Ömrü də heykəlləşən sənətkar: Qeyri-adi fantaziyası ilə adını tarixə yazan Cəlal Qaryağdı

Ömrü də heykəlləşən sənətkar: Qeyri-adi fantaziyası ilə adını tarixə yazan Cəlal QaryağdıCəlal Qaryağdı qəlbinin istisi, əlinin ustalığı, beyninin qeyri-adi fantaziya və düşüncəsi ilə yaratdığı əsərlərlə sənətkar adını Azərbaycanın incəsənət tarixinə əbədi yazdırıb. Tələbələri onu ustad müəllim, korifey sənətkar kimi xatırlayırlar.

O, Azərbaycan monumental-dekorativ heykəltəraşlığının ən görkəmli nümayəndələrindəndir. Heykəltəraşlığın müxtəlif janrlarında əsərlər yaradıb. Tək Bakının deyil, Azərbaycanın regionlarını da bəzəyən heykəllərin, müxtəlif barelyeflərin, qəbirüstü abidələrin müəllifidir. Sovet İttifaqı qəhrəmanlarının büst və barelyeflərini hazırlayıb. Bir çox muzeylərin yaradılmasında fəal iştirak edib. Mirzə Ələkbər Sabirin, Nəriman Nərimanovun əzəmətli heykəlləri, Qara Qarayevin, Fikrət Əmirovun, Bülbülün, Niyazinin, Cahangir Cahangirovun büstləri, Səməd Vurğunun qəbirüstü abidəsi və Qazaxdakı heykəli, Yusif Məmmədəliyevin Ordubaddakı abidəsi monumental kimi əsərlər görkəmli heykəltəraşa məxsusdur. Qəlbinin istisi, əlinin ustalığı, beyninin qeyri-adi fantaziya və düşüncəsi ilə yaratdığı, dərin ifadəliliyi və dinamikliyi ilə fərqlənən, orijinal kompozisiyaya malik əsərlərlə sənətkar adını Azərbaycanın incəsənət tarixinə əbədi yazdırıb.

"Kaspi" qəzetinin mövzu ilə bağlı məqaləsini təqdim edirik:

Yadımdadır, ölümündən bir neçə ay əvvəl emalatxanasında onunla görüşüb müsahibə etmişdim. Təəssüflə qocaldığını, daha əvvəlki kimi gücünün olmadığını demişdi: "Amma sevinirəm ki, elə təkcə paytaxtda Nəriman Nərimanovun, Sabirin, Molla Pənah Vaqifin, Lənkəranda Həzi Aslanovun heykəllərini, Xan qızı Natəvanın büstünü görənlər "bu, Cəlalın işləridir" deyəcəklər. Bu, mənə bəsdir. Demək, ömrü boşuna yaşamadım", - deyən titrək səsi indi də qulağımdadır.

Cəlal Qaryağdının musiqi konservatoriyası olan Şuşada doğulması, görkəmli xanəndə Cabbar Qaryağdıoğlunun nəslindən olması da onun istedadının yoğurulmasında rol oynamışdı.

İyulun 15-i Xalq rəssamı Cəlal Qaryağdının doğum günüdür. Həmkarları onu "Cəlal müəllim həyatımızda böyük rol oynadı", - deyə rəhmətlə anırlar.

"Yalan danışırsan, bir də gəlmə..."

"Cəlal müəllim rəssamlıqda mənim ilk müəllimim olub. O, mənə sənətin əlifbasını öyrədib", - deyə Rəssamlar İttifaqının katibi Ağəli İbrahimov xatırlayır: "Uşaq vaxtı yaxşı səsim vardı, həm də tar çalırdım. Atam mənim musiqi məktəbinə daxil olmağımı istəyirdi. Amma mən "rəssam olmaq istəyirəm" deyincə o, təəccübləndi. Qohumumuz məni Cəlal Qaryağdının yanına apardı. Onun "alman kilsəsi"ndə emalatxanası vardı. Cəlal müəllim mənə rəssamlığın əlifbasından məsləhətlər verdi. Mən də maraqlanmağa başladım. İşlərimi gətirib göstərəndə "Bu nə işlərdir gətirmisən? Bu, özgə adamların işləridir. Yalan danışırsan, bir də gəlmə"- deyə hirsləndi. "Cəlal müəllim, öz işimdir. Yaradıcı bir şey eləməyə çalışmışam", - deyə ustadı inandırmağa çalışdım. "Doğrudan sənindir?", - deyə yumşaldı və yenidən tövsiyələrini verdi. Onunla ilk tanışlığımız belə başladı. Beləcə, Cəlal müəllim həyatımda böyük rol oynadı". A.İbrahimov deyir ki, Cəlal Qaryağdı Rəssamlıq Akademiyasını bitirməmişdi, amma anadangəlmə müəllim idi: "Hamı ona hörmət edirdi. Onda anadangəlmə istedad vardı. O, korifey sənətkar idi. İndi sənətə belə vurğun rəssamlar yoxdur. Bəlkə 100 ildən sonra da belə sənətkarlar doğulmayacaq".

"Nəvəmə onun adını verdim"

Heykəltəraş Xanlar Əhmədov: "Cəlal müəllim mənə Əzim Əzimzadə adına Rəssamlıq məktəbində oxuyanda dərs demişdi. Həyat belə gətirdi ki, bizim emalatxanamız da qonşu oldu. Yaş fərqimiz çox olsa da, dostluq edirdik. Tez-tez bir-birimizin emalatxanasına gedib gəlirdik. Cəlal müəllimin həm heykəl yaratmaqda, həm rəsm çəkməkdə möhtəşəm əli vardı. Adi çubuğu da yerə basdıranda o ağac halına düşürdü. Bir dəfə yazıçı İsi Məlikzadənin qəbirüstü abidəsini hazırlayırdım. Bir detal çatmırdı, əsər heç cür alınmırdı. Axşamüstü qapı döyüldü, açanda Cəlal müəllimi gördüm. "Bu vaxt burada neynirsən", - deyə soruşanda dedim ki, işləyirəm, amma nədənsə alınmır. Heykələ baxan kimi "İsi deyil", - soruşdu. Sonra barmağı ilə bir xətt qoydu. Elə bil İsi müəllim gəlib gözümüzün önündə dayandı - heykəl hazır oldu. Çox istedadlı adam idi. Bir gün emalatxanaya gələndə tütəkdə gözəl bir çoban havasının ifa olunduğunu eşitdim. Tez radionu açdım, dalğaları axtardım. Musiqi heç yerdən eşidilmədi. Hasarın o başına keçəndə Cəlal müəllimin tütək çaldığını gördüm. Elə mahir tütək çalırdı ki, heyran oldum". X.Əhmədov müəllimi ilə bağlı yaddaşında ən yaxşı xatirələrin qaldığını deyir. X.Əhmədov deyir ki, Calal Qaryağdının Lenin heykəlini Hökumət Evinin qarşısından götürəndən bu ona pis təsir edib: "O abidə demək olar ki, SSRİ-də Leninə həsr olunan ən yaxşı əsərlərdən idi. Həmin heykəli sonra heykəltaraşlıq kombinatında yerdə gördüm. Heykəlin necə "traktovka" olmasına yaxından baxdım". X.Əhmədov müəllimini qayğıkeş və səmimi insan kimi xatırlayır: "O, gözəl müəllim idi. Bir dəfə Sabirin Bakıdakı heykəlini işləyirdi. "Heç olmasa, ayaqqabılarında mənə kömək edin, vaxt azalıb, çatdırmıram", - deyə bizi çağırdı. Bizim kursdan bir-iki nəfər o heykəldə çalışdıq. Əslində biz o prosesdə heykəlin nə olduğunu öyrənirdik". X.Əhmədov deyir ki, nəvəsinə müəlliminin şərəfinə Cəlal adını verib.

"Onun sənəti qarşısında baş əymişəm"

Azərbaycan Rəssamlar İttifaqında çalışan Ofeliya Mirzəzadə "Cəlal Qaryağdı ilə ailəvi dost olmuşuq", - deyə xatırlayır: "Onun həyat yoldaşı Firəngiz xanımla bir yerdə oxumuşam. Onlar həmişə bizim evimizə gələrdi. Cəlal müəllim həm gözəl insan, həm də böyük sənətkar idi. Mən həmişə onun sənəti qarşısında baş əymişəm".


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 1114   Tarix: 15 iyul 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Süni intellekt modelləri mürəkkəb maliyyə hesablamalarında səhvlərə yol verirlər - Araşdırma

"Saturn" texnologiya şirkəti ən geniş yayılmış süni intellekt modellərinin ("ChatGPT", "Claude", "Copilot", "Grok", "Gemini" və digərləri) maliyyə tapşırıqlarının öhdəsindən necə gəldiyini təhlil edib. xəbər verir ki, tədqiqatın nəticələrin

21 sentyabr
.

Meymun yazıçının arvadını öldürdü

Hindistanın Karnataka ştatında 91 yaşlı qadın meymun hücumundan sonra ölüb. xarici mediaya istinadla xəbər verir ki, hadisə Koppal şəhərində qeydə alınıb. Tanınmış yazıçı M.S. Savadattinin həyat yoldaşı Nəcamunnisa Bequm evinin həyətində olarkən qəfil meymunun hücumuna məruz qalıb. Hücum nəticəsind

22 sentyabr
.

Mumiyalanmış insan qalıqları internetdə satılır: Həyəcan təbili

Bioarxeoloqlar sosial şəbəkələrdə, onlayn marketpleyslərdə və hərraclarda mumiyalanmış insan qalıqlarının satışının artması ilə bağlı sağlamlıq üçün real təhlükə barədə xəbərdarlıq ediblər. Alimlər bu qənaətə mumiyaların fraqmentlərinin satışı ilə bağlı 128 elan və paylaşımı araşdırdıqdan sonra gəliblər

17 sentyabr
.

Dizlərdə xırtıltı nə vaxt təhlükə siqnalıdır? - Mütəxəssisdən AÇIQLAMA

"Gəzinti və ya əyilmə zamanı dizlərdə yaranan səs və xırtıltılar əksər hallarda sağlamlıq üçün heç bir təhlükə yaratmır". "The Mirror" nəşrinə istinadən xəbər verir ki, bunu osteopat (xəstəliklərin diaqnostikası və müalicəsini dərmansız, yalnız əllərin toxunması və xüsusi hərəkətlərl

17 sentyabr
.

Alimlər yeni pişik növü aşkarladı - Adı belə qoyuldu

Boliviyada elmə əvvəllər məlum olmayan yeni vəhşi pişik növü aşkar edilib. Yeni növə Leopardus tilcayo adı verilib və o, Tilcayo pələng pişiyi kimi tanınacaq. "National Geographic" jurnalına istinadən xəbər verir ki, alimlər bu pişik növünü ilk dəfə 2016-cı ildə müşahidə ediblər. Lakin onu

19 sentyabr
.

Qış gəlmədən ehtiyatınızı görün çağırışı edildi

Qış aylarlarının yaxınlaşması ilə birlikdə elektrik, su və istilik sistemlərində baş verə biləcək xətalara qarşı evlərdə bəzi hazırlıqlar görülməlidir. mütəxəssis tövsiyələri çərçivəsində hazırlanan bələdçi fövqəladə hallarda əsas ehtiyacların fasiləsiz qarşılana bilməsi üçün evdə saxlanılmalı olan məhsullar

19 sentyabr
.

Bir fincan qəhvədə gizlənən sirr - ARAŞDIRMA

Qəhvənin insan orqanizmi üçün əvvəllər düşünüldüyündən daha çox faydası ola bilər. Alimlər müəyyən ediblər ki, kofein hüceyrələrin qədim müdafiə mexanizmlərini aktivləşdirə bilir. xarici mediaya istinadən xəbər verir ki, qəhvə hüceyrələrin sağ qalmasına kömək edən əsas mexanizmlərdən birini işə sal

21 sentyabr
.

Stüardessalardan XƏBƏRDARLIQ: hətta isti havada da təyyarədə bunu geyinməyin

İlk baxışdan şort isti havada uçuş üçün rahat seçim kimi görünür. Lakin stüardessaların sözlərinə görə, açıq qalan dəri uçuşlar arasında düşündüyümüz qədər yaxşı təmizlənməyən səthlərlə təmasda ola bilər. xarici mediaya istinadən xəbər verir ki,istifadəçilər orta oturacaqda şortla əyləşdiyini, hər ik

21 sentyabr
.

Ay necə yaranıb? - Yeni missiya sirri aça bilər

Merkuriyə doğru hərəkət edən "BepiColombo" kosmik missiyasının toplayacağı məlumatlar Ayın yaranması ilə bağlı yeni ipucları verə bilər. Tədqiqatçılar planetlərin formalaşdığı dövrdə baş verən nəhəng toqquşmaların Yerin təbii peykinin yaranmasında hansı rolu oynadığını aydınlaşdırmağa çalışırlar

22 sentyabr