Qonşular arasında dava ölümlə nəticələndi
Ankaranın Keçiören rayonunda 3 gün əvvəl qonşular arasında yaranan mübahisə silahlı qarşıdurma ilə nəticələnib. Məcnun Ekinci 4 nəfəri silahla vurub. Hadisə zamanı 3 nəfər ölüb, 1 nəfər yaralanıb, şübhəli şəxs isə hadisə yerindən qaçıb.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, hadisə gecə saat 00:00 -da Keçiören rayonu Yayla məhəlləsində baş verib. İddiaya görə, 3 gün əvvəl mübahisə edən qonşular arasında dava böyüyüb. Məcnun Ekinci qonşuları Mücahit Zurnacı, Murat Zurnacı, Şengül Zurnacı və Mustafa Öztürkə silahla atəş açaraq qaçıb. Qonşuların məlumatı üzərinə hadisə yerinə polis və təcili tibbi yardım sövq edilib. Polis bölgədə təhlükəsizlik tədbirləri görməyə başlayıb. Təcili tibbi yardım əməkdaşları tərəfindən aparılan yoxlama zamanı Mücahit Zurnacı, Murat Zurnacı və Mustafa Öztürkün həyatını itirdiyi müəyyən edilib. Xəstəxanaya çatdırılan Şengül Zurnacı həkimlərin ilk müdaxiləsindən sonra müalicəyə alınıb. Həyatını itirən 3 nəfərin cəsədi tibbi ekspertizaya göndərilib.
Polis şübhəlinin tutulması üçün əməliyyat başladıb. Hadisə ilə bağlı başladılan istintaq davam edir.
Sonxeber.az
Telegramda izləyin
Kriminal Baxılıb: 764 Tarix: 26 avqust 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Masazırda 2 qadın qətlə yetirildi - Adları məlum oldu - Yenilənib
Masazır qəsəbəsində 2 nəfər qətlə yetirilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, bu gün Abşeron rayonu Masazır qəsəbəsində 39 və 30 yaşlı iki qadına kəsici-deşici alətlə xəsarət yetirilməsi və onların hadisə yerində ölməsi barədə polisə məlumat daxil olub. Hazırda polis əməkdaşları tərəfində
11 aprelŞəhid xanımı qətlə yetirildi - Qayınatası saxlanıldı-Foto
Bakı şəhəri, Sabunçu rayonu Ramana qəsəbəsində qətl olub. APA-ya istinadən xəbər verir ki, hadisə bu gün "Şuşa şəhərciyi"ndə qeydə alınıb. Qəsəbə sakini, 1966-cı il təvəllüdlü Adıgözəl Məmmədov gəlini, 1995-ci il təvəllüdlü Gülüzar Məmmədovanı bıçaqlayaraq öldürüb. Adıgözəl Məmmədov saxlanılıb
1 iyunƏhməd Əhmədov tibb müəssisəsindən azadlığa buraxılıb? - RƏSMİ
"Bəzi sosial şəbəkə subyektləri tərəfindən 13.02.2024-cü il tarixdə paytaxtın Xətai rayonunda 5 nəfər ailə üzvünü qəsdən öldürmüş Əhməd Əhmədovun saxlanıldığı tibb müəssisəsindən azad olunması barədə həqiqətə uyğun olmayan məlumatlar yayılıb". xəbər verir ki, bu barədə Baş Prokurorluq məluma
21 aprelBakıda ər-arvad bıçaqlandı - 18 yaşlı övladları tutuldu
Bu gün səhər saatlarında paytaxtın Binəqədi rayonunda ər və arvadı bıçaqlanıb. -a istinadən xəbər verir ki, Biləcəri qəsbəsində yerləşən mənzildə 1971-ci il təvəllüdlü kişiyə və 1978-ci il təvəllüdlü həyat yoldaşına bıçaqla xəsarət yetirilib. Hadisəni törətməkdə şübhəli bilinən, xəsarət alan şəxsləri
2 aprelHəmin şagird həbs edildi
Bakıda sinif yoldaşına yanıq xəsarəti yetirməkdə ittiham olunan məktəbli cinayət məsuliyyətinə cəlb edilib. "Qafqazinfo" xəbər verir ki, o bu gün məhkəmə qarşısına çıxarılıb. Yasamal Rayon Məhkəməsinin qərarı ilə barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Qeyd edək ki, 286 nömrəl
22 aprelTut ağacından yıxılıb öldü
Gəncə sakini ağacdan yıxılaraq ölüb. "Qafqazinfo" xəbər verir ki, hadisə şəhərin Gülüstan qəsəbəsi AKTA 6 ünvanında baş verib. Belə ki, 62 yaşlı Bəhram Aslanov tut ağacından yıxılıb və hadisə yerində vəfat edib. Faktla bağlı Gəncə şəhər prokurorluğunda araşdırma başlanılıb
13 iyun