"Emosional keylik çox zaman psixikanın həddindən artıq yüklənməyə qarşı müdafiə reaksiyasıdır" - AÇIQLAMA

"Emosional keylik çox zaman psixikanın həddindən artıq yüklənməyə qarşı müdafiə reaksiyasıdır" - AÇIQLAMASon dövrlərdə insanlar arasında tez-tez eşidilən ifadələrdən biri də budur: "Heç nə hiss etmirəm". Nə sevinc var, nə kədər, nə də həyəcan. Sanki insan emosional olaraq sönür.

Kənardan baxanda bu hal soyuqqanlılıq və ya biganəlik kimi görünə bilər.

Bəs görəsən emosional keylik psixikanın özünü qoruma üsuludurmu?

Psixoloq G.Qədirli bu barədə Sonxeber.az -a açıqlama verib:

"Emosional keylik insanın həm müsbət, həm də mənfi hissləri zəif hiss etməsi və ya ümumiyyətlə hiss etməməsi vəziyyətidir. İnsan başa düşür ki, müəyyən situasiyada sevinməli və ya kədərlənməlidir, amma daxilində boşluq olur. Bu hal laqeydlikdən fərqlidir. Laqeyd insan maraqlanmır, emosional keylik yaşayan insan isə hiss etmək istəyir, amma bacarmır.

Emosional keylik çox zaman psixikanın həddindən artıq yüklənməyə qarşı müdafiə reaksiyasıdır. İnsan uzun müddət güclü stressə, travmatik hadisələrə, davamlı emosional ağrıya, itkiyə və ya dərin məyusluğa məruz qaldıqda, beyin bir növ təhlükəsizlik rejiminə keçir. Məqsəd insanı daha çox ağrı hiss etməkdən qorumaqdır. Necə ki bədən ciddi zədə zamanı ağrını bir müddət az hiss etdirə bilər, psixika da eyni şeyi emosiyalarla edir. Yəni bu vəziyyət sanki belə deyir: "Artıq bu qədər hissi daşımaq gücüm qalmayıb."

Psixika emosiyaları seçərək söndürə bilmir. Ağrını azaltmaq üçün sistemi ümumi şəkildə zəiflədir. Nəticədə kədər azalır, amma sevinc də itir. Qorxu azalır, amma maraq və həvəs də sönür. Ağrı azalır, amma sevgi hissi də zəifləyə bilər. Bu, qısamüddətli dövrdə qoruyucu olsa da, uzun müddət davam edərsə insanın həyat keyfiyyətini ciddi şəkildə aşağı salır.

Heç nədən zövq ala bilməmək, yaxın insanlara qarşı hisslərin azalması, həyatın mənasız görünməsi, "sadəcə yaşayıram" düşüncəsi və ya özünü sanki kənardan izləyirmiş kimi hiss etmək bu vəziyyətin artıq ciddi siqnala çevrildiyini göstərə bilər. Bu hallar depressiya, travma sonrası stress pozuntusu və ya güclü tükənmişlik sindromu ilə əlaqəli ola bilər.

Belə vaxtlarda əsas məqsəd özünü məcburən hiss etdirmək deyil, təhlükəsizlik hissini bərpa etməkdir. İnsan özünü buna görə günahlandırmamalıdır, çünki bu zəiflik deyil, psixikanın müdafiəsidir. Bədəni hərəkətə gətirmək, gündəlik yüngül fiziki aktivlik, bədən duyğularına diqqət yetirmək, güvənilən biri ilə danışmaq faydalı ola bilər. Amma ən önəmlisi odur ki, bu vəziyyət uzun sürərsə, psixoloq dəstəyi almaq vacibdir. Emosional keylik adətən durduq yerdə yaranmır, o, insanın uzun müddət təkbaşına daşıdığı görünməz yükün nəticəsi olur.

Emosional keylik insanın hissiz olması demək deyil. Bu, çox vaxt həddindən artıq hiss etdikdən sonra psixikanın özünü qorumağa çalışmasıdır. Bu hal insanın zəif olduğunu yox, əslində uzun müddət güclü olmağa çalışdığını göstərir. Amma bu müdafiə rejimi uzun sürərsə, artıq kömək istəmək vacibdir. Çünki insan sadəcə ağrısız yaşamağa yox, eyni zamanda canlı hiss etməyə də layiqdir"


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 605   Tarix: 29 yanvar 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycan tikinti şüşəsinin istehsalını avqustda 14 %-dən çox artırıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 6 milyon 495 min kvadratmetr tikinti şüşəsi istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3 % azdır. Təkcə avqustda isə ölkədə 789 min kvadratmetr tikinti şüşəsi istehsa

20 sentyabr
.

Pensiyalar və uşaqpulu ilə bağlı GÖZLƏNİLMƏZ PLAN - DETALLAR ÜZƏ ÇIXDI

İqtisadçı Natiq Cəfərlinin son təklifi diqqət çəkib. O, vətəndaşlar üçün beş maddəlik "rahatlıq planı" açıqlayıb. Buraya quru sərhədlərin açılması, uşaqpulu, bir çox dövlət-hökumət qurumlarının ləğvi, və ya səlahiyyətlərinin kəskin azaldılması, kiçik-orta sahibkarlara müəyyən güzəştlər, pensiyakapitalın

19 sentyabr
.

Qaz, işıq, su tarifləri ilə bağlı YENİ VƏZİYYƏT- İlin sonunadək…

Oktyabrın 1-dən Azərbaycanda bəzi internet istifadəçiləri daha çox pul ödəməli olacaq. Hazırda 18 manat və ya daha aşağı olan sabit internet tarifləri 25 manatlıq vahid minimum tarifə keçiriləcək. Dəyişiklik mobil internetə aid deyil, amma minlərlə evin aylıq xərci arta bilər. İnternetin qiyməti niy

20 sentyabr
.

Oktyabrın 1-dən bahalaşır - 25 manatdan UCUZ OLMAYACAQ

Oktyabrın 1-dən Azərbaycanda qiyməti 18 manat və ya daha aşağı olan bütün sabit genişzolaqlı internet tarifləri vahid minimum həddə - 25 manata keçiriləcək. Dəyişiklik mobil rabitə və mobil internet paketlərinə şamil edilmir, yalnız fiber-optik və ADSL kimi sabit xətt xidmətlərini əhatə edir. Rəsmi iza

20 sentyabr
.

Sentyabrın 21-dək bunu etməyənlər CƏRİMƏLƏNƏCƏK

21 sentyabr 2026-cı il avqust ayı üzrə bir sıra vergi bəyannamələrinin təqdim edilməsinin son günüdür. Bu barədə -a İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən məlumat verilib. Son tarixədək aşağıdakı bəyannamələr təqdim edilməlidir:. uduşlardan və mükafatlardan əldə edilmiş gəlirdən ödəm

19 sentyabr
.

GƏLƏN İL PENSİYA VƏ MÜAVİNƏTLƏR ARTACAQMI? - Ən az artım sosial xərclər üzrədir, amma...

Gələn ilin dövlət büdcəsi layihəsində diqqət çəkən əsas məqamlardan biri sosial sahəyə ayrılan vəsaitin məbləğidir. Proqnozlara əsasən, sosial müdafiə və sosial təminat xərcləri 4,87 milyard manatdan 4,92 milyard manata yüksəlir. Cəmi 43 milyon manatlıq və ya 0,9%-lik bu artım ana xərc istiqamətlər

20 sentyabr
.

Bu şəxslər daha yüksək pensiya ALA BİLƏR - AÇIQLAMA

Azərbaycanda gələcək pensiyanın məbləği əsasən vətəndaşın əmək fəaliyyəti dövründə əldə etdiyi rəsmi gəlirlər, ödədiyi sosial sığorta haqları və formalaşdırdığı pensiya kapitalı ilə bağlıdır. Bu baxımdan uzun müddət rəsmi əmək fəaliyyəti göstərən və əməkhaqqısı yüksək olan şəxslərin gələcəkdə daha yüksə

20 sentyabr
.

Vətəndaşlar dini malları gömrük sərhədindən necə keçirə bilərlər?

Fiziki şəxslərin dini təyinatlı malları və dini məzmunlu materialları gömrük sərhədindən hansı qaydada keçirə biləcəkləri açıqlanıb. xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb. Bildirilib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 oktyabr 2013-cü il tarixli 305 nömrəli qərar

19 sentyabr
.

Dövlət bu şəxslərə ayda 220 manat verəcək - DETALLAR

Azərbaycan Respublikasının pensiya qanunvericiliyinə əsasən, vətəndaşın yaşa görə əmək pensiyasına hüquq qazanması üçün əsas kriteriyalardan biri 25 illik sığorta stajıdır. Lakin iş stajı bu həddən az olan və ya kifayət qədər iş təcrübəsi bulunmayan şəxslərin də pensiya və ya sosial təminat almaq imkanlar

19 sentyabr