İlham Əliyev İslamabadda hərbi sərgi ilə tanış olub
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 12-də İslamabadda Pakistan Hərbi Hava Qüvvələrinin Nur Xan bazasının ərazisindəki "Milli Aerokosmik Elm və Texnologiya Parkı"nda (NASTP) hərbi sərgi ilə tanış olub.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısına sərgi haqqında məlumat verildi.
Bildirildi ki, müxtəlif bölmələrdən ibarət sərginin "NASTP Alpha" hissəsində Pakistan Hərbi Hava Qüvvələrinin aviasiya vasitələri, kosmos, radar, simsiz rabitə sistemləri, simulyatorlar, kibertexnologiyalar, informasiya texnologiyaları, proqram təminatı və süni intellekt sahələrində məhsullar nümayiş etdirilir. Bu bölmədə, həmçinin "NASTP PSDP", Təlim, Sertifikatlaşdırma və Aviasiya Xidmətləri bölmələri yerləşir. NASTP özündə İnkişaf etməkdə olan Sistemlər və Texnologiyalar İnstitutu (NIEST) bir neçə imza təlim mərkəzini, eyni zamanda, İnkişaf Edən Texnologiyalar və Sistemlər Məktəbini birləşdirir. Sərginin "NASTP Alpha" hissəsində Aviasiya Universitetinin Milli Kibertəhlükəsizlik Mərkəzi yerləşir.
NASTP Aviasiya Akademiyası "Milli Aerokosmik Elm və Texnologiya Parkı"nın qabaqcıl layihəsi olmaqla dünya səviyyəli təlim institutu və uçuş, təhlükəsizlik və texniki xidmət üzrə təlimlər üçün regional mərkəzə çevrilmək niyyətindədir.
Sərginin "Alpha Techno" guşəsində isə istər startap, istərsə də yaradılmış biznes və ya müəssisələrlə bağlı maneəsiz və sərfəli iş sahəsi həlləri təqdim olunur.




Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 863 Tarix: 12 iyul 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşPrezident İlham Əliyev Kral III Çarlzı təbrik edib
Azərbaycan Prezidenti İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiyanın Kralı Əlahəzrət II Çarlzı təbrik edib. -a istinadən xəbər verir ki, təbrikdə deyilir:. "Əlahəzrət, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının milli bayramı - Təvəllüd Gününüz münasibətilə Sizi və Sizin simanızd
13 iyunXalqın milli xilaskarı və öndəri seçilən Heydər Əliyev
İnsanlıq özünü dərk edəndən ədalətli rəhbər axtarışında olub. Ədalətli rəhbər dedikdə, şübhəsiz ki, ilk növbədə cəmiyyətin sosial vəziyyətini, yaşayış və inkişafını təmin edəcək şəxs nəzərdə tutulur. Azərbaycanın müstəqilliyin bərpası ərəfəsində və ilk illərində ciddi təhlükələr məngənəsində yaşamağ
8 iyun"Qərbi Azərbaycana qayıdış ərazi ıddiası deyil, insan hüququdur" - AÇIQLAMA
Qərbi Azərbaycana qayıdış məsələsinin Ermənistanda ərazi iddiası kimi qiymətləndirilməsi əsassızdır. Bunu Ordubadda keçirilən II "Qərbi Azərbaycana qayıdış" konqres-festivalı çərçivəsində jurnalistlərə açıqlamasında Milli Məclis sədrinin müavini Ziyafət Əsgərov deyib. Parlamentin sədr müavin
18 iyunHeydər Əliyevin Azərbaycan dövlətinin və xalqının xilası missiyası
Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyev 1993-cü il iyunun 9-da Bakıya qayıdışı ilə xalqımızın müstəqillik tarixinin ən mühüm səhifəsini yazdı. Tarixə nəzər saldıqda görərik ki, Azərbaycanın müstəqilliyinə təhlükə olan məqamlar çox olsa da, 1993-cü ilin Gəncə hadisələr
8 iyunTarixi əhəmiyyətə malik olan Şuşa bəyannaməsi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın 2021-ci il iyunun 15-də Şuşada ölkələrimiz arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsini imzalaması müstəsna siyasi və tarixi əhəmiyyətə malikdir. Prezidentlər İlham Əliye
9 iyun