Sırskinin planı İFLASA UĞRADI - 30 min rus əsgəri hazır vəziyyətdə gözləyir...

Sırskinin planı İFLASA UĞRADI - 30 min rus əsgəri hazır vəziyyətdə gözləyir...Ukraynanın Rusiyanın diqqətini yayındırmaq üçün başlatdığı Kursk əməliyyatı gözlənilən nəticəni verməyib, rus qoşunları strateji əhəmiyyətli Pokrovska yaxınlaşıb. Mütəxəssislər hesab edirlər ki, Moskvanın 30 minə yaxın hərbi qulluqçusu hücum və döyüş əməliyyatlarına ən çox hazır olan bölmələrə yerləşdirilib.

Publika.az xəbər verir ki, bu barədə "Hürriyət" yazır.

Kiyevin Kurska qoşun göndərməklə müharibənin gedişatını dəyişməyi planlaşdırmasından üç həftədən çox vaxt keçdi və Ukrayna lideri Zelenski hər şeyin planlaşdırıldığı kimi getdiyini deyir, lakin ruslar Ukrayna daxilində irəliləməyə davam edir.

Britaniyanın BBC telekanalının məlumatına görə, Rusiya son günlər Ukraynanın Kursk bölgəsinə transsərhəd hücumunda əldə etdiyi nailiyyətləri geridə qoyaraq böyük irəliləyiş əldə edib.

ABŞ-ın "Washington Post" qəzeti də Ukraynanın Rusiya ilə oynadığı qumarın Moskvanın şərqdəki hücumunu ləngidə bilmədiyinə diqqət çəkib:

"Kiyev generalı Oleksandr Sırski nin cəsarətli planı uğursuz olarsa, Ukrayna çoxlu sayda yaxşı təlim keçmiş əsgərlərini və Kurskda yerləşdirdiyi xarici texnikanın çoxunu itirə bilər", - nəşrin müəllifləri qey ediblər.

General Sırski çərşənbə axşamı deyib:

"Kursk əməliyyatının ən mühüm məqsədlərindən biri düşməni Pokrovsk və Kuraxove istiqamətlərindən yayındırmaq idi".

Lakin görünür ki, bu məqsəd iflasa uğrayıb.

Kiyev ciddi səhv hesablama aparmış ola bilir

Rusiya qüvvələri hazırda Ukrayna ordusunun istifadə etdiyi əsas logistika mərkəzi olan Pokrovsk şəhərindən cəmi bir neçə kilometr aralıdadır.

Mühüm dəmir yolu stansiyası və əsas yolların olduğu Pokrovsk şərq cəbhəsində Ukrayna qoşunları üçün mühüm təchizat və möhkəmləndirmə məntəqəsidir.

Analitiklər Kiyevin ciddi səhv hesablama aparmasından narahatdırlar və ordunun şərq cəbhəsinə əlavə qüvvələr göndərmək əvəzinə Kurska qoşun yeritdiyini və bununla da Pokrovsk və Ukraynanın digər mühüm şəhərlərini müdafiəsiz qoyduğunu bildiriblər.

Pokrovsk kritik önəmə sahibdir

Pokrovsk və ona bitişik Myrnohrad Donetsk vilayətinin həmin hissəsində Ukraynanın nəzarətində qalan sonuncu böyük şəhərlərdir. Ona görə də bu, hər iki tərəf üçün strateji əhəmiyyət kəsb edir. BBC-nin məlumatına görə, Pokrovsk döyüşü əslində Ukraynanın aylarla davam edən qanlı qarşıdurmadan sonra uduzduğu Avdiivka döyüşünün davamıdır.

Avdiivkanın süqutu Ukrayna üçün ciddi itki idi, indi belə bir sonun Pokrovskda baş verə biləcəyi düşünülür.

Rusiya 30 min əsgərini hazır vəziyyətdə saxlayır

Rusiya çoxdan Pokrovski əsas hədəflərindən biri hesab edir və aylardır yavaş-yavaş ona doğru irəliləyir. Ekspertlər hesab edirlər ki, Moskva Mərkəzi Ordu Qrupunun təxminən üçdə birini və ya 30 minə yaxın əsgərini özünün ən hücum və döyüşə hazır ehtiyatlarına yerləşdirib.

Rusiya da güclü sürüşmə bombalarından istifadə edərək, Ukraynanı qoşunlarını cəbhə xəttindən çıxarmağa məcbur edir.


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1571   Tarix: 02 sentyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Prezident İlham Əliyev: "TDT çox böyük beynəlxalq nüfuza malik təşkilatdır"

"Türk Dövlətləri Təşkilatı çox böyük beynəlxalq nüfuza malik olan təşkilatdır". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən söyləyib. Dövlətimizin başçısı deyib ki, çünki müxtəlif formatlarda müzakir

17 sentyabr
.

Azərbaycanda Dövlət Suverenliyi Günü qeyd olunur

Sentyabrın 20-si Azərbaycanda Dövlət Suverenliyi Günü kimi qeyd olunur. xatırladır ki, bununla bağlı Prezident İlham Əliyev 2024-cü il sentyabrın 19-da Sərəncam imzalayıb. Ermənistanın ardıcıl təxribatlarına cavab olaraq 2020-ci il sentyabrın 27-də başlamış 44 günlük Vətən müharibəsi nəticəsində Azərbayca

20 sentyabr
.

Türk Dövlətləri Təşkilatının yalnız siyasi inteqrasiyası ilə məhdudlaşmaq olmaz - ŞƏRH

"TDT ilə bağlı bəyanatlar Türk Dövlətləri Təşkilatının maliyyə potensialı və imkanlarının qarşıdakı mərhələdə daha səmərəli şəkildə üzə çıxarılmasına yönəlib. Xoşbəxtlikdən Türk Dövlətləri Təşkilatının demək olar ki, bütün üzvləri zəngin təbii imkanlara, əlverişli coğrafi yerləşmə xüsusiyyətlərin

18 sentyabr
.

Prezident İlham Əliyev: "Regional təhlükəsizliklə bağlı məsələlər çox mühüm əhəmiyyət daşıyır"

"Ətrafımızda müharibələr gedir və bu müharibələrin nə sonu, nə də qurtaracağı görünür. Müharibələrin coğrafiyası genişlənir". AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən səsləndirib. "Döyüşə

17 sentyabr
.

Azərbaycanın TDT-də birləşdirici mövqeyi yüksəlir

Son bir neçə gün ərzində Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin dini liderlərinin, ardınca isə TDT Təhlükəsizlik Şuralarının katiblərinin Bakıda toplaşması Azərbaycanın bu müstəvidə münasibətlərinin yüksək səviyyədə, sistemli və çoxşaxəli olduğunu ortaya qoydu. Qısa müddət ərzində həm dini, hə

18 sentyabr
.

Azərbaycan Prezidenti: "BMT sistemi normal fəaliyyət göstərsəydi, ərazilərimizi güc yolu ilə geri almağa məcbur qalmazdıq"

Prezident İlham Əliyev sentyabrın 17-də TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən beynəlxalq hüququn pozulması hallarından danışıb. AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı bununla bağlı deyib: "Azərbaycan 30 il ərzində bununla üzləşib. Biz öz hüquqlarımız

17 sentyabr
.

Onlar üçün viza proseduru sadələşdirildi

Prezident İlham Əliyev 15 yaşınadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatı və festivalının keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikasına gələcək əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi haqqında Sərəncam imzalayıb. bununla bağlı -a istinadə

21 sentyabr
.

"Əsrin müqaviləsi"nin imzalanmasının 32-ci ildönümüdür

"Əsrin müqaviləsi"nin imzalanmasından 32 il ötür. xatırladır ki, sentyabrın 20-si Azərbaycanda Xəzərin milli sektorunda yerləşən "Azəri-Çıraq-Dərinsulu Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi üzrə Hasilatın Pay Bölgüsü Sazişinin ("Əsrin müqaviləsi") ildönümü və neft-qa

20 sentyabr
.

20 sentyabr - Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür

Sentyabrın 20-si Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür. Bu il Azərbaycanda Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü artıq ikinci dəfə qeyd olunur. Prezident İlham Əliyevin 2024-cu il sentyabrın 18-də imzaladığı Sərəncama əsasən, hər il sentyabrın 20-də Xankəndi, Xocalı, Xocavən

17 sentyabr