Paşinyan sülhdən "dəm vurur" : Proseslər nədən XƏBƏR VERİR? - ŞƏRH

Paşinyan sülhdən "dəm vurur" : Proseslər nədən XƏBƏR VERİR? - ŞƏRHXəbər verdiyimiz kimi, Ermənistanın Baş naziri Nikol Paşinyan "Yerevan Dialogue" beynəlxalq forumundakı çıxışı zamanı bildirib ki, Ermənistanla Azərbaycan arasında sülh sazişi layihəsində 13 maddə və ön söz tam razılaşdırılıb. Paşinyan sülh müqaviləsində Ermənistanla Azərbaycan arasında diplomatik münasibətlərin qurulması nəzərdə tutulduğunu diqqətə çatdırıb. Bəs yaxın zamanda sülh müqaviləsinin imzalanması gözləniləndir? Nikol Paşinyanın açıqlaması hansı proseslərdən xəbər verir?

Mövzunu Sonxeber.az-a şərh edən politoloq Kazım Kazımov bildirib ki, Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi bağlanacağı təqdirdə diplomatik münasibətlər qurula bilər. Lakin bu çox da yaxın zamanda gözlənilmir:

"Azərbaycan tərəfi sülhün tez bir vaxtda təmin edilməsini istəsə də, Ermənistan tərəfi üzərinə düşən öhdəliyi yerinə yetirmir. Razılaşdırılmayan 3 maddədən biri Ermənistan konstitusiyasının dəyişdirilməsi ilə bağlıdır. Ermənistan konstitusiyasında Azərbaycana qarşı torpaq iddiaları var. Belə olan təqdirdə Ermənistan tərəfi bu məsələni 2027-ci ildə referenduma çıxarıb dəyişdirmək istəyir. Sülh müqaviləsi bağlandıqdan sonra diplomatik münasibətlər qurulmalıdır. Diplomatik münasibətlərin müqaviləyə salınması Azərbaycanın xoş niyyətindən xəbər verir".

Politoloqun sözlərinə görə, digər iki maddə isə ərazilərin delimitasiyası və işğaldan azad olunmuş ərazilərə ediləcək kompensasiya ilə bağlıdır:

"Ermənistan bizə qarşı 30 ildən artıq etnik düşmənçilik həyata keçirib və torpaqlarımızı işğal edib. 1 milyondan çox vətəndaşımız qaçqın vəziyyətinə düşdü. Azərbaycan qələbəsindən sonra Ermənistana tərəfdaşlıq təklif etmişdir. Azərbaycan çox yaxşı bilir ki, bölgədə sülh olarsa, diplomatik münasibətlər qurularsa, regionda vəziyyət dəyişər. Əfsuslar olsun ki, Ermənistan hökuməti və cəmiyyətinin böyük bir hissəsi Azərbaycanın bu xoş niyyətini başa düşməyib".

Sevda Səfərova


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1329   Tarix: 10 sentyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Prezident İlham Əliyev: "TDT çox böyük beynəlxalq nüfuza malik təşkilatdır"

"Türk Dövlətləri Təşkilatı çox böyük beynəlxalq nüfuza malik olan təşkilatdır". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən söyləyib. Dövlətimizin başçısı deyib ki, çünki müxtəlif formatlarda müzakir

17 sentyabr
.

Azərbaycanda Dövlət Suverenliyi Günü qeyd olunur

Sentyabrın 20-si Azərbaycanda Dövlət Suverenliyi Günü kimi qeyd olunur. xatırladır ki, bununla bağlı Prezident İlham Əliyev 2024-cü il sentyabrın 19-da Sərəncam imzalayıb. Ermənistanın ardıcıl təxribatlarına cavab olaraq 2020-ci il sentyabrın 27-də başlamış 44 günlük Vətən müharibəsi nəticəsində Azərbayca

20 sentyabr
.

Türk Dövlətləri Təşkilatının yalnız siyasi inteqrasiyası ilə məhdudlaşmaq olmaz - ŞƏRH

"TDT ilə bağlı bəyanatlar Türk Dövlətləri Təşkilatının maliyyə potensialı və imkanlarının qarşıdakı mərhələdə daha səmərəli şəkildə üzə çıxarılmasına yönəlib. Xoşbəxtlikdən Türk Dövlətləri Təşkilatının demək olar ki, bütün üzvləri zəngin təbii imkanlara, əlverişli coğrafi yerləşmə xüsusiyyətlərin

18 sentyabr
.

Prezident İlham Əliyev: "Regional təhlükəsizliklə bağlı məsələlər çox mühüm əhəmiyyət daşıyır"

"Ətrafımızda müharibələr gedir və bu müharibələrin nə sonu, nə də qurtaracağı görünür. Müharibələrin coğrafiyası genişlənir". AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən səsləndirib. "Döyüşə

17 sentyabr
.

Azərbaycanın TDT-də birləşdirici mövqeyi yüksəlir

Son bir neçə gün ərzində Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin dini liderlərinin, ardınca isə TDT Təhlükəsizlik Şuralarının katiblərinin Bakıda toplaşması Azərbaycanın bu müstəvidə münasibətlərinin yüksək səviyyədə, sistemli və çoxşaxəli olduğunu ortaya qoydu. Qısa müddət ərzində həm dini, hə

18 sentyabr
.

Azərbaycan Prezidenti: "BMT sistemi normal fəaliyyət göstərsəydi, ərazilərimizi güc yolu ilə geri almağa məcbur qalmazdıq"

Prezident İlham Əliyev sentyabrın 17-də TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən beynəlxalq hüququn pozulması hallarından danışıb. AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı bununla bağlı deyib: "Azərbaycan 30 il ərzində bununla üzləşib. Biz öz hüquqlarımız

17 sentyabr
.

Onlar üçün viza proseduru sadələşdirildi

Prezident İlham Əliyev 15 yaşınadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatı və festivalının keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikasına gələcək əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi haqqında Sərəncam imzalayıb. bununla bağlı -a istinadə

21 sentyabr
.

"Əsrin müqaviləsi"nin imzalanmasının 32-ci ildönümüdür

"Əsrin müqaviləsi"nin imzalanmasından 32 il ötür. xatırladır ki, sentyabrın 20-si Azərbaycanda Xəzərin milli sektorunda yerləşən "Azəri-Çıraq-Dərinsulu Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi üzrə Hasilatın Pay Bölgüsü Sazişinin ("Əsrin müqaviləsi") ildönümü və neft-qa

20 sentyabr
.

20 sentyabr - Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür

Sentyabrın 20-si Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür. Bu il Azərbaycanda Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü artıq ikinci dəfə qeyd olunur. Prezident İlham Əliyevin 2024-cu il sentyabrın 18-də imzaladığı Sərəncama əsasən, hər il sentyabrın 20-də Xankəndi, Xocalı, Xocavən

17 sentyabr