Ermənistan prezidentinin xanımı özünü reklam etməyi xoşlamır...-Bəs birinci xanım kimdir?..

Ermənistan prezidentinin xanımı özünü reklam etməyi xoşlamır...-Bəs birinci xanım kimdir?.."Buna baxmayaraq, 2018-ci ildən Nikol Paşinyanın həyat yoldaşı nəinki birinci ledi titulunu özündə saxladı, həm də ölkəni ərinin yox, özü idarə etdiyi görüntüsünü yaratmaq üçün hər şeyi etdi..."

"Öyrəndik ki, Ermənistanın birinci xanımı Minasyan dövlətin ona təqdim etdiyi xidmətlərdən belə istifadə etmir: köməkçi, ofis və s...)

"Baş nazir Paşinyan mətbuat konfranslarının birində "Ölkənin birinci xanımı kimdir: baş nazirin və ya prezidentin arvadı?" sualına cavab verərkən bildirmişdi ki, hər bir erməni kişisi üçün birinci xanım onun arvadı, onun anasıdır. Lakin Ermənistan konstitusiyasında birinci xanımın baş nazirin deyil, ölkə prezidentinin arvadı olduğu deyilir".

Moderator.az xəbər verir ki, bunu səhər saatlarında "Hraparak" yazır.

"Buna baxmayaraq, 2018-ci ildən Nikol Paşinyanın həyat yoldaşı nəinki birinci ledi titulunu özündə saxladı, həm də ölkəni ərinin yox, özü idarə etdiyi görüntüsünü yaratmaq üçün hər şeyi etdi. Ermənistan baş prokuroru ilə sosial işlər nazirinin xanım Anna Akopyan hansısa tədbirə onlarla birlikdə girməyə gələnə qədər qapıda yetim kimi gözləmələrinin səbəbi də budur"- davamında belə yazan erməni nəşri tərəfindən Paşinyanın həyat yoldaşının sahibi olduğu fonddan ünvanlanan bütün yazışmalarda özünü birinci xanım kimi təqdim etdiyi iddia olunur.

"Bu yaxınlaradək "Mənim addımım" fondundan və ya Anna Akopyanın səhifəsindən bizə elektron poçtla göndərilən bütün məktubların altında belə imza atılır:

"Anna Akopyan
birinci xanım"

Əslində, bu, təkcə həyasızlıq deyil, həm də özünü doğrultmaqdır. Anna Akopyan özünü internetdə göstərməyi xoşlayır: o, gündəlik həyatına aid müxtəlif foto və videolar dərc edir, müxtəlif görüşlərdə iştirak edir, konfranslar təşkil edir, yüksək vəzifəli dövlət məmuru kimi ezamiyyətlərə gedir. Bazar günü o, hüquq müdafiəçisi Anahit Manasyan və baş prokuror Anna Vardapetyanla bəzi ərəb iş adamları ilə nahar edib və onlar şənlik zamanı mahnı oxuyublar. O, velosiped sürmək adı altında yarıçılpaq bədənini göstərməkdən çəkinmir. Görünür, Akopyan Paşinyan hakimiyyətindən narazı olan insanları qəzəbləndirmək, qızışdırmaq, ələ salmaq, ictimaiyyətin tələblərinə, ölkədə baş verən fəlakətli hadisələrə biganəlik nümayiş etdirmək üçün hər şeyi edir.

Bir tərəfdə - 5 min qara paltarlı ana, digər tərəfdə - yarı ac, evsiz-eşiksiz 120 min məcburi köçkün artsax vətəndaşı, məhbuslar, itkinlər, əlillər, etibarsız insanlar, gələcəyin qeyri-müəyyənliyi, getdikcə artan Azərbaycan tələbləri və gün keçdikcə daha küstah və bu zəngin isveçrə həyatı, əyləncəli, güvənli və müvəffəqiyyətli bir ölkənin hökuməti kimi görünən qurum...

Və bunun əksinə olaraq, ölkənin birinci xanımı Vaaqn Xaçaturyanın həyat yoldaşı Anahit Minasyanın gözəgörünməz və təvazökar davranışı. Ermənistan prezidentinin həyat yoldaşını demək olar ki, heç kim üzdən tanımır. O, yalnız bir dəfə, ərinin andiçmə mərasimi zamanı ictimai arenada görünüb. Və artıq zahiri görkəmindən məlum idi ki, onun heç bir xüsusi hazırlığı yoxdur və ictimaiyyətin diqqət mərkəzində olmağı sevmir. Pis dillər deyir ki, o, hətta ərinin prezident olmasına qarşı olub. Amma bəli, qadınlar yaxşı həyata, şöhrətə tez alışırlar və xanım Xaçaturyan da tez Anna Akopyan roluna girə bilərdi: tədbirlərdə və konsertlərdə iştirak edər, toylara gedər, nitq söyləyər, camaata dərs deyər, həm də guya xeyriyyə adı altında hansısa layihələr həyata keçirən varlıların, oliqarxların vəsaiti hesabına fond yarada bilərdi. Amma Vaaqn Xaçaturyanın seçilməsindən 2 ildən çox vaxt keçsə də, hələ belə bir şey müşahidə olunmayıb...

Öyrəndik ki, Ermənistanın birinci xanımı Minasyan dövlətin ona təqdim etdiyi xidmətlərdən belə istifadə etmir: köməkçi, ofis və s. Qeyd edə bilərik ki, Anahit Minasyan Anna Akopyanın əksidir. Prezident aparatından soruşduq ki, niyə prezidentin xanımı mərasim tədbirləri zamanı ərinin yanında olmur, niyə ona təqdim olunan xidmətlərdən istifadə etmir?

Prezidentin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Ağasi Mikayelyan "Hraparak"a müsahibəsində belə dedi: "Prezident Vaaqn Xaçaturyanın həyat yoldaşı kifayət qədər təvazökardır, bəli, onun köməkçiləri yoxdur və buna ehtiyac da görmür. Bu, ailə ilə bağlı çox özəl sualdır. Prezidentin xanımı ictimai işlərə qarışmamağa, mediada özünü tanıtmamağa, səsini ucaltmamağa, özünü göstərməməyə üstünlük verir. O, öz fəaliyyətini bütün maraqlı gözlərdən uzaq aparır. Səhv etmirəmsə, pedaqoqdur. O ki qaldı tədbirlərdə iştiraka, mən bunu deyim: istəmir, iştirak etmir. Burada heç bir səbəb yoxdur, səsini ucaldaraq fəaliyyət göstərməyi lazımsız hesab edir. Bu, çox insani, prinsipial və fərdi yanaşmadır və hesab edirəm ki, biz buna hörmətlə yanaşmalıyıq. Hər bir şəxs ictimai fəaliyyətini işıqlandırıb-yaratmamaq, ictimailəşdirmək və ya açıqlamamaq barədə özü qərar verir. Əgər xanımın qərarı belədirsə, məncə o məsələ müzakirə olunmamalıdır. Aydındır ki, o, prezidentin həyat yoldaşıdır, amma söhbət təvazökarlıqdan gedir, onun ictimai tanınma ambisiyaları yoxdur"- deyə "Hraparak" yekinlaşdırır.


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1164   Tarix: 04 sentyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Prezident İlham Əliyev: "TDT çox böyük beynəlxalq nüfuza malik təşkilatdır"

"Türk Dövlətləri Təşkilatı çox böyük beynəlxalq nüfuza malik olan təşkilatdır". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən söyləyib. Dövlətimizin başçısı deyib ki, çünki müxtəlif formatlarda müzakir

17 sentyabr
.

Azərbaycanda Dövlət Suverenliyi Günü qeyd olunur

Sentyabrın 20-si Azərbaycanda Dövlət Suverenliyi Günü kimi qeyd olunur. xatırladır ki, bununla bağlı Prezident İlham Əliyev 2024-cü il sentyabrın 19-da Sərəncam imzalayıb. Ermənistanın ardıcıl təxribatlarına cavab olaraq 2020-ci il sentyabrın 27-də başlamış 44 günlük Vətən müharibəsi nəticəsində Azərbayca

20 sentyabr
.

Türk Dövlətləri Təşkilatının yalnız siyasi inteqrasiyası ilə məhdudlaşmaq olmaz - ŞƏRH

"TDT ilə bağlı bəyanatlar Türk Dövlətləri Təşkilatının maliyyə potensialı və imkanlarının qarşıdakı mərhələdə daha səmərəli şəkildə üzə çıxarılmasına yönəlib. Xoşbəxtlikdən Türk Dövlətləri Təşkilatının demək olar ki, bütün üzvləri zəngin təbii imkanlara, əlverişli coğrafi yerləşmə xüsusiyyətlərin

18 sentyabr
.

Prezident İlham Əliyev: "Regional təhlükəsizliklə bağlı məsələlər çox mühüm əhəmiyyət daşıyır"

"Ətrafımızda müharibələr gedir və bu müharibələrin nə sonu, nə də qurtaracağı görünür. Müharibələrin coğrafiyası genişlənir". AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən səsləndirib. "Döyüşə

17 sentyabr
.

Azərbaycanın TDT-də birləşdirici mövqeyi yüksəlir

Son bir neçə gün ərzində Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin dini liderlərinin, ardınca isə TDT Təhlükəsizlik Şuralarının katiblərinin Bakıda toplaşması Azərbaycanın bu müstəvidə münasibətlərinin yüksək səviyyədə, sistemli və çoxşaxəli olduğunu ortaya qoydu. Qısa müddət ərzində həm dini, hə

18 sentyabr
.

Azərbaycan Prezidenti: "BMT sistemi normal fəaliyyət göstərsəydi, ərazilərimizi güc yolu ilə geri almağa məcbur qalmazdıq"

Prezident İlham Əliyev sentyabrın 17-də TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən beynəlxalq hüququn pozulması hallarından danışıb. AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı bununla bağlı deyib: "Azərbaycan 30 il ərzində bununla üzləşib. Biz öz hüquqlarımız

17 sentyabr
.

Onlar üçün viza proseduru sadələşdirildi

Prezident İlham Əliyev 15 yaşınadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatı və festivalının keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikasına gələcək əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi haqqında Sərəncam imzalayıb. bununla bağlı -a istinadə

21 sentyabr
.

"Əsrin müqaviləsi"nin imzalanmasının 32-ci ildönümüdür

"Əsrin müqaviləsi"nin imzalanmasından 32 il ötür. xatırladır ki, sentyabrın 20-si Azərbaycanda Xəzərin milli sektorunda yerləşən "Azəri-Çıraq-Dərinsulu Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi üzrə Hasilatın Pay Bölgüsü Sazişinin ("Əsrin müqaviləsi") ildönümü və neft-qa

20 sentyabr
.

20 sentyabr - Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür

Sentyabrın 20-si Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür. Bu il Azərbaycanda Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü artıq ikinci dəfə qeyd olunur. Prezident İlham Əliyevin 2024-cu il sentyabrın 18-də imzaladığı Sərəncama əsasən, hər il sentyabrın 20-də Xankəndi, Xocalı, Xocavən

17 sentyabr