Rafiq Quliyev yenidən qanunsuz tikintiyə icazə verdi….-VİDEO

Rafiq Quliyev yenidən qanunsuz tikintiyə icazə verdi….-VİDEOBakının Xətai rayonu, Sadıqcan küçəsindən keçən su kəmərinin üzərində obyekt tikildiyi bildirilir.

Məlumata görə təhlükəli vəziyyət yaradan tikili eyni zamanda piyada səkisini də zəbt edib.

Məsələni araşdırmaq üçün saytımız tərəfindən Xətai Rayon İcra Hakimiyyətinə, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, eləcə də Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində İri Şəhərlərin Birləşmiş Su Təchizatına sorğu ünvanlanıb.

Xatırlatma: Xətai Bakıda qeyri-qanuni tikililərə görə ən çox adı hallanan rayondur. RİH əməkdaşları isə mətbuata açıqlamalarında tikililərin mülkiyyət sənədlərinin olduğunu bildirirlər. Qeyd olunur ki, COP29 ərəfəsində obyektlərdə təmir-bərpa işləri həyata keçirilir. Vətəndaşlar isə qeyd edirlər ki, sahibkarlar yaranmış vəziyyətdən sui-istifadə edirlər, səkiləri, dayanacaqları zəbt edirlər, rayon rəhbərliyi isə tədbir görmür. Dövlət Şəhərsalma və Arxitektura Komitəsi də RİH-in "qanunidir" dediyi bəzi obyektlərlə bağlı "qanunsuzdur" cavabını verir.

Qeyd: 2024-cü ilin iyul ayında Bakı Şəhər İcra Hakimiyyətində paytaxt Rayon İcra Hakimiyyətlərinin və şəhərin təsərrüfat xidmətləri rəhbərlərinin iştirakı ilə keçirilən geniş müşavirədə Xətai RİH başçısı Rafiq Quliyevə ciddi xəbərdarlıq edilmişdi. Buna səbəb qeyri-yaşayış obyektlərinin fasadlarının və mövcud hasarların vəziyyətinin qeyri-qənaətbəxş olması idi. Avqustun 21-də növbəti dəfə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən paytaxt Rayonları İcra Hakimiyyətləri başçıları və şəhərin təsərrüfat xidmətləri rəhbərlərinin iştirakı ilə müşavirə keçirilib. Müşavirədə bundan əvvəl Xətai RİH ilə birgə xəbərdarlıq alan Binəqədi və Yasamal rayonlarında pozitiv dəyişikliklərin müşahidə edildiyi bildirilsə də, Xətainin adı çəkilməyib. R.Quliyev 1997-ci ildən RİH-də çalışır. Həmin illərdə o, ümumi şöbədə müfəttiş, 2003-cü ildən müfəttiş-inspektor, 2006-cı ildən 2012-ci ilədək həmin şöbənin müdiri vəzifələrində çalışıb. 21 may 2012-ci ildən 19 dekabr 2013-cü ilədək başçının müavini, 2013-cü il dekabrından 12 noyabr 2019-cu il tarixədək başçının 1-ci müavini vəzifəsində çalışıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 12 noyabr 2019-cu il tarixli müvafiq Sərəncamı ilə Xətai rayon İcra Hakimiyyətinin başçısı təyin olunub./pravda.az


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1280   Tarix: 04 sentyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Küçədə çəkilən görüntülərin sosial şəbəkədə paylaşılması şəxsi həyatın toxunulmazlığını pozurmu? - AÇIQLAMA

Son illər sosial şəbəkələrdə küçədə çəkilən video və fotoların sürətlə yayılması şəxsi həyatın toxunulmazlığı ilə bağlı müzakirələri artırıb. Xüsusilə insanların xəbəri olmadan görüntülərinin paylaşılması cəmiyyət arasında narahatlıq doğurur. Bəs bu cür paylaşımlar Azərbaycan qanunvericiliyinə görə hüqu

30 yanvar
.

Bakıda ilk dəfə yerli və xarici sosial layihələr qiymətləndiriləcək

Bu il keçiriləcək II "SOCGOV 2025: Süni zəka İnsan və Transformasiya üçün" 2026 çərçivəsində Azərbaycandan və digər ölkələrdən sosial layihələrin qiymətləndirilməsi nəzərdə tutulur. xəbər verir ki, bunu DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov 2025-ci ilin yekunları ilə bağl

30 yanvar
.

Bakıda binada blok çökdü: Sakinlər evdən çıxa bilmirlər (VİDEO)

Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "V" yaşayış sahəsində binaların birində birinci mərtəbədə blok çöküb. xəbər verir ki, bu barədə -a sakinlər müraciət ediblər. Sakinlər qeyd ediblər ki, birinci və ikinci mərtəbədə yaşayanlar binadan çıxa bilmirlər. Bunun üçün liftlə yuxarı qalxıb, yenidə

30 yanvar
.

Azərbaycanda aktiv fəaliyyətdə olan vəkillərin sayı açıqlanıb

Hazırda Azərbaycanda aktiv fəaliyyət göstərən vəkillərin sayı 2706 nəfərdir. xəbər verir ki, bu barədə Vəkillər Kollegiyasının sədri Anar Bağırov Vəkillər Kollegiyası üzvlərinin konfransı zamanı məlumat verib. Onun sözlərinə görə, vəkilliyə test üsulu ilə qəbul 2004-cü ildən tətbiq olunur:. "2004-2018-c

31 yanvar
.

Bölgələrdə güclü külək əsir

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata əsasən, ölkə ərazisində əsasən yağmursuz hava şəraiti müşahidə olunur, bəzi yerlərdə isə cənub-qərb küləyi əsir. Belə ki, küləyin maksimal sürəti Kəlbəcərdə 20, Lerik, Şamaxı və Qobustanda 19

31 yanvar
.

Onlar bu gün imtahan verir

Bu gün eksternlər üçün aralıq imtahanları keçirilir. "Qafqazinfo" xəbər verir ki, əvvəlki illərdə ümumi təhsil müəssisələrini ümumi orta (IX) və tam orta (XI) təhsil səviyyələri üzrə başa vura bilməyən şəxslər üçün eksternat qaydada keçiriləcək imtahanlara sənəd qəbulu artıq yekunlaşıb. Car

31 yanvar
.

ABŞ Konqres Nümayəndələr Palatasının Xarici məsələlər komitəsinin çoxluğunun peşəkar heyət üzvləri Milli Məclisdə olublar

Yanvarın 31-də Amerika Birləşmiş Ştatları Konqresi Nümayəndələr Palatasının Xarici məsələlər komitəsinin çoxluğunun peşəkar heyət üzvləri Milli Məclisdə olublar. Görüşdə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, ABŞ-la parlamentlərarası əlaqələr üzrə işç

31 yanvar
.

Generalların polkovnik qardaşı vəfat etdi

Silahlı Qüvvələrin Hərbi Akademiyasının müəllimi polkovnik Telman İzzət oğlu Orucov vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə onun yaxınları sosial şəbəkədə məlumat paylaşıblar. Bildirilib ki, 64 yaşlı polkovnik bu gün uzunsürən xəstəlik səbəbindən həyatını itirib. Qeyd edək ki, Telma

31 yanvar
.

Ölkənin ən gənc generalı Elxan Məmmədovun oğludur? - Maraqlı detallar

Dövlət Gömrük Komitəsinin general-mayor ali xüsusi rütbəsi verilən 34 yaşlı əməkdaşı Fuad Elxan oğlu Məmmədov barəsində maraqlı məlumatlar yayılıb. "Unikal"a istinadən xəbər verir ki, F.Məmmədov 2025-ci ilin mart ayında Dövlət Gömrük Komitəsi sədrinin müavini təyin edilib. Həmin vaxt o, gömrü

30 yanvar