Zəngəzur dəhlizi açılmasa Dərələyəz alternativ yol kimi VERİLƏCƏK? - ŞƏRH

Zəngəzur dəhlizi açılmasa Dərələyəz alternativ yol kimi VERİLƏCƏK? - ŞƏRHXəbər verdiyimiz kimi, Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov bildirmişdi ki, tərəflər nəqliyyat marşrutları, o cümlədən Azərbaycanı Naxçıvanla birləşdirən marşrutlar məsələsini sonrakı mərhələdə - sülh müqaviləsi imzalandıqdan sonra həll etmək barədə razılığa gəliblər. Ermənistan Xarici İşlər Nazirliyi Azərbaycan tərəfi ilə qarşılıqlı razılaşma əsasında sülh müqaviləsi layihəsindən regional kommunikasiyalar maddəsinin çıxarıldığını təsdiqləyib.

Bildiyimiz kimi, Zəngəzur dəhlizinin açılması məsələsi yubanır. Paşinyan hakimiyyəti nə Qazaxın 3 kəndi və Kərkidən danışır, nə də Zəngəzur dəhlizi ilə bağlı danışıqlara gedir. Naxçıvana gediş-gəlişin təmin edilməsi məqsədilə ilk olaraq İran üzərindən alternativ yol təklif edilmişdi. Amma bu gün alternativ olaraq Dərələyəz yolu gündəmə gəlib. Zəngəzur dəhlizi açılmasa Dərələyəz alternativ yol kimi verilə bilərmi? Əgər bu baş verərsə, Dərələyəz yoluna kim nəzarət edəcək?

Mövzunu Sonxeber.az-a şərh edən siyasi şərhçi Faiq Ələkbərli bildirib ki, burada əsas məsələ kimi ilk növbədə Azərbaycan torpaqlarının bütöv şəkildə nəzərdə keçirməliyik:

" Naxçıvan və Zəngilan arasındakı torpaqlar da Azərbaycanın tarixi əraziləridir. Sadəcə olaraq sovet Rusiyası bu torpaqları vaxtilə Ermənistana peşkəş edib. Bu o demək deyil ki, Naxçıvan və Zəngilan arasında heç bir əlaqə olmamalıdır. Əslində əvvəllər həmin əlaqə var idi. Sovet Rusiyası bu torpaqları bilərəkdən Ermənistana versə belə, yenə də azərbaycanlılar öz torpaqlarına gedə bilirdilər. İndiki halda isə Zəngəzur ilə bağlı müəyyən məsələlər ortaya çıxdı. Bəyannamədə olan Zəngəzur dəhlizinin açılması məsələsinin sonradan gündəmə gəlməsi və müzakirəsi yarandığı üçün indiki məqamda alternativ yollar düşünülür. Onlardan biri də Dərələyəzdir. Dərələyəz də Azərbaycanın torpaqları olub. Ona görə də Zəngəzur məsələsində müəyyən mənada təxirəsalınma varsa yaxud sülh sazişindən sonra bu məsələyə baxılması iddia olunursa, alternativləri düşünə bilərik".

Siyasi şərhçinin sözlərinə görə, Dərələyəz üzərindən Naxçıvan və Zəngilan arasında Zəngəzur yerinə Dərələyəz yolundan istifadə etmək mümkündür. Ermənistan Fransanın və ABŞ-nin təsiri altında olmasa, Dərələyəz yoluna Azərbaycan və Ermənistan birlikdə nəzarət edə bilər. Bu olacaqsa, Azərbaycanın öz sözü olacaq:

"Bu yoldan azərbaycanlılar istifadə edəcək. Yolun nəzarəti bu baxımdan Azərbaycanın üzərinə düşür. Ancaq rəsmi olaraq Dərələyəz Ermənistana aid hesab olunduğu üçün Ermənistanın belə burada nəzarəti ola bilər. Eyni zamanda üçüncü tərəf kimi bəzi qüvvələrin iştirakı Azərbaycan və Ermənistan arasında qarşılıqlı anlaşma şəklində ola bilər. Şübhəsiz ki, bununla bağlı Rusiya da sakit dayanmayacaq. Dərələyəz yolunun ortaya çıxması onu göstərir ki, rəsmi Bakı bütün hallarda Naxçıvan və Zəngilan arasındakı yolu bərpa etmək istəyir və bu olmalıdır. Başqa yol mümkün deyil. Əgər dediyimiz kimi, sovet dönəmində hər hansı bir formada yol var idisə, bu indi olmalıdır. Alternativ yolun olması Ermənistanın özünə xəbərdarlıqdır. Azərbaycanlılar öz torpaqlarına sərbəst şəkildə gedib gəlməlidirlər. Burada bir qüvvənin diqtəsindən söz gedə bilməz. Bu və ya digər hallarda Zəngəzur, Dərələyəz yolunun fərqi yoxdur. Yolun açılması mütləq gerçəkləşəcək".

Sevda Səfərova


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 6014   Tarix: 05 sentyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Prezident İlham Əliyev: "TDT çox böyük beynəlxalq nüfuza malik təşkilatdır"

"Türk Dövlətləri Təşkilatı çox böyük beynəlxalq nüfuza malik olan təşkilatdır". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən söyləyib. Dövlətimizin başçısı deyib ki, çünki müxtəlif formatlarda müzakir

17 sentyabr
.

Azərbaycanda Dövlət Suverenliyi Günü qeyd olunur

Sentyabrın 20-si Azərbaycanda Dövlət Suverenliyi Günü kimi qeyd olunur. xatırladır ki, bununla bağlı Prezident İlham Əliyev 2024-cü il sentyabrın 19-da Sərəncam imzalayıb. Ermənistanın ardıcıl təxribatlarına cavab olaraq 2020-ci il sentyabrın 27-də başlamış 44 günlük Vətən müharibəsi nəticəsində Azərbayca

20 sentyabr
.

Türk Dövlətləri Təşkilatının yalnız siyasi inteqrasiyası ilə məhdudlaşmaq olmaz - ŞƏRH

"TDT ilə bağlı bəyanatlar Türk Dövlətləri Təşkilatının maliyyə potensialı və imkanlarının qarşıdakı mərhələdə daha səmərəli şəkildə üzə çıxarılmasına yönəlib. Xoşbəxtlikdən Türk Dövlətləri Təşkilatının demək olar ki, bütün üzvləri zəngin təbii imkanlara, əlverişli coğrafi yerləşmə xüsusiyyətlərin

18 sentyabr
.

Prezident İlham Əliyev: "Regional təhlükəsizliklə bağlı məsələlər çox mühüm əhəmiyyət daşıyır"

"Ətrafımızda müharibələr gedir və bu müharibələrin nə sonu, nə də qurtaracağı görünür. Müharibələrin coğrafiyası genişlənir". AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən səsləndirib. "Döyüşə

17 sentyabr
.

Azərbaycanın TDT-də birləşdirici mövqeyi yüksəlir

Son bir neçə gün ərzində Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin dini liderlərinin, ardınca isə TDT Təhlükəsizlik Şuralarının katiblərinin Bakıda toplaşması Azərbaycanın bu müstəvidə münasibətlərinin yüksək səviyyədə, sistemli və çoxşaxəli olduğunu ortaya qoydu. Qısa müddət ərzində həm dini, hə

18 sentyabr
.

Azərbaycan Prezidenti: "BMT sistemi normal fəaliyyət göstərsəydi, ərazilərimizi güc yolu ilə geri almağa məcbur qalmazdıq"

Prezident İlham Əliyev sentyabrın 17-də TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən beynəlxalq hüququn pozulması hallarından danışıb. AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı bununla bağlı deyib: "Azərbaycan 30 il ərzində bununla üzləşib. Biz öz hüquqlarımız

17 sentyabr
.

Onlar üçün viza proseduru sadələşdirildi

Prezident İlham Əliyev 15 yaşınadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatı və festivalının keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikasına gələcək əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi haqqında Sərəncam imzalayıb. bununla bağlı -a istinadə

21 sentyabr
.

"Əsrin müqaviləsi"nin imzalanmasının 32-ci ildönümüdür

"Əsrin müqaviləsi"nin imzalanmasından 32 il ötür. xatırladır ki, sentyabrın 20-si Azərbaycanda Xəzərin milli sektorunda yerləşən "Azəri-Çıraq-Dərinsulu Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi üzrə Hasilatın Pay Bölgüsü Sazişinin ("Əsrin müqaviləsi") ildönümü və neft-qa

20 sentyabr
.

20 sentyabr - Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür

Sentyabrın 20-si Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür. Bu il Azərbaycanda Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü artıq ikinci dəfə qeyd olunur. Prezident İlham Əliyevin 2024-cu il sentyabrın 18-də imzaladığı Sərəncama əsasən, hər il sentyabrın 20-də Xankəndi, Xocalı, Xocavən

17 sentyabr