"Ələddin" gerçək OLDU: Kişi dağdan uçan xalça ilə ENDİ - VİDEO
Macəra yaşamaq istəyən Freddi Montinni illərdir arzusunda olduğu bir anı gerçəkləşdirib. Fransada 44 yaşlı kişi "xalça-təyyarə" ilə 2400 metr yüksəklikdəki Krua de Tot dağından tullanıb.
Sonxeber.az xəbər verir ki, bu barədə "The Daily Star" nəşri məlumat yayıb. Nəşr bildirir ki, kişi uşaqlıqdan " Ələddin" olmaq arzusu ilə yaşayıb. O, illərdir ekstremal idman növlərini öyrənməyə çalışır. Freddi 25 yaşında yamac paraşütünə, 30 yaşında paraşütlə tullanmaya və 35 yaşında deltaplanla məşğul olmağa başlayıb:
"Mən hələ də inana bilmirəm. Arzularımı reallaşdırdım. Bütün bu dərslər mənə xalça təyyarəsində uçmaq sənətini mənimsəməyimə kömək etdi".
İdman sahəsində əldə etdiyi uğurlar ilə Freddi unikal fəndlər hazırlaya bilib:
"İdman növlərində maraqlı nailiyyətlər əldə etdim. Paraşüt mənim əsas təhlükəsizliyimdir. Təhlükəli hal yaşanan zaman paraşütü açıb xalçanı buraxa bilərəm".
44 yaşlı kişi deyib ki, indi onun arzusu reallığa çevrilib. Ancaq xalça-təyyarə ilə uçmaq əfsanələrdəki kimi deyil:
"Uçan xalçam sayəsində yeni məqamlar kəşf etdim. Bununla istənilən yerə çox uçmaq olmur. Amma reallığa meydan oxumaq üçün heyrətamiz bir yoldur".
Ətraflı videomaterialı təqdim edirik:
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 1195 Tarix: 18 sentyabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Alimlər "ölümdən qayıdan" hüceyrələr aşkarladı
Alimlər proqramlaşdırılmış hüceyrə ölümünü başladıqdan sonra bu prosesdən sağ çıxan və zədələnmiş toxumaların bərpasına kömək edən hüceyrələr aşkarlayıblar. xəbər verir ki, Veizmann Elm İnstitutunun tədqiqatçıları meyvə milçəklərinin sürfələri üzərində apardıqları təcrübələrdə bu hüceyrələrin şüalanmada
20 sentyabrƏrinin geyiminə reaksiyası sosial şəbəkələrdə müzakirələrə səbəb oldu - VİDEO
Sosial şəbəkələrdə yayılan video ər-arvad arasında baş verən dialoqla gündəmə gəlib. xarici mediaya istinadla xəbər verir ki, videoda qadının çəkiliş zamanı geyimi və verdiyi pozlar ərinin narazılığına səbəb olur. Kişi həyat yoldaşına "Belə də video olmaz, hər yerin açılır. Bir az diqqətli olmalısan"
21 sentyabrMeymun yazıçının arvadını öldürdü
Hindistanın Karnataka ştatında 91 yaşlı qadın meymun hücumundan sonra ölüb. xarici mediaya istinadla xəbər verir ki, hadisə Koppal şəhərində qeydə alınıb. Tanınmış yazıçı M.S. Savadattinin həyat yoldaşı Nəcamunnisa Bequm evinin həyətində olarkən qəfil meymunun hücumuna məruz qalıb. Hücum nəticəsind
22 sentyabrSaatda eyni rəqəmlər niyə gözümüzə dəyir? - Səbəbi açıqlandı
11:11-də arzu tuturuq, 13:13-ü görəndə ehtiyatlanırıq, 17:17 isə bəzilərinə kainatın hansısa mesaj verdiyini düşündürür. Bəs təsadüfi rəqəm uyğunluqlarında taleyin işarəsi axtarmağımızın səbəbi nədir və bu, psixoloji baxımdan nə dərəcədə normaldır?. xarici mediaya istinadla xəbər verir ki, psixologiy
20 sentyabrBədən bu yaşdan sonra daha sürətlə qocalır?
İnsan orqanizminin qocalmasının bütün həyat boyu eyni sürətlə getmədiyi məlum olub. Alimlər müəyyən ediblər ki, bəzi orqan və toxumalarda qocalma prosesi müəyyən yaş dövrlərində daha da sürətlənir. xarici mediaya istinadla xəbər verir ki, araşdırmaya əsasən, insan orqanizmində nəzərəçarpacaq dəyişikliklə
20 sentyabrMaqnitlə işləyən soyuducu - qazsız soyudur
Almaniyada fəaliyyət göstərən "Magnotherm" startapı məhsulları ənənəvi soyuducu qaz əvəzinə maqnit sahəsinin köməyi ilə soyudan yeni soyuducu hazırlayıb. -ın xarici mediaya istinadən xəbərinə görə, Darmştadt Texniki Universitetinin bazasında yaradılan şirkətin hazırladığı sistem maqnitokalori
22 sentyabrAy necə yaranıb? - Yeni missiya sirri aça bilər
Merkuriyə doğru hərəkət edən "BepiColombo" kosmik missiyasının toplayacağı məlumatlar Ayın yaranması ilə bağlı yeni ipucları verə bilər. Tədqiqatçılar planetlərin formalaşdığı dövrdə baş verən nəhəng toqquşmaların Yerin təbii peykinin yaranmasında hansı rolu oynadığını aydınlaşdırmağa çalışırlar
22 sentyabrBaşları bitişik doğulan siam əkizləri bir-birindən ayrıldı - Foto
ABŞ-də cərrahlar Siam əkizi olan 2 yaşlı bacıları bir-birindən ayırıblar. "Qafqazinfo" "NBCNews"a istinadən xəbər verir ki, bacılar başları bitişik halda doğulublar. Məlumata görə, Hiyab və Vuhbto bacıları Efiopiyada dünyaya gəliblər. Daha sonra onlar əməliyyat olunmaq üçün ABŞ-y
19 sentyabrDişləri neçə dəqiqə fırçalamaq lazımdır? - Həkimdən məsləhət
"Dişləri 2-3 dəqiqə təmizləmək tövsiyəsi sadəcə formal xarakter daşımır, bu, diş ərpinin təmizlənməsi üçün tələb olunan minimum müddətdir". xəbər verir ki, bunu -ya rusiiyalı stomatoloq-ortoped, cərrah, implantoloq Artyom Koryakin deyib. Həkim bildirib ki, diş ərpi bakteriyalardan və onları
21 sentyabr