İrəvan nəticə çıxarmaq əvəzinə, növbəti fəlakətə sürüklənir - AÇIQLAMA

İrəvan nəticə çıxarmaq əvəzinə, növbəti fəlakətə sürüklənir - AÇIQLAMA"Bu gün Ermənistanın sülh danışıqlarını manipulyasiya edərək vaxt qazanmağa, silahlanmağa çalışması əslində özünü çıxılmaz vəziyyətə salır. Danışıqlardan yayınıb vaxt qazanmaq, nə də silahlanmaq Ermənistana ziyandan başqa heç nə vəd etmir. Bunun üçün Ermənistan tərəfinə İkinci Qarabağ müharibəsinədək ötən 30 ilə diqqət yetirməsi və ötən dövrün acı təcrübəsindən nəticə çıxarması lazımdır. O zaman Ermənistan güclü silahlanmaya və işğal altında saxladığı keçilməz hərbi sədlər qurdular. Nəticəsi nə oldu? Həmin sədlər alt-üst edildi, silah-sursat, hərbi texnikanın bir hissəsi Bakıdakı Qənimətlər parkını "bəzədi", yerdə qalanı da "metallomluq" oldu. Amma görünən odur ki, Ermənistan hələ də tarixin acı dərslərindən nəticə çıxarmaq niyyətində deyil. Ermənistan yenə də havadarlarının əlində növbəti dəfə "qurbanlıq keçi" rolunu oynamaqda davam edirlər".

Bunu Ölkə.Az-a açıqlamasında deputat Arzu Nağıyev deyib.

Arzu Nağıyev əlavə edib ki, Ermənistan reallığı nəzərə almadan səhvlərini təkrar etməkdədir və bu da onlara çox baha başa gələcək. "Ermənistan tərəfi anlamalıdır ki, mövcud reallıq qəbul edilməyincə, erməni kartı bölgədə marağı olan güclərin əlində alət kimi istifadə olunacaq, Ermənistan özü isə blokadada qalmaqda davam edəcək. Bununla da erməni xalqının nə iztirabları bitəcək, nə də normal inkişafa nail ola biləcəklər. İrəvan riskli oyunlardan əl çəkmədikcə növbəti faciələr qaçılmaz olacaq. Onsuz da Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, sülh Azərbaycandan daha çox Ermənistana lazımdır. Bu gün Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa edərək yaratdığı reallıqlara uyğun dünyada ciddi regioanl aktor rolunu oynamaqdadır. Azərbaycanın qlobal geosiyasi proseslərin yaratdığı fürsətlərdən faydalanaraq ciddi oyunçuya çevrilməklə beynəlxalq aləmdə mövqeyini daha da möhkəmləndirib, yeni imkanklar qazanmaqdadır. Ermənistan isə əksinə... İrəvan Bakının sülh şərtlərindən yayınmaqla yaranmış fürsətlərdən Ermənistanın geosiyasi əhəmiyyətini artırmaq əvəzinə, bu fürsətləri əldən verməklə əhəmiyyətsiz bir coğrafiyaya çevrilirlər. Vaxt itikisi isə Ermənistanın ziyanına işləyir. Ermənistan sıx inteqrasiya olunmuş əməkdaşlıq məkanından maraqlı güclərin toqquşma mərkəzinə çevrilir. Bir daha qeyd edirəm ki, bununla da Ermənistan özü-özünü fəlakətə sürükləyir", - o qeyd edib.


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1074   Tarix: 16 sentyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Prezident İlham Əliyev: "TDT çox böyük beynəlxalq nüfuza malik təşkilatdır"

"Türk Dövlətləri Təşkilatı çox böyük beynəlxalq nüfuza malik olan təşkilatdır". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən söyləyib. Dövlətimizin başçısı deyib ki, çünki müxtəlif formatlarda müzakir

17 sentyabr
.

Azərbaycanda Dövlət Suverenliyi Günü qeyd olunur

Sentyabrın 20-si Azərbaycanda Dövlət Suverenliyi Günü kimi qeyd olunur. xatırladır ki, bununla bağlı Prezident İlham Əliyev 2024-cü il sentyabrın 19-da Sərəncam imzalayıb. Ermənistanın ardıcıl təxribatlarına cavab olaraq 2020-ci il sentyabrın 27-də başlamış 44 günlük Vətən müharibəsi nəticəsində Azərbayca

20 sentyabr
.

Türk Dövlətləri Təşkilatının yalnız siyasi inteqrasiyası ilə məhdudlaşmaq olmaz - ŞƏRH

"TDT ilə bağlı bəyanatlar Türk Dövlətləri Təşkilatının maliyyə potensialı və imkanlarının qarşıdakı mərhələdə daha səmərəli şəkildə üzə çıxarılmasına yönəlib. Xoşbəxtlikdən Türk Dövlətləri Təşkilatının demək olar ki, bütün üzvləri zəngin təbii imkanlara, əlverişli coğrafi yerləşmə xüsusiyyətlərin

18 sentyabr
.

Prezident İlham Əliyev: "Regional təhlükəsizliklə bağlı məsələlər çox mühüm əhəmiyyət daşıyır"

"Ətrafımızda müharibələr gedir və bu müharibələrin nə sonu, nə də qurtaracağı görünür. Müharibələrin coğrafiyası genişlənir". AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən səsləndirib. "Döyüşə

17 sentyabr
.

Azərbaycanın TDT-də birləşdirici mövqeyi yüksəlir

Son bir neçə gün ərzində Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin dini liderlərinin, ardınca isə TDT Təhlükəsizlik Şuralarının katiblərinin Bakıda toplaşması Azərbaycanın bu müstəvidə münasibətlərinin yüksək səviyyədə, sistemli və çoxşaxəli olduğunu ortaya qoydu. Qısa müddət ərzində həm dini, hə

18 sentyabr
.

Azərbaycan Prezidenti: "BMT sistemi normal fəaliyyət göstərsəydi, ərazilərimizi güc yolu ilə geri almağa məcbur qalmazdıq"

Prezident İlham Əliyev sentyabrın 17-də TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən beynəlxalq hüququn pozulması hallarından danışıb. AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı bununla bağlı deyib: "Azərbaycan 30 il ərzində bununla üzləşib. Biz öz hüquqlarımız

17 sentyabr
.

Onlar üçün viza proseduru sadələşdirildi

Prezident İlham Əliyev 15 yaşınadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatı və festivalının keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikasına gələcək əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi haqqında Sərəncam imzalayıb. bununla bağlı -a istinadə

21 sentyabr
.

"Əsrin müqaviləsi"nin imzalanmasının 32-ci ildönümüdür

"Əsrin müqaviləsi"nin imzalanmasından 32 il ötür. xatırladır ki, sentyabrın 20-si Azərbaycanda Xəzərin milli sektorunda yerləşən "Azəri-Çıraq-Dərinsulu Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi üzrə Hasilatın Pay Bölgüsü Sazişinin ("Əsrin müqaviləsi") ildönümü və neft-qa

20 sentyabr
.

20 sentyabr - Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür

Sentyabrın 20-si Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür. Bu il Azərbaycanda Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü artıq ikinci dəfə qeyd olunur. Prezident İlham Əliyevin 2024-cu il sentyabrın 18-də imzaladığı Sərəncama əsasən, hər il sentyabrın 20-də Xankəndi, Xocalı, Xocavən

17 sentyabr