Əri tərəfindən küçədə öldürülən 23 yaşlı qadının cinayəti ilə bağlı yeni faktlar orataya çıxdı
Küçükçekmecede boşanma ərəfəsində olduğu əri tərəfindən küçənin ortasında kürəyindən bıçaqlanan 23 yaşlı Öznur Akkayanın ölümü ilə bağlı aparılan istintaqda yeni təfərrüatlar ortaya çıxıb.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, avqustun 14-də Küçükçekmecedə baş verən hadisədə 23 yaşlı Öznur Akkaya boşanmaq ərəfəsində olduğu həyat yoldaşı Gökhan Akkaya tərəfindən kürəyindən bıçaqlanaraq öldürülüb. Həyat yoldaşını bıçaqlayaraq hadisə yerindən qaçmağa çalışan Gökhan Akkaya ətrafdakı vətəndaşlar tərəfindən tutularaq polisə təhvil verilib. İfadəsi alınan cinayətkar həbs edilərək həbsxanaya göndərilib.
Qan içində yerdə uzanmış görüntüləri ilə gündəmə gələn Öznur Akkayanın qətli ilə bağlı yeni təfərrüatlar ortaya çıxıb. Məlum olub ki, Öznur Akkayanın öldürülməsindən 8 gün əvvəl prokurorluğa gedib və həyat yoldaşı Gökhan Akkayaya qarşı "qəsdən yaralama" cinayətindən şikayət edib.
Gökhan Akkayanın prokurorluqdakı ifadəsindəki detallar da diqqət çəkib. Arvadının mesajlarını yuxarı mərtəbədəki qonşusu ilə mesajlaşdığını bildirən Akkaya, "Həyat yoldaşımın yuxarı mərtəbədəki qonşumuz 24 yaşlı Əbdülətif Əli adlı şəxslə mesajlaşdığını görəndə aramızda mübahisə düşdü. Onun telefonunu sındırdım. Əbdüllətifə xəbərdarlıq etdim ki, arvadımı narahat etməsin. Avqustun 3-də həyat yoldaşımın evdən qaçdığını biləndə polisə müraciət etdim. Sonradan öyrəndim ki, həyat yoldaşım yuxarı mərtəbədəki qonşumuz Əbdülətif Əli adlı şəxslə qaçıb. Qonşumun Mehmet Akif rayonunda qohumları olduğunu öyrəndim və onların orda ola biləcəklərini düşünərək həyat yoldaşımı orda axtarmağa başladım. Onları mikroavtobusda gördüm və nəqliyyat vasitəsindən düşürdüm. Əbdülətif hadisə yerindən uzaqlaşdı. Barışmaq üçün həyat yoldaşımla danışmağa başladım. Amma o qəbul etməyəndə əsəbiləşib onu bıçaqladım" deyə bildirib.
Hadisədə adı hallanan Əbdülətif Əlinin də ifadəsi şahid qismində götürülüb. Öznur Akkayanı 4 aydır tanıdığını deyən Əli "O mənim sevgilim idi. Öznur avqustun 3-də evdən qaçaraq yanıma gəldi. Hadisə baş verən gün saat 20:45 radələrində işdən çıxıb İkitelliyə yemək yeməyə getdik. Sonra Gökhan bizi mikroavtobusda gördü. Bizi mikroavtobusdan düşürdü. Məni oradan uzaqlaşdırdı. Ona görə də polis bölməsinə ərizə yazmaq üçün getdim" deyə bildirib.
Həm Gökhan Akkaya, həm də Abdulatif Əlinin iddialarını araşdıran prokurorluq hər iki ifadəni təkzib edəcək məlumatlar əldə edib. Öznur Akkayanın 15 iyunda intihara cəhd etdiyini müəyyən edən prokurorluq intihardan əvvəlki dövrü araşdırmağa başlayıb. Araşdırmalar nəticəsində məlum olub ki, Öznur Akkaya iyulun 1-də Əbdülətif Əliyə qarşı cinsi təcavüzə məruz qaldığını bildirərək şikayət edib.
Əbdülətif Əlinin əvvəllər "seksual qısnama", "təhdid" və oğurluq maddələri ilə cinayət məsuliyyətinə cəlb olunduğu məlum olub.
Hər iki şəxslə bağlı istintaq başladılıb. Araşdırmalar davam edir.
Sonxeber.az
Telegramda izləyin
Kriminal Baxılıb: 1101 Tarix: 23 avqust 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Qisasını qardaşı arvadının maşınından aldı - Bakıda qəribə ailə münaqişəsi
Bu günlərdə Bakı Şəhər Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinə maraqlı şikayət daxil olub. "Qafqazinfo" xəbər verir ki, polisə şikayət edən İ.Talıblı küçə sakini Şakir Məmmədov (bütün ad-soyadlar şərtidir) qardaşının məsuliyyətə cəlb edilməsini istəyib. Ş.Məmmədovun həyat yoldaş
5 sentyabrYasda gülüş üstündə QAN TÖKÜLDÜ: Bakıdakı cinayətin DETALLARI
Bakı Ağır Cinayətlər Məhkəməsində xalası oğlunu bıçaqlamaqda təqsirləndirilən Səid Babazadənin cinayət işi üzrə məhkəmə baxış iclası keçirilib. -a istinadla xəbər verir ki, hakim Hüseyn Hüseynlinin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib. Təqsirləndirilən S.Babazad
28 avqustVüsalın qətlini sifariş verənin məhkəməsi başlayır - 13 il sonra...
2013-cü ildə Qərb Universitetinin tələbəsi Vüsal Şilderin qətlini sifariş verən Xəyal Əli-Zadənin cinayət işi üzrə ibtidai istintaq başa çatıb. xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb. Azərbaycan Baş Prokurorluğunun İstintaq idarəsində cinayət işi üzrə ibtidai istintaqı
1 sentyabrYatdığı yerdə amansızlıqla öldürülən qayınatanın - Fotosu
Xəbər verdiyimiz kimi, Ağdam rayon sakini, 1969-cu il təvəllüdlü Hüseynov Zakir Cəlal oğlu mübahisə zəminində bıçaqlanaraq öldürülüb. Onun qətlində kürəkəni Qənbərov Eldəniz Elşən oğlu şübhəli bilinir. "Qafqazinfo" yatdığı yerdə amansızlıqla öldürülən Z.Hüseynovun fotosunu təqdim edir:
26 avqustBakıda 27 yaşlı oğlan öldürüldü - Qardaşı saxlanıldı
Bakıda qətl törədilib. "Qafqazinfo" xəbər verir ki, hadisə ötən gecə saat 23 radələrində Sabunçu rayonu Bakıxanov qəsəbəsində qeydə alınıb. 199-cu il təvəllüdlü Hikmət Əlipaşa oğlu Quluzadə bıçaqlanaraq qətlə yetirilib. Hadisəni törətməkdə şübhəli bilinən mərhumun qardaşı 1995-ci il təvəllüdl
22 avqustOğlu öldürülən ata qisas almağa çalışdı - 5 illik həbs edildi
Ötən ilin avqustunda Gəncədə qətlə yetirilən 15 yaşlı Tunar Məmmədovun atası həbs edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, mərhum yeniyetmənin atası 1982-ci il təvəllüdlü Etibar Məmmədov bıçaqlanma əməlinə görə cinayət məsuliyyətinə cəlb olunub. Belə ki, Tunar Məmmədov Gəncədə tərxu
8 avqustQadınla 17 yaşlı oğlu bıçaqlandı - Şübhəli əridir
Ağdaşda ana-oğul bıçaqlanıb. "Qafqazinfo" xəbər verir ki, hadisə rayonun Ləki qəsəbəsində qeydə alınıb. Aygün Əhmədovaya və oğlu 17 yaşlı F.Əhmədova bıçaq xəsarəti yetirilib. Hadisəni törətməkdə Aygün Əhmədovanın həyat yoldaşı 1967-ci il təvəllüdlü Arzu Əhmədov şübhəli bilinir. O, polis əməkdaşlar
24 avqustAzərbaycanlı tanınmış iş adamına cinayət işi açıldı
Tanınmış iş adamı, "Mayak Cargo Transportation" şirkətinin rəhbəri Saleh Ağayevə cinayət işi açılıb. xəbər verir ki, -ın əldə etdiyi məlumata görə, biznesmenə qarşı Cinayət Məcəlləsinin 128-ci maddəsi üzrə ittiham irəli sürülüb. Məlumata görə, Saleh Ağayev Masallıda baş verən davanın iştirakçıs
14 sentyabrArvadını hamının gözü qarşısında döymüşdü - Həbs edildi
Bakıda həyat yoldaşını marketdə autizmli övladının gözləri qarşısında döyən kişi saxlanılıb. "Qafqazinfo" xəbər verir ki, Nəsimi rayonunda qadının döyülməsi ilə bağlı araşdırma aparılıb. Polis əməkdaşları tərəfindən əməli törətməkdə şübhəli bilinən Səfərov soyadlı şəxs saxlanılıb. O, inzibat
21 sentyabr