İnsanlar niyə adlarını dəyişirlər? - AÇIQLAMA
Ad və soyad insanın şəxsiyyətinin, sosial kimliyinin və cəmiyyətdə qəbulunun əsas elementlərindən biridir. Ötən il ölkədə 917 nəfərin adını dəyişməsi bu mövzunun təkcə hüquqi deyil, eyni zamanda sosial və psixoloji tərəflərinin də olduğunu göstərir. Bəs, insanlar hansı səbəblərlə ad və soyadlarını dəyişməyə üstünlük verirlər? Bu tendensiyanın arxasında hansı sosial faktorlar dayanır?
Mövzu ilə bağlı Sonxeber.az-a sosioloq Üzeyir Şəfiyev danışıb.
O, açıqlamaında qeyd edib ki, Advermə komissiyası verilən adların mənalı olmasına nəzarət etməli və mürəkkəb, köhnəlmiş və ya aktuallığını itirmiş adlara yol verməməlidir:
"Adlar valideynlər tərəfindən övladlara verilən ilk dəyərli hədiyyədir. Onlar uşağın sosiallaşmasına, xarakterinin formalaşmasına və hədəflərinin müəyyən edilməsinə təsir göstərir. Buna görə adlar mahiyyətli, lakonik və mənalı olmalıdır ki, uşaq ətrafındakı insanlar tərəfindən stereotiplərə və təhqirlərə məruz qalmasın.
Valideynlər bəzən fərqinə varmadan serial qəhrəmanlarının adlarını seçirlər, halbuki həmin obrazların mənfi tərəfləri də ola bilər. Adların psixoloji təsiri olduğundan, seçimi diqqətlə etmək vacibdir. Advermə komissiyası verilən adların mənalı olmasına nəzarət etməli və mürəkkəb, köhnəlmiş və ya aktuallığını itirmiş adların yol verməməlidir.
Bundan heç də az əhəmiyyət kəsb etməyən məsələ -ov və -ev sonluqları ilə bitən soyadlardır. Çox istəyərdim ki, ölkə səviyyəsində bu birmənalı şəkildə yığışdırılsın. Bəli, icazə verilir ki, hər kəs soyadın dəyişə bilər. Amma güman edirəm ki, bu birmənalı yanaşmayla həll olunacaq. Çünki, bəzən, insan fərdi qaydada öz soyadın dəyişdikdən sonra problemlər ortaya çıxır. Ona görə də belə soyadlar yığışdırılmalı və milli soyadlarımız qayatarılmaldır".
Vüsalə İbrahimli
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1443 Tarix: 30 yanvar 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycanda evlənmək istəyənlər niyə azalır? - Video
Baku TV-nin "Aktual Gündəm" verilişinin yeni buraxılışı yayımlanıb. Azərbaycanda nikahların sayı kəskin enib: evlənmək istəyənlər niyə azalır?. TDT-nin gənclər strategiyası: milli dəyərlər necə qorunacaq?. Paşinyanın ikili siyasətinin pərdəarxası: Fransa Cənubi Qafqazda itirdiyi təsiri ger
20 sentyabrİşsiz şəxslərin diqqətinə: 478 manat...
Bu il sentyabr ayının 1-i vəziyyətinə Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarında qeydiyyata alınmış işsiz şəxslərin sayı 247,7 min nəfər olub. xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Bildirilib ki, onların 53,1 faizini qadınlar təşkil edib. İşsizlikdən sığorta ödənişini
20 sentyabrBu şəxslər hərbi xidmət keçmədən "yararlı" bilet ala bilər
Azərbaycan Respublikasının "Hərbi vəzifə və hərbi xidmət haqqında" Qanununa əsasən, həqiqi hərbi xidməti keçmədən (sülh dövründə xidmət etmədən) ehtiyatda olanlar üçün hərbi bilet almaq mümkündür. Lakin sənəddə xidmətə "yararlı" statusunun saxlanılaraq hərbi bilet verilməsi yalnı
20 sentyabrQarabağda 23 saat 43 dəqiqə: Separatizmin sonu, suverenliyin tam bərpası
2023-cü il sentyabrın 19-u Azərbaycan tarixində sadəcə növbəti hərbi hadisənin başlanğıcı kimi deyil, üç onillikdən artıq davam edən separatizm probleminin son mərhələsinə qədəm qoyulduğu gün kimi yadda qaldı. Sentyabrın 20-də isə Azərbaycan Ordusunun lokal xarakterli antiterror tədbirləri nəticəsind
19 sentyabrAzərbaycan tikinti şüşəsinin istehsalını avqustda 14 %-dən çox artırıb
Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 6 milyon 495 min kvadratmetr tikinti şüşəsi istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3 % azdır. Təkcə avqustda isə ölkədə 789 min kvadratmetr tikinti şüşəsi istehsa
20 sentyabrAzərbaycan mis məftil istehsalını 10 dəfədən çox artırıb
Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 363 ton mis məftil istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 10,2 dəfə çoxdur. Təkcə avqustda isə ölkədə 56,8 ton mis məftil istehsal edilib. Ötən ilin avqust ayında istehsa
19 sentyabr