3 uşaq anası sevgilisi tərəfindən öldürüldü

3 uşaq anası sevgilisi tərəfindən öldürüldüDünən Kocaelinin Körfez rayonunda infarkt keçirdiyi bildirilərək xəstəxanaya gətirilən Nuhbe Yılmaz (36) həkimlərin müdaxiləsinə baxmayaraq dünyasını dəyişib.

Ölüm şübhəli sayıldığı üçün qadının cəsədi ekspertizaya göndərilib. Ekspertiza zamanı qadının boğularaq öldürüldüyü məlum olub.

Bunun üzərinə saxlanılan sevgilisi polis idarəsində dindirilərkən qətli etiraf edib.

Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, həkimlər qadının ölümünü şübhəli hesab etdikləri üçün Nuhbe Yılmazın cəsədi ekspertizaya aparılıb. Araşdırmada qadının ürək tutmasından deyil, boğazının sıxılması nəticəsində boğularaq öldüyü müəyyən edilib.

Vəziyyətdən xəbər tutan polis hərəkətə keçərək qadının sevgilisi C.Y.E. -ni saxlayıb. Polis bölməsində ifadə verən zamanı C.Y.E Nuhbe Yılmazla mübahisə etdiyini və onu boğduğunu etiraf edib.

C.Y.E. məhkəmə tərəfindən tutularaq həbsxanaya göndərilib.

3 uşaq anası olan Nuhbe Yılmazın cənazəsi bu gün Körfez İlimtəpə qəbiristanlığında torpağa tapşırılıb.


Sonxeber.az
Telegramda izləyin
Kriminal   Baxılıb: 1342   Tarix: 19 avqust 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Əli Kərimlinin HƏBS MÜDDƏTİ uzadıldı

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin həbs müddəti uzadılıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə Səbail Rayon Məhkəməsi qərar qəbul edib. Məhkəmə cinayət işi üzrə əlavə sübutların toplanmasının zəruriliyini nəzərə alaraq vəsatəti təmin edib. Qərar

10 iyun
.

Öldürülən 20 yaşlı Ümid 1 həftə əvvəl evlənibmiş - Yenilənib

Gürcüstanın Marneuli rayonunda azərbaycanlı gəncin qətlə yetirilməsi faktı qeydə alınıb. APA-ya istinadla xəbər verir ki, 20 yaşlı Ümid Bayramov naməlum şəxs tərəfindən boğaz nahiyəsindən bıçaqlanıb. O, xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb. Hadisənin səbəbi hələlik məlum deyil

3 aprel
.

Həmin sürücü 30 sutka həbs edildi

Xəbər verdiyimiz kimi, paytaxtın Binəqədi rayonunda polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmayan sürücü barəsində məsuliyyət tədbirləri görülüb. "Qafqazinfo"nun məlumatına görə, müəyyən edilib ki, axtarışda olan, atasına məxsus "Hyundai" markalı, 99-QP-750 dövlət qeydiyya

3 iyun
.

Əməliyyat zamanı qohumunun ölümünə səbəb olan həkim barədə SON QƏRAR

Bakıda qaynı arvadını estetik əməliyyat edərək ölümünə səbəb olmaqda ittiham edilən həkim, "AzE Estetik Mərkəzi"nin direktoru Ülviyyə İlyasovanın yenidən Bakı Apellyasiya Məhkəməsinə qaytarılmış cinayət işi ilə bağlı yekun qərar elan edilib. -ın məlumatına görə, Bakı Apellyasiya Məhkəməsind

13 aprel
.

Salyanda çətənə kolları yetişdirən keçmiş məhkum saxlanıldı

Salyan Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə narkotik xassəli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş Orxan Bağırov saxlanılıb. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, onun yaşadığı ünvan

28 may
.

Arzunu öldürən əri psixiatriya xəstəxanasına yerləşdirilməsini istəyir - Foto

Ötən il Türkiyənin Bursa şəhərində həyat yoldaşı Arzu Xəlilovanı 146 qayçı zərbəsi ilə qətlə yetirən Azərbaycan vətəndaşı Salican Mehmetin məhkəməsi başlayıb. "Qafqazinfo" Türkiyə mediasına istinadən xəbər verir ki, prokurorluq 26 yaşlı Salicanın ömürlük həbsə məhkum olunmasını tələb edib

23 may
.

Dəhşətli cinayət: Ana torpağa basdırılmış, oğlu güllələnmiş halda tapıldı

Hatayın İskenderun rayonunda baş verən dəhşətli hadisə nəticəsində ana və oğlu ölü halda tapılıb. türk mediasına istinadən xəbər verir ki, sözügedən ərazidə heyvan otaran çoban torpaq üzərində meyit aşkar edərək vəziyyət barədə jandarmaya məlumat verib. Hadisə yerinə cəlb olunan əməkdaşlar tərəfində

16 aprel
.

Tut ağacından yıxılıb öldü

Gəncə sakini ağacdan yıxılaraq ölüb. "Qafqazinfo" xəbər verir ki, hadisə şəhərin Gülüstan qəsəbəsi AKTA 6 ünvanında baş verib. Belə ki, 62 yaşlı Bəhram Aslanov tut ağacından yıxılıb və hadisə yerində vəfat edib. Faktla bağlı Gəncə şəhər prokurorluğunda araşdırma başlanılıb

13 iyun
.

Oğul anasını traktorla vuraraq öldürdü

Ucarda oğul anasını traktorla vuraraq öldürüb. -a istinadən xəbər verir ki, hadisə rayonun Alpı kənd ərazisində baş verib. 1989-cu il təvəllüdlü Ucar sakini Gündüz Yaqub oğlu Faxrətov "Belarus" markalı traktoru arxaya verərkən 1959-cu il təvəllüdlü anası Adilə Əkbər qızı Abbasovanı vurub. Ağı

19 may