Ruhlarla danışan bakılı medium: Qorbaçov KQB-nin bacarmadığı işi niyə ona tapşırdı?

Ruhlarla danışan bakılı medium: Qorbaçov KQB-nin bacarmadığı işi niyə ona tapşırdı?1989-cu il martın 30-u Voronej-Həştərxan-Bakı marşrutu ilə hərəkət edən Tu-134 təyyarəsi Bakıya eniş edir. Bu zaman bütün SSRİ-nin diqqətini çəkən hadisə baş verir. Təyyarə Bakıya eniş edən zaman onun terrorçular tərəfindən qaçırıldığı və sərnişinlərin girov götürülməsi xəbəri yayılır. Özünü terrorçuların başçısı kimi təqdim edən şəxs təyyarənin göyərtəsində partlayıcı keçirməyə nail olduğunu və tələbləri yerinə yetirilmədiyi təqdirdə təyyarənin də sərnişinlərlə birlikdə partladacağını bildirir. Və terrorçu 500 min alman markı və 500 min dollar tələb edir. Sonra isə təyyarənin Pakistana sürülməsini və orda girovları azad edəcəyini elan edir. Özünü Skok soyadlı şəxs kimi təqdim edən terrorçunu zərərsizləşdirmək üçün Alfa xüsusi qrupu əraziyə gəlsə də, sərnişinləri azad etmək üçün hazırladıqları planın heç birini Moskva təsdiq etmir.

Teleqraf.com xəbər verir ki, bunu AMEA-nın əməkdaşı, dosent Zaur Əliyev deyib.

Onun sözlərinə görə, kəşfiyyatçılar terrorçunun yalan danışdığını bildirslər də, Qorbaçov onlara bu fərziyyəni yoxlamaq üçün vaxt vermir:

"Çünki insanların həyatı təhlükə altında idi. "Görünməz müharibə" nəşrinin müəllifi İqor Prokopenko Qorbaçovun davranışını ertəsi gün Böyük Britaniyada Marqaret Tetçerlə görüşünün planlaşdırıldığı ilə öz əsərində izah edir. Qorbaçova, şübhəsiz ki, girovların ölümü lazım deyildi. Buna görə də ekstrasens qabiliyyəti olanlardan kömək istəmək qərara alınıb. KQB-nin təşəbbüsü Mixail Qorbaçov tərəfindən dəstəkləndi. Baxmayaraq ki, özü şəxsən mediumların fəaliyyətin şübhə ilə yanaşırdı.
O zaman SSRİ və dünyada fenomen insan Tofiq Dadaşova müraciət edilir. "100 Böyük Fenomen" kitabının müəllifi, yalan detektorunun yaradıcısı amerikalı alim Kliv Baxter Tofiq Dadaşovu dünyanın ən güclü mediumu adlandırıb.

Tofiq Dadaşov 1947-ci il aprelin 11-də Bakıda anadan olub. Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsini qiyabi bitirib. 1967-ci ildə Moskvaya dəvət olunub, Moskonsertdə işə qəbul edilib. 1969-ci ildən Sovet İttifaqının müxtəlif şəhərlərində müəllif proqramı ilə psixoloji təcrübələr aparıb. 1973-cü ildə SSRİ Elmlər Akademiyası nümayəndələri tərkibində "Birinci beynəlxalq psixotronik problemlərin araşdırılması konfransı"na dəvət olunub. İlk dəfə idi ki, beynəlxalq səviyyədə uzaq məsafədən telepatiya təcrübəsi keçirilirdi. Tofiq Dadaşovla təcrübəni iki məşhur tədqiqatçı, dünyanın müxtəlif ölkələrinin 300-dən çox aliminin gözü qarşısında aparılırdı. Konfransda xarici alimlər Tofiq Dadaşovun psixoloji bacarığını çox yüksək qiymətləndirdilər. Onu dünyanın ən güclü mediumu (ruhlarla insanlar arasında vasitəçilik edən adam) kimi təsdiq etdilər ki, bu da dünya mətbuatinda geniş əks-səda doğurdu.

Tofiq Dadaşov özünü Azərbaycan Xarici İşlər Nazirliyinin əməkdaşı kimi təqdim edib təyyarəyə daxil olur və terrorçu Skok onunla danışığa gedir. Baş verən hadisəni özü belə danışır:

"Mən təyyarənin pilləkəninə yaxınlaşdım. Onun ancaq saqqalını və işıldayan gözlərini görə bildim. Mən onu hara uçmaq istədiyi barədə sorğu-sual elədiyim anda, anladım ki, quldur yalan uydurur. Onun nə silahı, nə də şəriki var. Danışıq müddəti cəmisi 30 saniyədən bir az artıq çəkdi. Vəziyyəti, gəldiyim qənaəti Qorelovskiyə və Karpuxinə başa saldım. Əməliyyat rəhbərinə dedim ki, söhbət zamanı terrorçu siqaret yandıracaq və bu anda onu götürmək olar".

Zaur Əliyev qeyd edib ki, əməliyyat uğurla başa çatır və terrorçu həbs edilir: "Hər şey Tofiq Dadaşovun dediyi kimi oldu: Skokun partlayıcı qurğusu yox idi (onun rolunu adi zəngli saat oynayırdı). Üstəlik, həqiqətən də yalnız bir cinayətkar var idi. Maraqlıdır ki, Dadaşov Skokun həqiqətən siqaret çəkdiyini ancaq məxsus olduğu xüsusi istedadla bilə bilərdi".


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1146   Tarix: 30 avqust 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Prezident İlham Əliyev: "TDT çox böyük beynəlxalq nüfuza malik təşkilatdır"

"Türk Dövlətləri Təşkilatı çox böyük beynəlxalq nüfuza malik olan təşkilatdır". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən söyləyib. Dövlətimizin başçısı deyib ki, çünki müxtəlif formatlarda müzakir

17 sentyabr
.

Azərbaycanda Dövlət Suverenliyi Günü qeyd olunur

Sentyabrın 20-si Azərbaycanda Dövlət Suverenliyi Günü kimi qeyd olunur. xatırladır ki, bununla bağlı Prezident İlham Əliyev 2024-cü il sentyabrın 19-da Sərəncam imzalayıb. Ermənistanın ardıcıl təxribatlarına cavab olaraq 2020-ci il sentyabrın 27-də başlamış 44 günlük Vətən müharibəsi nəticəsində Azərbayca

20 sentyabr
.

Türk Dövlətləri Təşkilatının yalnız siyasi inteqrasiyası ilə məhdudlaşmaq olmaz - ŞƏRH

"TDT ilə bağlı bəyanatlar Türk Dövlətləri Təşkilatının maliyyə potensialı və imkanlarının qarşıdakı mərhələdə daha səmərəli şəkildə üzə çıxarılmasına yönəlib. Xoşbəxtlikdən Türk Dövlətləri Təşkilatının demək olar ki, bütün üzvləri zəngin təbii imkanlara, əlverişli coğrafi yerləşmə xüsusiyyətlərin

18 sentyabr
.

Prezident İlham Əliyev: "Regional təhlükəsizliklə bağlı məsələlər çox mühüm əhəmiyyət daşıyır"

"Ətrafımızda müharibələr gedir və bu müharibələrin nə sonu, nə də qurtaracağı görünür. Müharibələrin coğrafiyası genişlənir". AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən səsləndirib. "Döyüşə

17 sentyabr
.

Azərbaycanın TDT-də birləşdirici mövqeyi yüksəlir

Son bir neçə gün ərzində Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin dini liderlərinin, ardınca isə TDT Təhlükəsizlik Şuralarının katiblərinin Bakıda toplaşması Azərbaycanın bu müstəvidə münasibətlərinin yüksək səviyyədə, sistemli və çoxşaxəli olduğunu ortaya qoydu. Qısa müddət ərzində həm dini, hə

18 sentyabr
.

Azərbaycan Prezidenti: "BMT sistemi normal fəaliyyət göstərsəydi, ərazilərimizi güc yolu ilə geri almağa məcbur qalmazdıq"

Prezident İlham Əliyev sentyabrın 17-də TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən beynəlxalq hüququn pozulması hallarından danışıb. AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı bununla bağlı deyib: "Azərbaycan 30 il ərzində bununla üzləşib. Biz öz hüquqlarımız

17 sentyabr
.

Onlar üçün viza proseduru sadələşdirildi

Prezident İlham Əliyev 15 yaşınadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatı və festivalının keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikasına gələcək əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi haqqında Sərəncam imzalayıb. bununla bağlı -a istinadə

21 sentyabr
.

"Əsrin müqaviləsi"nin imzalanmasının 32-ci ildönümüdür

"Əsrin müqaviləsi"nin imzalanmasından 32 il ötür. xatırladır ki, sentyabrın 20-si Azərbaycanda Xəzərin milli sektorunda yerləşən "Azəri-Çıraq-Dərinsulu Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi üzrə Hasilatın Pay Bölgüsü Sazişinin ("Əsrin müqaviləsi") ildönümü və neft-qa

20 sentyabr
.

20 sentyabr - Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür

Sentyabrın 20-si Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür. Bu il Azərbaycanda Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü artıq ikinci dəfə qeyd olunur. Prezident İlham Əliyevin 2024-cu il sentyabrın 18-də imzaladığı Sərəncama əsasən, hər il sentyabrın 20-də Xankəndi, Xocalı, Xocavən

17 sentyabr