Nərminin ölümü yenidən araşdırılacaq - Baş prokuror göstəriş verdi
Ailədaxili zorakılığın və həkim səhlənkarlığının qurbanı olduğu iddia olunan Nərmin Mustafayevanın ölümü ilə bağlı xitam verilmiş cinayət işinin istintaqı yenilənib.
"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, bununla bağlı baş prokuror Kamran Əliyev göstəriş verib.
Nərminin atası Rafiq Mustafayev nümayəndəsi, hüquq müdafiəçisi Samir Zeynalovla birgə baş prokurorla Şəkidə keçirilən qəbulda görüşüb. Valideyn məlumat verib ki, əri tərəfindən şiddətə məruz qalan 20 yaşlı qızı 2023-cü ilin mayın 27-də bədənin müxtəlif nahiyələrindəki ağrılar, dəqiqləşdirilməmiş qızdırma səbəbi ilə Balakən Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Valideynin iddiasına əsasən, həkimlər gərəkli diqqət göstərmədiyi üçün qızı 3 gün sonra orada vəfat edib.
R.Mustafayevin sözlərinə görə, qızı müayinə üçün zəruri tibbi avadanlıqların olmaması və gecikən müalicə nəticəsində vəfat edib. İş üzrə 3 dəfə ekspertiza təşkil olunub. Hər 3 ekspert rəyində həkimlərin səhlənkarlığı qeyd olunsa da, istintaq orqanı rəylər arasında ziddiyyəti əsas gətirərək təkrar ekspertiza keçirilməsini zəruri sayıb. Həmin ekspertizada ölümə hər hansı xəsarətin səbəb olmadığı qeyd olunub. Eyni zamanda Nərminin bədənində olan xəsarətlərin həyat yoldaşı tərəfindən yetirilməsi araşdırılmayıb. Həmçinin ata qızının ərinin ailəsi tərəfindən həkimlərə təsir göstərildiyindən də şübhələnir.
Hadisədən sonra Balakən Rayon Prokurorluğunda həkimlərlə bağlı Cinayət Məcəlləsinin 314.2-ci ( səhlənkarlıq-ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb. Lakin həmin cinayət işinə mayın 30-da xitam verilib. Xitam qərarı işdə cinayət tərkibinin olmaması ilə əsaslandırılıb.
Ailə isə bununla razılaşmır, qızlarının ölümünə düzgün hüquqi qiymət verilmədiyini düşünürlər. Onlar bu fikirlərini respublika prokuroruna da deyiblər.
Baş prokuror valideyni dinləyib, şikayətin təkrar dərindən araşdırılması ilə bağlı prokurorlara göstəriş verib.
Qeyd edək ki, Nərmin ölümündən 2 il əvvəl ailə qurmuşdu. Onun 1 övladı yadigar qalıb. Bu hadisə ilə bağlı dəfələrlə televiziya verilişlərində müzakirə gedib. Həm Nərminin əri, həm atası açıqlamalar verib.



Sonxeber.az
Telegramda izləyin
Kriminal Baxılıb: 3536 Tarix: 29 avqust 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Qisasını qardaşı arvadının maşınından aldı - Bakıda qəribə ailə münaqişəsi
Bu günlərdə Bakı Şəhər Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinə maraqlı şikayət daxil olub. "Qafqazinfo" xəbər verir ki, polisə şikayət edən İ.Talıblı küçə sakini Şakir Məmmədov (bütün ad-soyadlar şərtidir) qardaşının məsuliyyətə cəlb edilməsini istəyib. Ş.Məmmədovun həyat yoldaş
5 sentyabrYasda gülüş üstündə QAN TÖKÜLDÜ: Bakıdakı cinayətin DETALLARI
Bakı Ağır Cinayətlər Məhkəməsində xalası oğlunu bıçaqlamaqda təqsirləndirilən Səid Babazadənin cinayət işi üzrə məhkəmə baxış iclası keçirilib. -a istinadla xəbər verir ki, hakim Hüseyn Hüseynlinin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib. Təqsirləndirilən S.Babazad
28 avqustVüsalın qətlini sifariş verənin məhkəməsi başlayır - 13 il sonra...
2013-cü ildə Qərb Universitetinin tələbəsi Vüsal Şilderin qətlini sifariş verən Xəyal Əli-Zadənin cinayət işi üzrə ibtidai istintaq başa çatıb. xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb. Azərbaycan Baş Prokurorluğunun İstintaq idarəsində cinayət işi üzrə ibtidai istintaqı
1 sentyabrYatdığı yerdə amansızlıqla öldürülən qayınatanın - Fotosu
Xəbər verdiyimiz kimi, Ağdam rayon sakini, 1969-cu il təvəllüdlü Hüseynov Zakir Cəlal oğlu mübahisə zəminində bıçaqlanaraq öldürülüb. Onun qətlində kürəkəni Qənbərov Eldəniz Elşən oğlu şübhəli bilinir. "Qafqazinfo" yatdığı yerdə amansızlıqla öldürülən Z.Hüseynovun fotosunu təqdim edir:
26 avqustBakıda 27 yaşlı oğlan öldürüldü - Qardaşı saxlanıldı
Bakıda qətl törədilib. "Qafqazinfo" xəbər verir ki, hadisə ötən gecə saat 23 radələrində Sabunçu rayonu Bakıxanov qəsəbəsində qeydə alınıb. 199-cu il təvəllüdlü Hikmət Əlipaşa oğlu Quluzadə bıçaqlanaraq qətlə yetirilib. Hadisəni törətməkdə şübhəli bilinən mərhumun qardaşı 1995-ci il təvəllüdl
22 avqustOğlu öldürülən ata qisas almağa çalışdı - 5 illik həbs edildi
Ötən ilin avqustunda Gəncədə qətlə yetirilən 15 yaşlı Tunar Məmmədovun atası həbs edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, mərhum yeniyetmənin atası 1982-ci il təvəllüdlü Etibar Məmmədov bıçaqlanma əməlinə görə cinayət məsuliyyətinə cəlb olunub. Belə ki, Tunar Məmmədov Gəncədə tərxu
8 avqustQadınla 17 yaşlı oğlu bıçaqlandı - Şübhəli əridir
Ağdaşda ana-oğul bıçaqlanıb. "Qafqazinfo" xəbər verir ki, hadisə rayonun Ləki qəsəbəsində qeydə alınıb. Aygün Əhmədovaya və oğlu 17 yaşlı F.Əhmədova bıçaq xəsarəti yetirilib. Hadisəni törətməkdə Aygün Əhmədovanın həyat yoldaşı 1967-ci il təvəllüdlü Arzu Əhmədov şübhəli bilinir. O, polis əməkdaşlar
24 avqustAzərbaycanlı tanınmış iş adamına cinayət işi açıldı
Tanınmış iş adamı, "Mayak Cargo Transportation" şirkətinin rəhbəri Saleh Ağayevə cinayət işi açılıb. xəbər verir ki, -ın əldə etdiyi məlumata görə, biznesmenə qarşı Cinayət Məcəlləsinin 128-ci maddəsi üzrə ittiham irəli sürülüb. Məlumata görə, Saleh Ağayev Masallıda baş verən davanın iştirakçıs
14 sentyabrArvadını hamının gözü qarşısında döymüşdü - Həbs edildi
Bakıda həyat yoldaşını marketdə autizmli övladının gözləri qarşısında döyən kişi saxlanılıb. "Qafqazinfo" xəbər verir ki, Nəsimi rayonunda qadının döyülməsi ilə bağlı araşdırma aparılıb. Polis əməkdaşları tərəfindən əməli törətməkdə şübhəli bilinən Səfərov soyadlı şəxs saxlanılıb. O, inzibat
21 sentyabr