"Basarkeçərə köçürülmüş C.Cabbarlı adına İrəvan teatrını qoruyub saxladım... Amma..."

"Basarkeçərə köçürülmüş C.Cabbarlı adına İrəvan teatrını qoruyub saxladım... Amma...""Az məhsul verən kənd kimi ilk növbədə Azərbaycana köçürülməsi nəzərdə tutulan Babacan kəndinin camaatını xaricdən ermənilərin yerləşdirilməsi nəzərdə tutulan Qaraiman kəndinə köçürdüm. Köçürülmüş, talan edilmiş Qanlı, Kərkibaş kənd kolxozlarını bərpa edərək onların mal-heyvan və torpaqlarını Tüsküllü kəndində yaşayan ermənilərdən alıb öz kolxozlarına qaytardım..."
Sovet dövründə Ermənistanda müxtəlif vəzifələrdə çalışmış, görkəmli ictimai-siyasi xadim Talıb Musayevin 2008-ci ildə nəşr edilmiş "Ermənilər və faciələrimiz" kitabının sizlərə təqdim edəcəyimiz "Azərbaycanlıların 1948-1953-cü illərdə Ermənistandan deportasiya edilməsi nə vaxt, kimlərin köməyi ilə hazırlandı, həyata keçirildi və necə oldu ki, o, yarı yolda qaldı" başlıqlı bölməsində Rusiya imperiyasının xalqımıza qarşı apardığı bu amansız prosesin ilginc detalları açıqlanır. Müəllif Ermənistanda özünün iştirakçısı və şahidi olduğu bir sıra olayları nəql edir.

Beləliklə, aktuallığını nəzərə alaraq sözügedən materialı dəyərli Moderator.az oxucularının müzakirəsinə buraxırıq:

Ermənilər 1948-ci ildə əməli işə keçdilər; Qarabağlar rayonunu ləğv edib Vedi rayonu ilə birləşdirdilər. Hər iki rayonun azərbaycanlı katibləri və icrakomları vəzifədən kənarlaşdırıldılar. R.Azgeldyan birləşmiş Vedi rayonuna birinci katib, Q.Akopyan isə rayon icraiyyə komitəsinin sədri təyin edildi...

Ermənistanın 7 rayonunda olan 7 ikinci və üçüncü katib, 6 rayonda olan icraiyyə komitə sədrləri, mərkəzi aparatlarda işləyən bir neçə azərbaycanlı bu və ya başqa adlarla işdən kənarlaşdırıldılar. Respublikadakı Azərbaycan dilində olan Pedaqoji, Kənd Təsərrüfatı və Ticarət texnikumları bağlandı. 1928-ci ildə İrəvanda təşkil edilmiş Cəfər Cabbarlı adına Azərbaycan Dram teatrını respublikanın ən ucqar rayonuna, heç elə bir geniş klubu olmayan, rayon mərkəzi ermənilərin yaşadığı kənd olan Basarkeçərə göndərdilər. Mən birtəhər bu teatrı qoruyub saxladım. Bir neçə dəfə məsələ qaldırdım ki, Basarkeçərdə teatr saxlamaq üçün şərait yoxdur. Mənim qaldırdığım məsələyə kömək əvəzinə, Nazirlər Sovetinin sədri Karapetyan və MK-nın II katibi Vazgen Qriqoryan dedilər: "Sən qərar qəbul et, məsələ qaldır, biz teatrı ləğv edək". Mən bu tələbi rədd etdim. Yenə teatrı bir yolla saxladım. Ancaq 1948-ci ilin sonunda məni işdə qalmaq şərti ilə Moskvaya oxumağa göndərdilər. Məni əvəz edən Ağayan fürsətdən istifadə edib teatrın ləğv olunması haqda qərar qəbul etdi və həmin qərarı respublika hökumətində təsdiq elətdirdi...

Rayonlarda Azərbaycan və erməni dillərində nəşr edilən 13 rayon qəzetindən 9-u bağlandı, 4-ndə isə Azərbaycan dilində olan səhifələrə olduqca az yer verildi...

1948-ci ilin kənd təsərrüfatı mövsümü qurtaran kimi Vedi, Zəngibasar, Üçkilsə, Qəmərli, Paşalı, Axta, Qaranlıq, Bayazit, Böyük Qarakilsə və başqa rayonlardan camaatı zor-xoş köçürməyə başladılar. Onların kəndlərdə qalan əmlaklarına isə ermənilər sahibləndi. Zavallı azərbaycanlılar: uşaq, qadın, qoca ev-eşik əşyalarıyla İrəvan, Qəmərli, Şirazlı, Dəvəli dəmiryol stansiyalarına töküldülər. Soyuqda həftələrlə stansiyalarda qaldıqdan sonra onlara yalnız boş yük vaqonları verilirdi. Kimi maşın, kimi ulaq, kimi nə ilə bacarırdı – onunla köçünü, yükünü vağzala daşıyırdı. Düzünü deyək ki, Azərbaycanda da onları yaxşı qarşılamadılar. Həftələrlə stansiya, küçə və yollarda qalan əhalinin çox hissəsi qohumlarının, köhnə dost-tanışlarının, öz xalqını sevən vicdanlı soydaşlarının evində, həyətində müvəqqəti yerləşdilər. Çox əziyyət korluq və əziyyət çəkdilər. Bəzi hallarda xəstəliklər də yayıldı. Xülasə, Ermənistandan xoşla köçməyənləri zorla köşürtdülər...

1948-ci ilin sonunadək, demək olar ki, respublikada artıq məsul işdə azərbaycanlı qalmamışdı. Həmin ilin sonunda məni də Moskvaya bir illik oxumağa göndərdilər. Bu müddətdə Basarkeçərdə raykom katibi işləyən Ağayan ermənilərlə qarışıq yaşayan Qızılvəng, Yarpızlı kənd camaatını, tam azərbaycanlılar yaşayan Kərkibaş, Qanlı kəndlərindəki soydaşlarımızı köçürüb torpaqlarını, mal-qaralarını yaxınlıqdakı Tüsküllü kəndlərində yaşayan ermənilərə vermişdi. Rayonda nəşr edilən "Stalin yolu" qəzetinin adını dəyişib ermənicə "Stalinyan uği" qoymuşdu. Bundan başqa, qərar qəbul edib Basarkeçərə göndərilmiş C.Cabbarlı adına Azərbaycan teatrının ləğv edilməsini xahiş etmişdi. Elə Ermənistan hökumətinə də bu lazım idi. O da qərar qəbul edib həmin teatrı bağladı...

Köçürülmə işinin başlanması, rayonda rəhbərliyin ermənilərə tapşırılması və s. səbəblər nəticəsində 1949-cu ildə rayon üzrə heç bir plan yerinə yetirilmədi. Əkin üçün 12 min sentner toxum çatışmırdı. Nazirlər Sovetinin sədri S.Karapetyanın on günlərlə rayonda təhkimçi kimi qalmasına baxmayaraq heç bir müsbət nəticə əldə edilməmişdi. Rayon qeyri-mütəşəkkil vəziyyətə düşmüşdü. Rayonda bir neçə kolxoz tam bərbad hala qalmışdı. Elə vəziyyət yaranmışdı ki, qışda tövlədə mala baxan yox idi. Mala baxan bir günlük iş üçün 1 pud taxıl və ya 3 gün üçün bir toğlu tələb edirdi...

Elə oldu ki, 1949-cu ilin sonunda mən yenə də Basarkeçərdəki işimə qayıtdım. Çatışmayan toxumu əldə etdik. İşə mane olan bütün səbəbləri aradan qaldırdıq. Böyük intizam yarandı. Nəticədə 1950-ci ildə yüksək məhsul aldıq...

Köçən adamlar qayıdanda isə kolxoza qəbul olunması qadağan edilsə də, mən onlara torpaq verib işə qəbul edirdim. Qayıdanlardan Hüseyn Həsənovu Daşkəndə sovet sədri, Şahbaz İbrahimovu Pənbək kəndinə kolxoz sədri təyin etdim...

Az məhsul verən kənd kimi ilk növbədə Azərbaycana köçürülməsi nəzərdə tutulan Babacan kəndinin camaatını xaricdən ermənilərin yerləşdirilməsi nəzərdə tutulan Qaraiman kəndinə köçürdüm. Köçürülmüş, talan edilmiş Qanlı, Kərkibaş kənd kolxozlarını bərpa edərək onların mal-heyvan və torpaqlarını Tüsküllü kəndində yaşayan ermənilərdən alıb öz kolxozlarına qaytardım. Rayonda intizam möhkəmləndi. Məhsuldarlıq artdı. Ümumi vəziyyət sabitləşdi...

(Davamı var)

Moderator.az-dan materialda bəhs edilən Cəfər Cabbarlı adına İrəvan Azərbaycan Dram Teatrı haqda qısa arayış:

Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrı 1882-ci ilin əvvəllərində İrəvan şəhər gimnaziyasının müəllimi, tanınmış maarifpərvər Məşədi İsmayıl özünün şagirdləri ilə Vasaq Mədətovun "Tamahkarlıq düşmən qazanır" pyesini tamaşaya hazırlamışdır. Bununla da İrəvanda peşəkar Azərbaycan teatrının təməli qoyulmuşdur. 1886-cı ildən teatra görkəmli maarifpərvər, pedaqoq Firudin bəy Köçərli rəhbərlik etmişdir. Onun rəhbərliyi və rejissorluğu ilə Mirzə Fətəli Axundzadənin "Lənkəran xanının vəziri", "Müsyö Jordan və dərviş Məstəli şah" , "Hacı Qara" , Sultanməcid Qənizadənin "Dursunəli və ballıbadı" və sair pyesləri tamaşaya hazırlanmışdır. 1895-1945-ci illər arasında teatra Yunis Nuri rəhbərlik etmişdir. XX əsrin əvvəllərində İrəvanda Azərbaycan teatrı aktyor ifaları, rejissor işləri və repertuar tərtibi baxımından ciddi nailiyyətlər qazanmışdır. 1928-ci ildə teatr dövlət statusu almışdır. 1935-ci ildə isə teatra görkəmli dramaturq Cəfər Cabbarlının adı verilmişdir. 1948-ci ildən başlayaraq İrəvan və onun ətraf rayonlarında yaşayan türk əhalisinin məcburi olaraq Azərbaycana köçürülmə prosesi teatra da öz acı təsirini göstərmiş və 1949-cu ildə teatr Göyçə mahalının Basarkeçər rayonuna köçürülmüşdür. Oradakı bir illik fəaliyyətindən sonra isə teatrın işi dayandırılmış və əvəzində həmin bazada xalq teatrı təşkil olunmuşdur. Nəhayət, 1967-ci ildə Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrı hökumətin qərarı ilə yenidən bərpa olunmuş və İrəvan şəhərinə köçürülmüşdür. Azərbaycanın keçmiş Dağlıq Qarabağ ərazisinə qarşı iddia irəli sürən erməni quldurları 1988-ci ildə teatrın ləvazimatlarını yandırmışlar. Bundan sonra İrəvan teatrı Bakıda - Azərbaycan Akademik Milli Dram Teatrının nəzdində teatr - studiya kimi fəaliyyətə başlamışdır. 2000-ci ildən teatra tanınmış aktyor İftixar Piriyev rəhbərlik edir. 2008-ci il fevral ayının 8- də Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərəncamı ilə paytaxtın Binəqədi rayonunda yerləşən Məmməd Əmin Rəsulzadə adına Mədəniyyət Sarayı Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının balansına verildi. Bununla da, ilk dəfə İrəvan teatrının ilk daimi binası oldu. İrəvan Dövlət Azərbaycan Dram Teatrı son illərdə Türkiyədə, İranda, Gürcüstanda, Rusiya Federasiyasının Dağıstan vilayətində uğurlu qastrol səfərlərində olmuşdur...


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 463   Tarix: 24 sentyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclası keçirilib

Yanvarın 29-da Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclası keçirilib. İclasda beş qanun layihəsi müzakirəyə çıxarılıb. Əvvəlcə, iclasda Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsinə (birinci oxunuş

29 yanvar
.

"Emosional keylik çox zaman psixikanın həddindən artıq yüklənməyə qarşı müdafiə reaksiyasıdır" - AÇIQLAMA

Son dövrlərdə insanlar arasında tez-tez eşidilən ifadələrdən biri də budur: "Heç nə hiss etmirəm". Nə sevinc var, nə kədər, nə də həyəcan. Sanki insan emosional olaraq sönür. Kənardan baxanda bu hal soyuqqanlılıq və ya biganəlik kimi görünə bilər. Bəs görəsən emosional keylik psixikanın özün

29 yanvar
.

Bakıda bu ərazidə 12 saat su OLMAYACAQ

Yeni çəkilmiş magistral su xəttinin mövcud şəbəkəyə birləşdirilməsi ilə əlaqədar 29.01.2026-cı il tarixində saat 10:00-dan saat 22:00-dək görüləcək işlər çərçivəsində Xətai rayonunun bəzi ərazilərinə suyun verilməsində fasilə yaranacaq. xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyini

29 yanvar
.

Əhəd Abıyevin qardaşı vəfat etdi

Daşkəsən rayonunun sabiq icra başçısı, keçmiş deputat Əhəd Abıyevə ağır itki üz verib. -a istinadən xəbər verir ki, onun qardaşı Nadir Abıyev 73 yaşında vəfat edib. N.Abıyevin ölüm səbəbi açıqlanmayıb. Qeyd edək ki, Nadir Abıyev 2006-2020-ci illərdə Masallı Rayon İcra Hakimiyyəti başçısının birinci müavin

29 yanvar
.

"Lazım olsa mən də deyərəm" - Nəsimi Kamrana ilk görüşdən MEYDAN OXUDU - VİDEO

ATV-nin "Kəlmə-Kəlməyə" meyxana şousunda 1/8 mərhələnin daha bir görüşü baş tutub. xəbər verir ki, meyxana ustadı Kamran Quliyev səfərdə Nəsimi Allahverdiyevlə qarşılaşıb. Belə ki, ilə bir-birilərinə maraqlı cavab verən söz ustadları 1/8 mərhələnin ilk qarşılaşmasında tamaşaçılara gözəl meyxan

28 yanvar
.

Bakıda müəllim vəfat etdi

Bakı şəhəri 145 nömrəli tam orta məktəbin müəllimi İlona Dəmirova vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə məktəbin feysbuk səhifəsində məlumat paylaşılıb. İ. Dəmirova məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərirmiş. Onun hansı səbəbdən öldüyü haqda məlumat verilməyib

28 yanvar
.

Sabah bu ərazidə su kəsiləcək - Xəbərdarlıq

Sabah bəzi yerlərdə su olmayacaq. xəbər verir ki, bu barədə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti məlumat yayıb. Bildirilib ki, yeni çəkilmiş magistral su xəttinin mövcud şəbəkəyə birləşdirilməsi ilə əlaqədar 29.01.2026-cı il tarixində saat 10:00-dan saat 22:00-dək görüləcək işlər çərçivəsind

28 yanvar
.

Masazırda yaşayanların DİQQƏTİNƏ! Bu yolda...

Aparılacaq təmir işləri ilə əlaqədar olaraq, bu gündən etibarən Abşeron rayonu, Masazır qəsəbəsi, Zəngilan qaçqın və məcburi köçkünlərinin məskunlaşdığı şəhərciyə gedən avtomobil yolunda nəqliyyat vasitələrinin hərəkəti hissə-hissə, qismən məhdudlaşdırılacaq. Bu barədə -a Azərbaycan Avtomobil Yollar

29 yanvar
.

"Tarqovu"da ölən şəxs diaspor rəhbəri imiş - Foto

Xəbər verdiyimiz kimi, Bakının mərkəzində yerləşən hotellərin birində meyit aşkarlanıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, ölən şəxs Rusiyanın Krasnodar vilayətinin diaspor rəhbəri, həmçinin, orada fəaliyyət göstərən Soçi Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyətinin sədri Cəmi

28 yanvar