz həssaslığınızı üzə çıxarmamalı və ya rifah halınızı riskə atmamalıdır.

Moderator.az xəbər verir ki, bu barədə "Hack Spirit" nəşri yazıb.

Qeyd edilir ki, konfidensiallıq təkcə sirlərin saxlanılmasında deyil. Söhbət ondan gedir ki, özünüz üçün elə məkan saxlanılsın ki, buraya xaricdən mülahizə və ya təsir olmasın.

Həddən artıq ümumi çıxışın normaya çevrildiyi dünyada müəyyən şeylərin özəl olaraq saxlanılması özünüqoruma və şəxsi sərhədlərə hörmətin güclü amili ola bilər.

Psixoloqların sözlərinə görə, bu 9 nəsnə həmişə sirr olaraq qalmalıdır:

1. Şəxsi həyat

Psixologiya göstərir ki, öz şəxsi həyatınızı özünüz üçün saxlamaq müdriklik əlamətidir. Sosial şəbəkələr dövründə hər şeyi-səhər yeməyindən münasibətlərdə mübahisələrədək bölüşmək şirnikləndiricidir. Lakin həddən artıq ümumilik bəzən həssaslıq hissinə və hətta başqaları tərəfindən neqativ münasibətə gətirib çıxara bilər. Şəxsi həyatınızın bəzi aspektlərini gizli saxlamaq daha yaxşıdır.

Söhbət intim münasibətlərin təfərrüarlarından, ailə problemlərindən və digər çox şəxsi olaylardan gedir. Bu detalların açıqlanması başqaları tərəfindən arzuolunmaz fikirlərə, məsləhətlərə və pislənilməyə gətirib çıxara bilər. Hər-hansı bir şəxsi məsələni bölüşmək istəyi yarananda bunun həqiqətən zəruri və faydalı olduğu üzərində düşünmək lazımdır.

2. Maliyyə

Pul haqqında məlumatı gizli saxlamaq daha yaxşıdır. Gəlirlərin, borcların və hətta əmanətlərin müzakirəsi xoşagəlməz vəziyyətlərə gətirib çıxara və ya qeyri-sağlam müqayisələr törədə bilər. Bu məsələni ümumilikdə, məsələn, maliyyə məqsədləri və ya büdcə üzrə məsləhətlər formasında müzakirə etmək normaldır. Lakin maliyyə vəziyyətinin detalları lazımsız stresə və ya anlaşılmazlıqlara gətirib çıxara bilər. Hər kəsin maliyyə yolu unikaldır və bu, yarış deyil.

3. Məqsədlər və arzular

Psixoloji tədqiqatlar göstərir ki, öz məqsədləriniz haqqında danışmaq bəzən ziyanlı ola bilər. Buna səbəb "sosial gerçəklik" deyilən haldır. İnsan hər-hansı bir məqsədini bölüşəndə beynində ona həqiqətən nail olduğu məmnunluğu yaranır. Bu məqsədə çatmaq üçün işləmək motivasiyasını azalda bilər. Bundan başqa, məqsədlər açıqlandıqda başqaları tərəfindən tənqid və şübhələrə məruz qala bilər, bu da tərəqqiyə daha çox maneə olar.

4. Xəstəlik tarixi

Sağlamlıq şəxsi işdir, bir qayda olaraq xəstəlik tarixçənizi sirli saxlamaq yaxşıdır. Sağlamlıqla bağlı problemlərin müzakirəsi bəzən başqaları tərəfindən arzu edilməyən məsləhətə və lazımsız narahatlığa gətirib çıxara bilər. Bundan başqa, müəyyən vəziyyətlərdə xəstəlik tarixinin açıqlanması hətta hüquqi nəticələr yarada və ya peşəkar fəaliyyətə təsir göstərə bilər. Belə məlumatı yalnız etibar etdiyiniz dost, ailə üzvü və tibb işçisiylə bölüşmək olar.

5. Şəxsi şikayətlər

Şikayət və təhqirlərin daim ifadə edilməsi neqativ atmosfer yarada və münasibətlərə potensial zərər vura bilər. Şəxsi incikliklərin müzakirəsi bəzən şaiyə və şikayətlər kimi qəbul oluna bilər. Bu o qədər də cəzbedici xüsusiyyət deyil. Bu, həmçinin başqaları tərəfindən münaqişələrin səmərəli şəkildə həll etmək qabiliyyətinizi şübhə altına sala bilər.

6. Xeyirxah əməllər

Xeyirxah əməllər böyük sevinc və məmnunluq gətirə bilər. Lakin bunları başqaları ilə bölüşəndə
bu hisslər zəifləyə bilər. Belə məqamları başqaları ilə bölüşəndə diqqət əməlin özündən bunun təsdiqi və yaxud tərifinə yönəldilə bilər. Xeyirxahlığın gözəlliyi onun təmizliyində və təmənnasızlığındadır.

7. Yanlışlıqlar

Hər kəsin yanlışlıqlar və uğursuzluqlar tarixçəsi var. Bunlar sizin şəxsi inkişafınız üçün vacibdir, lakin bunu yaymaq mütləq deyil. Bunları sirr saxlayaraq şəxsiyyət keçmişlə deyil, bu gün və gələcək üçün yaşamağı seçir.

8. Ailə poblemləri

Hər bir ailədə özünün çətinlikləri və problemləri var, lakin bu məsələlərin açıq şəkildə müzakirəsi faydadan çox zərər verə bilər. Ailə problemləri çox şəxsidir və çox mürəkkəbdir. Onların yayılması arzuolunmaz fikirlərə, mülahizələrə və hətta anlaşılmazlıqlara gətirib çıxara bilər. Bu, həmçinin özümüzdən asılı olmayaraq ailədə münasibətləri pisləşdirə bilər. Özəl həyata hörmət ailədə ahəngdarlığı qoruyub saxlamağa və daxili problemləri həll etməyə kömək edir.

9. Şəxsi əqidə

Dini, siyasi və ya fəlsəfi nöqteyi-nəzərdən şəxsi əqidə şəxsiyyətin fundamental əsasıdır. Lakin bunların açıq şəkildə mübadilə edilməsi qızğın diskusiyalara və ya münaqişələrə gətirib çıxara bilər. İnam və etiqad dərin şəxsi məsələlərdir və bir-birindən çox fərqlənə bilər. Onların müzakirəsi bəzən mübahisələrə və ya sizi anlamamaq hissiyatına gətirib çıxara bilər.

Maraqlı xəbərlər

Orta sinfin bir çox nümayəndələri sərvət toplamağa və müasir iqtisadiyyatda maliyyə sabitliyinə nail olmaq istəyir. Onların sanballı gəlir əldə etməsinə rəğmən, müəyyən vərdişləri maliyyə uğuruna nail olmağa yönəlmiş səylərini sabotaj edə bilər. Özünü aşağı qiymətləndirməklə yaşamaq mina sahəsində gözləri bağlı gəzməyə bənzəyir. Siz heç vaxt öz dəyərinizə əmin deyilsiniz və tez-tez hətta bunu anlamadan özünüzü kifayət qədər dəyərlındirmirsiniz.


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 1190   Tarix: 08 iyul 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Süni intellekt modelləri mürəkkəb maliyyə hesablamalarında səhvlərə yol verirlər - Araşdırma

"Saturn" texnologiya şirkəti ən geniş yayılmış süni intellekt modellərinin ("ChatGPT", "Claude", "Copilot", "Grok", "Gemini" və digərləri) maliyyə tapşırıqlarının öhdəsindən necə gəldiyini təhlil edib. xəbər verir ki, tədqiqatın nəticələrin

21 sentyabr
.

Meymun yazıçının arvadını öldürdü

Hindistanın Karnataka ştatında 91 yaşlı qadın meymun hücumundan sonra ölüb. xarici mediaya istinadla xəbər verir ki, hadisə Koppal şəhərində qeydə alınıb. Tanınmış yazıçı M.S. Savadattinin həyat yoldaşı Nəcamunnisa Bequm evinin həyətində olarkən qəfil meymunun hücumuna məruz qalıb. Hücum nəticəsind

22 sentyabr
.

Mumiyalanmış insan qalıqları internetdə satılır: Həyəcan təbili

Bioarxeoloqlar sosial şəbəkələrdə, onlayn marketpleyslərdə və hərraclarda mumiyalanmış insan qalıqlarının satışının artması ilə bağlı sağlamlıq üçün real təhlükə barədə xəbərdarlıq ediblər. Alimlər bu qənaətə mumiyaların fraqmentlərinin satışı ilə bağlı 128 elan və paylaşımı araşdırdıqdan sonra gəliblər

17 sentyabr
.

Dizlərdə xırtıltı nə vaxt təhlükə siqnalıdır? - Mütəxəssisdən AÇIQLAMA

"Gəzinti və ya əyilmə zamanı dizlərdə yaranan səs və xırtıltılar əksər hallarda sağlamlıq üçün heç bir təhlükə yaratmır". "The Mirror" nəşrinə istinadən xəbər verir ki, bunu osteopat (xəstəliklərin diaqnostikası və müalicəsini dərmansız, yalnız əllərin toxunması və xüsusi hərəkətlərl

17 sentyabr
.

Alimlər yeni pişik növü aşkarladı - Adı belə qoyuldu

Boliviyada elmə əvvəllər məlum olmayan yeni vəhşi pişik növü aşkar edilib. Yeni növə Leopardus tilcayo adı verilib və o, Tilcayo pələng pişiyi kimi tanınacaq. "National Geographic" jurnalına istinadən xəbər verir ki, alimlər bu pişik növünü ilk dəfə 2016-cı ildə müşahidə ediblər. Lakin onu

19 sentyabr
.

Qış gəlmədən ehtiyatınızı görün çağırışı edildi

Qış aylarlarının yaxınlaşması ilə birlikdə elektrik, su və istilik sistemlərində baş verə biləcək xətalara qarşı evlərdə bəzi hazırlıqlar görülməlidir. mütəxəssis tövsiyələri çərçivəsində hazırlanan bələdçi fövqəladə hallarda əsas ehtiyacların fasiləsiz qarşılana bilməsi üçün evdə saxlanılmalı olan məhsullar

19 sentyabr
.

Bir fincan qəhvədə gizlənən sirr - ARAŞDIRMA

Qəhvənin insan orqanizmi üçün əvvəllər düşünüldüyündən daha çox faydası ola bilər. Alimlər müəyyən ediblər ki, kofein hüceyrələrin qədim müdafiə mexanizmlərini aktivləşdirə bilir. xarici mediaya istinadən xəbər verir ki, qəhvə hüceyrələrin sağ qalmasına kömək edən əsas mexanizmlərdən birini işə sal

21 sentyabr
.

Stüardessalardan XƏBƏRDARLIQ: hətta isti havada da təyyarədə bunu geyinməyin

İlk baxışdan şort isti havada uçuş üçün rahat seçim kimi görünür. Lakin stüardessaların sözlərinə görə, açıq qalan dəri uçuşlar arasında düşündüyümüz qədər yaxşı təmizlənməyən səthlərlə təmasda ola bilər. xarici mediaya istinadən xəbər verir ki,istifadəçilər orta oturacaqda şortla əyləşdiyini, hər ik

21 sentyabr
.

Ay necə yaranıb? - Yeni missiya sirri aça bilər

Merkuriyə doğru hərəkət edən "BepiColombo" kosmik missiyasının toplayacağı məlumatlar Ayın yaranması ilə bağlı yeni ipucları verə bilər. Tədqiqatçılar planetlərin formalaşdığı dövrdə baş verən nəhəng toqquşmaların Yerin təbii peykinin yaranmasında hansı rolu oynadığını aydınlaşdırmağa çalışırlar

22 sentyabr