Nəcməddin Sadıkov barəsində araşdırma aparıldığı TƏSDİQLƏNİB

Nəcməddin Sadıkov barəsində araşdırma aparıldığı TƏSDİQLƏNİBBakı Hərbi Məhkəməsində Müdafiə Nazirliyinin mənimsəməyə görə tutulmuş Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədovun cinayət işi üzrə proses davam edir.

Sonxeber.az musavat.com-a istinadən xəbər verir ki, general-mayor Məmmədov Hərbi Hava Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi polkovnik Cəlal Kazımov, Quru Qoşunların Maliyyə İdarəsinin rəisi Bayram Bayramov və Hərbi Dəniz Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi Vüsal Əlizadə ilə birgə mühakimə olunur.

Təqsirləndirilən şəxslərin hər birinə Cinayət Məcəlləsinin 179.4-cü (xüsusi ilə külli miqdarda ziyan vurmaqla mənimsəmə) maddəsi ilə ittiham irəli sürülüb.

Hakim Fikrət Əliyevin sədrliyi ilə keçirilən prosesdə sənədlərin tədqiqi davam etdirilib. Cinayət işi üzrə sübutların qiymətləndirilməsi ilə bağlı qərarlar açıqlanıb. Həmin qərarlardan birində göstərilib ki, Müdafiə Nazirliyinin sabiq Baş Qərargah rəisi Nəcməddin Sadıkov və digər şəxslərin barəsində araşdırma davam etdirilib. Bundan başqa, Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin təftiş şöbəsinin rəisi polkovnik Rəfael Xələfov, Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin Maliyyə Xidmətinin sabiq rəisi polkovnik-leytenant Rəşad Məlikzadə, maliyyə xidməti rəisi olmuş, hazırda həbsdə olan Sadıq Hacıyev və digər şəxslərin barəsində cinayət işinin ayrıca icraata götürülməsi barədə qərar elan edilib.

Daha sonra Cəlal Kazımovun vəkili Əli Adıgözəlov çıxış edərək istintaq orqanı tərəfindən müvəkkilinə 2 milyon 551 min manat məbləğində ittiham verildiyini qeyd edib. Vəkilin sözlərinə görə, ittihamda həmin məbləğin 400 min manatının Ali Hərbi Məktəbdə, qalan məbləğin isə korpusda mənimsənildiyi qeyd olunub.

Vəkil qeyd edib ki, mənimsənilən məbləğlə bağlı verilən ittiham ifadələrlə uyğun gəlmir:

"Bununla bağlı arayış hazırlamışam və onu məhkəməyə təqdim edəcəyəm".

Hakim isə deyib ki, həmin arayış məhkəməyə təqdim ediləndən sonra müşavirədə bu məsələyə qiymət veriləcək.

Nizami Məmmədovun vəkili Rəşad Mirmehdizadə bildirib ki, müvəkkilinə 18 milyon 674 min manat mənimsəmə ittihamı verilib:

"Müdafiə Nazirliyinin Katibliyinin İşlər İdarəsinə 2015-2021-ci illərdə 16 milyon 84 min 837 manat əsassız ödənişlər edilib. Maliyyə yoxlamaları 2015-2020-ci illərdə aparılıb. Bu mənimsənilən məbləğlərin bir hissəsi 2015-2017-ci illərdə Namiq Poladovun işlədiyi dövrə düşür. Namiq Poladovun şahid kimi məhkəməyə gətirilməsi ilə bağlı əlavə vəsatət verəcəyəm. O, məhkəməyə gətirilməlidir".

Daha sonra cinayət işində təqsirləndirilən şəxslərin və onların yaxın qohumlarının bəzi əmlaklarının üzərinə qoyulan həbslərin siyahısı açıqlanıb.

Məhkəmədə məlum olub ki, Cəlal Kazımova aid olan və üzərinə həbs qoyulmuş əmlakların bir neçəsi həbs olunmamışdan əvvəl müxtəlif şəxslərə satılıb. Bununla bağlı Cəlal Kazımovun vəkili Əli Adıgözəlov məhkəmənin diqqətinə çatdırıb ki, Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinə sorğu verilərsə, əmlakların nə zaman alqı-satqı olunması ilə bağlı sənədlər aydınlaşacaq.

Daha sonra Cəlal Kazımovun vəkili bildirib ki, Hərbi Hava Qüvvələrinin sabiq komandiri Ramiz Tahirov Cəlal Kazımova qarşı şəxsi-qərəz göstərərək, onun işlədiyi dövrdə heç bir tənbeh və ya töhməti olmaya-olmaya istintaq orqanına mənfi xasiyyətnamə təqdim edib:

"Biz yenidən həmin komandanlığa müraciət edərək yeni xasiyyətnamə verilməsini istəmişik. Yeni komandanın imzası ilə Cəlal Kazımova xidməti ilə bağlı xasiyyətnamə təqdim edilib. Həmin xasiyyətnamədə Cəlal Kazımov müsbət xarakterizə olunub".

Dövlət ittihamçısı bildirib ki, Cəlal Kazımovla bağlı iki xasiyyətnamə var, hər ikisi fərqlidir. O, məhkəmənin Hərbi Hava Qüvvələrinin rəhbərliyinə sorğu verilməsini, yeni xasiyyətnamə təqdim olunmasını istəyib.

Hakim Fikrət Əliyev bildirib ki, dövlət ittihamçısının vəsatəti təmin olunmur, hər iki xasiyyətnaməyə müşavirə otağında qiymət veriləcək.

Bundan sonra Nizami Məmmədovun vəkilləri məhkəməyə onun xidməti dövründə təltif olunduğu medalların siyahısını təqdim ediblər.

Həmin siyahıdan məlum olur ki, general dəfələrlə Müdafiə Nazirliyinin yubileyi və "Vətən uğrunda" medalları ilə təltif olunub.

Vəkillər qeyd ediblər ki, Nizami Məmmədov 2020-ci ildə general rütbəsi alıb.

Daha sonra vəkillər Nizami Məmmədovun xəstəliyi ilə bağlı sənədləri məhkəməyə təqdim ediblər. Hakimlər heyəti Nizami Məmmədovun vəkilləri tərəfindən təqdim olunan sənədlərin cinayət işinə əlavə olunması ilə bağlı qərar qəbul ediblər.

Qeyd edək ki, Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin (HHQ) Maliyyə Xidmətinin sabiq rəisi polkovnik Cəlal Kazımov, Quru Qoşunların maliyyə idarəsinin sabiq rəisi Bayram Bayramov, Hərbi Dəniz Qüvvələrinin maliyyə xidmətinin sabiq rəisi Vüsal Əlizadə, Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi polkovnik Mahir Şirvanov, həmçinin nazirliyin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi Məlikməmməd Qurbanov, nazirliyin mənzil istismar idarəsinin sabiq rəisi polkovnik Fikrət Mirzəyev Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi xüsusi əməliyyat nəticəsində həbs ediliblər.

Təqsirləndirilən şəxslər dövlət büdcəsindən ayrılan pulları mənimsəməkdə ittiham edilirlər.

Xatırladaq ki, cinayət işi üzrə dövlətə dəymiş ziyan 143 milyon manatdır.

Cinayət işləri ayrı-ayrı icraatlarda baxılması üçün məhkəməyə göndərilib. İstintaq dövründə dövlətə vurulmuş ümumi ziyanın 40 milyon manatı ödənilib.

Cinayət işi üzrə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb. Təqsirləndirilən şəxslərin hər biri Cinayət Məcəlləsinin 179.4-cü (xüsusi ilə külli miqdarda ziyan vurmaqla mənimsəmə törətmək) maddəsi ilə ittiham irəli sürülüb.

Proses avqustun 30-da davam etdiriləcək.


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 726   Tarix: 27 avqust 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Prezidentin həmin çıxışından - Video

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında "Avropa Siyasi Birliyi"nin 8-ci Zirvə toplantısında videobağlantı formatında çıxışına aid videoçarx paylaşılıb. "Qafqazinfo" həmin videoçarxı təqdim edir:

4 may
.

Zelenski İlham Əliyevə zəng etdi

Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Prezidentin "X" hesabında paylaşım edilib. "Telefon danışığı zamanı ölkələrimiz arasında münasibətlərin inkişafındakı müsbət dinamika məmnunluqla qeyd olunub

6 may
.

Bayramov Kallasla görüşdü - Fotolar

Xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanda səfərdə olan Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallasla görüşüb. "Qafqazinfo" xəbər verir ki, bu barədə Azərbaycan XİN-in "X" hesabında bildirilib

5 may
.

Prezidentlə xanımı Heydər Əliyevin məzarını ziyarət etdilər - Fotolar

Mayın 10-u müasir müstəqil Azərbaycanın memarı və qurucusu, xalqımızın dahi oğlu və Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü günüdür. "Qafqazinfo" xəbər verir ki, bununla əlaqədar Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 9-da Fəxr

9 may
.

Strateji tərəfdaşlığa əsaslanan Azərbaycan-İtaliya münasibətləri yeni inkişaf mərhələsindədir

Prezident İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu daxili və xarici siyasi strategiyanın, bütün sahələr üzrə aparılan davamlı islahatların və atılan cəsarətli addımların nəticəsidir ki, artıq Azərbaycan nəinki yerləşdiyi coğrafi məkanın, hətta bütövlükdə Avrasiyanın real güc mərkəzlərindən biridi

6 may
.

Prezident TƏSDİQLƏDİ - Bəzi şəxslərin təhsil haqları dövlət tərəfindən ödəniləcək

Minatəmizləmə fəaliyyəti həyata keçirən zaman həlak olmuş minatəmizləyənlərin övladlarının təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək. -a istinadən xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Vergi Məcəlləsində, "Təhsil haqqında" və "Minatəmizləmə fəaliyyəti haqqında"

5 may
.

Trampdan Çin lideri Si Cinpinə Ağ Ev dəvəti

ABŞ Prezidenti Donald Tramp ilə Çin Xalq Respublikasının Sədri Si Cinpin 8,5 ildən sonra ilk dəfə görüş keçiriblər. İki saat davam edən ikitərəfli görüşdən sonra liderlər birlikdə şam yeməyinə qatılıblar və mətbuata açıqlamalar veriblər. türk mediasına istinadən xəbər verir ki, Donald Tramp görüş zaman

14 may
.

İlham Əliyevin Meloni ilə təkbətək görüşü keçirildi - Fotolar

Prezident İlham Əliyevin İtaliya Nazirlər Şurasının sədri Ciorcia Meloni ilə təkbətək görüşü keçirilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb

4 may
.

Xalqımızın xilaskarı - Heydər Əliyev

XX əsr bəşəriyyətə çox görkəmli elm xadimləri, müdrik, təcrübəli və qətiyyətli rəhbərlər, son dərəcə bacarıqlı dövlət başçıları bəxş etmişdir. Bu gün biz fəxrlə deyə bilərik ki, belə xoşbəxt xalqlardan biri də Azərbaycan xalqıdır. May ayının 10-da 103 yaşını qeyd edəcəyimiz xalqımızın dahi şəxsiyəti

7 may