"Onlar özləri də bilir ki, atamı əvəzləyə bilməyəcəklər"- "Ələkbər əmi"-nin oğlu
"Bizim səhnəmizin çox gözəl aktyorları var, amma məncə onlar özləri də bilir ki, Ələkbər əmini bəlkə gələcəkdə də heç kim əvəzləyə bilməyəcək. Atam səhnə üçün doğulmuşdu. Teatrda da çıxış edirdi, filmlərdə də çəkilirdi, televiziyada da işləyirdi. Biz özümüz də həmin verilişlərdə böyümüşük. İndiyə qədər də o uşaqlarla əlaqələrimiz var, görüşürük"
Bunu Moderator.az-a açıqlamasında tanınmış aktyor Ələkbər Hüseynovun oğlu Cavidan Hüseynov deyib. O daha sonra əlavə edib.
"Əmi sözünü artıq soyad kimi deyirdilər. Atam bütün uşaqlara öz balası kimi doğma münasibət göstərirdi. Hətta bir dəfə tamaşadan sonra bir valideyn öz övladı ilə atama yaxınlaşıb deyib ki, uşağa nə qədər tərbiyə veririksə verək bizim sözümüzə baxmır. Atam 15 dəqiqə vaxt istəyərək uşaqla otağa keçib. Üstündən bir neçə ay sonra həmin uşaq yenə anası ilə tamaşaya gəlib. Anası atama deyib ki, bilmirəm siz ona nə etdiz ki, o belə sözəbaxan uşaq oldu?! Atam uşaqların psixologiyasını yaxşı bilirdi. Hər uşağa individual yanaşırdı" deyə sənətkarın oğlu bildirib.
Cavidan Hüseynov bildirib ki, atasının arzuları çox idi.
"Xəstəxanada olmasına baxmayaraq ssenarilər hazırlayırdı. Deyirdi ki, filan tamaşanı quracam, filmlərdə çəkiləcəm. Səhnə, sənət üçün yaşayan bir insan idi. Heç vaxt üzülmürdü. Hansısa iş alınmasaydı belə ruhdan düşmürdü. Həmişə də mənə deyirdi ki, ya işində birinci ol, ya da olma. Qarşısına qoyduğu məqsədlərə çatırdı. Hər bir övladın atasının məsləhətinə, sözünə ehtiyacı olur. Mənim də həyatımda elə məqamlar olur ki, fikirləşirəm atam yanımda olsaydı mənə nə deyərdi? Bilirəm ki, ruhu daim bizimlədir" deyə sənətkarın oğlu deyib.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 1578 Tarix: 23 sentyabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşDüyü bişirərkən bu səhvi etməyin
Düyü bişirərkən onun dibinin yapışqan, üst hissəsinin isə quru qalması bir çox insanın qarşılaşdığı problemdir. Bunun səbəbi hər zaman suyun miqdarı və ya bişirmə müddəti olmaya bilər. İstifadə edilən qazanın forması da yeməyin keyfiyyətinə təsir göstərir. Ölkə.az yerli mediaya istinadən xəbər veri
12 noyabrUşaq niyə heç bir səbəb olmadan ağlamağa başlayır?
Bəzən uşaqlar heç bir aydın səbəb olmadan qəfil ağlamağa başlayırlar. Bir neçə dəqiqə əvvəl gülən, oynayan və özünü yaxşı hiss edən uşaq birdən narahat olur, sakitləşmək istəmir və valideynlərinin bütün cəhdlərinə baxmayaraq ağlamağa davam edir. Belə vəziyyətlər xüsusilə gənc valideynlərdə narahatlı
15 noyabrTurşu xiyarların xarab olmaması üçün nə etməli?
Turşu bankasını açdıqdan sonra xiyarların bir neçə gün ərzində xarab olmaması üçün müəyyən qaydalara əməl etmək lazımdır. Mütəxəssislərin sözlərinə görə, düzgün saxlanma şəraiti turşuların həm dadını, həm də xırtıldayan quruluşunu uzun müddət qorumağa kömək edir. xəbər verir ki, duzlu xiyarlar bank
8 noyabrSahiblərinin əhvali-ruhiyyəsi itlərə necə təsir edir?
İtlər sahiblərinin davranışlarına və emosional vəziyyətinə müxtəlif cür reaksiya verirlər. İnsanların keçirdiyi hər bir emosiya heyvanlar üçün fərqli məna daşıya bilər. xəbər verir ki, itlər insanların üz ifadələrini alimlərin əvvəllər düşündüyündən daha yaxşı tanıya bilirlər. Üstəlik, sahibinin emosiona
8 noyabrDünyada sahili olmayan yeganə dəniz
Yer kürəsində sahili və limanı olmayan yeganə dəniz mövcuddur. Atlantik okeanının daxilində yerləşən Sarqasso dənizinin sərhədlərini quru sahələri deyil, dörd güclü okean axını formalaşdırır. -a istinadən bildirir ki, bu qeyri-adi dəniz Floridadan təxminən 950 kilometr şərqdə yerləşir. Ona ən yaxın qur
14 noyabrUşaqlar niyə kitab oxumaqdan uzaqlaşır? - Psixoloq səbəbləri açıqladı
Müasir dövrdə uşaqlar saatlarla telefon və planşet qarşısında vaxt keçirsələr də, kitab oxumağa gəldikdə tez darıxırlar. Mütəxəssislər bunun əsas səbəblərindən biri kimi rəqəmsal oyunların və qısa videoların daha sürətli əyləncə təqdim etməsini göstərirlər. xəbər verir ki, bu barədə Türkiyənin TRT Habe
18 noyabrEvdə açarı üç yerə qoymayın: xalq inancları nə deyir?
Xalq inanclarına görə, açarların evdə saxlanıldığı yer ailənin rifahına və evdəki harmoniyaya təsir göstərə bilər. Evimizin və ya mənzilimizin açarlarını çox vaxt əlimizə rahat gələn yerlərə - mətbəx masasına, güzgünün qarşısına və ya giriş qapısının yaxınlığına qoyuruq. Lakin xalq inanclarında açarları
15 noyabr24 saat fasiləsiz uçaraq Rekordlar Kitabına düşdü
"Airbus A350-100ULR" sərnişin təyyarəsi Avstraliyadan Fransaya 24 saat 24 dəqiqə fasiləsiz uçaraq Ginnesin Rekordlar Kitabına düşüb. "Qafqazinfo" xəbər verir ki, şirkətin sınaq uçuşu çərçivəsində Melburn və Tuluza şəhərləri arasında 23 min 155 kilometr məsafə qət edilib. Bu, kommersiy
10 noyabrHər gün soyuq duş qəbul etsəniz, nə baş verər?
Mütəmadi olaraq soyuq duş qəbul etmək insanların xəstəlik səbəbindən işə getmədikləri günlərin sayının azalması və özlərini daha yaxşı hiss etmələri ilə əlaqəli ola bilər. xarivi KİV-ə istinadən xəbər verir ki, İsveçrənin Bazel Universitetinin psixoloqu Lena Qlazer soyuq duşun insan orqanizminə təsirin
8 noyabr